(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Aqolli gələn həftə gedir

Aqolli gələn həftə gedir

"Qarabağ"ın futbolçusu Ansi Aqolli ABŞ klubuna transferi reallaşır. Gələn həftə alban müdafiəçi ölkəmizi tərk edəcək.
 
Futbolinfo.az "SportNews"a istinadən xəbər verir ki, alban futbolçu Şimal Futbol Liqasında çıxış edən "Nyu York Kosmos"la danışıqlar aparır. Tərəflər artıq böyük ölçüdə anlaşıb və müqavilə hər an imzalana bilər. Bu anlaşma baş tutsa, Aqolli 9 ildi oynadığı "Qarabağ"ı tərk edəcək.
 
Alban futbolçunun ABŞ-ı seçməsinə səbəb ailəsi olub. Belə ki, futbolçunun həyat yoldaşı və övladları uzun müddətdi okeanın o tayında yaşayır.
 
"Nyu York Kosmos" 1970-ci ildə fəaliyyətə başlayıb. Klub Əhməd və Nesuhi Ertegün adlı türk qardaşlar və Varner Bros adlı amerikalı tərəfindən yaradılıb. "Nyu York Kosmos"da Pele, Frans Bekkenbauer və milli komandamızın sabiq baş məşqçisi Karlos Alberto Torres kimi dünya ulduzları çıxış edib.
 
Aqolli 2012-ci ildə Ukraynanın "Krivbass" klubundan "Qarabağ"a transfer olunub. O, indiyədək 5 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokunun qalibi olub. Amma artıq ayrılıq vaxtıdı. Bu mövsüm heyətə düşməkdə çətinlik çəkən Ansi də getmək lazım olduğunu bilir. Donald Geryeylə rəqabətdə uduzan Aqoııi baş məşqçi Qurban Qurbanovdan da getmək üçün icazə alıb.
 
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov sportinfoya açıqlamasında xəbəri təkzib etməyib: “Bu keçidlə bağlı bütün suallara yaxın günlərdə aydınlıq gələcək”.
 
O, "Nyu-York Kosmos"un Aqolliyə təklif göndərməsini təsdiqləyib. Tərəflər arasında transferlə bağlı artıq 10 gündən çoxdu danışıqlar aparılır. ABŞ-da transfer pəncərəsi martın sonunda bağlandığından keçid tezliklə yoluna qoyulmalıdı. Pelenin fəxri prezident olduğu klub ona daha yaxşı şərtləri olan 2 illik müqavilə ilə yanaşı, iş də təklif edib. Belə ki, Ansi futbolçu karyerasını bitirəndən sonra klubun akademiyasında məşqçi kimi çalışa bilər.

 
tarix: 09-03-2019 09:11


 
Xəbər lenti
11.12.2019

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az