(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Elşad Əhmədov: “Müdafiədə səhvlərimiz çox olur”

Elşad Əhmədov: “Müdafiədə səhvlərimiz çox olur”

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Oyuna pis başlamadıq. Yenə də hücumda problemlər yaşayırıq. 15-20 dəqiqə normal futbol oynadıq. Qapımıza ilk hücumda qol buraxdıq, uşaqlar həvəsdən düşdülər. Fasilədə uşaqlarla danışdıq, həvəsli başladıq. Amma yenə ilk hücumda qol buraxdıq.

- Meydanın durumu oyununuza nə dərəcədə təsir etdi?
- Hiss olunurdu. Ötürmələrdə hiss olunurdu ki, uşaqlar əziyyət çəkirlər. Buna baxmayaraq, oynamalı idik.

- Futbolçuların fiziki gücü sanki tükənmişdi...
- Fiziki deyil, psixoloji cəhətdən bunu deyə bilərəm.

- Saşa Stamenkoviçin çıxışını qiymətləndirərdiniz. Sanki hər iki qol onun səhvinin nəticəsi idi...
- Saşa bizim köməyimizə çox çatıb. O, bizim üçün lazımlı futbolçudur. Müdafiədə səhvlərimiz çox olur. Bunları araşdıracağıq.

- Ardıcıl məğlubiyyətlərdən sonra düşünmürsüz ki, komandaya fərqli yanaşma lazımdır?
- Bəli, lazımdır. Uşaqlarda psixoloji durumu düzəltməyə çalışacağıq.

- "Qarabağ"dan xal alandan sonra sanki arxayınlıq yaranıb...
- "Neftçi" ilə görüşdə bu, ola bilərdi. Amma bu gün belə deyildi.

- Təmkin Xəlilzadənin zəif çıxışının səbəbi nə idi?
- Təmkin cəmi iki gün idi ki, komanda ilə məşq edirdi. Tam hazır deyildi, bu da meydanda hiss olunurdu. (Sportnet)


 
tarix: 09-03-2019 18:21


 
Xəbər lenti
20.07.2019

00:55   Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

19.07.2019

23:53  Azərbaycan - Ukrayna matçı baş tutmadı

23:04  Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı

22:31  “Sabah” ukraynalı qapıçı transfer etdi

22:19  UEFA “Fənərbaxça”nı cərimələdi

21:18  “Trabzonspor” argentinalı futbolçu aldı - RƏSMİ

18:30  Argentinalı hücumçu “Qarabağ”da?

18:00  Viktor Valdes yenidən “Barselona”da

17:30  “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00  “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41  “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24  “Dandalk” Bakıya 150 minə gələcək

16:02  “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44  “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25  UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51  Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40  2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21  “Qarabağ”dan nümunə götürməliyik”

14:00  Milli karyerasını başa vurdu

13:42  Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34  “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24  Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17  “İnter” hücumçusunu icarəyə verdi

13:01  Premyer Liqadan Çinə daha bir transfer

12:43  “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

12:20  “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00  “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45  Azərbaycan 26-cı pillədə qaldı

11:30  Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15  “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az