(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Ramil Şeydayev: “Oyundan-oyuna artırmalıyıq”

Ramil Şeydayev: “Oyundan-oyuna artırmalıyıq”

Rusiya Premyer Liqasının XIX turunda “Yenisey”lə üz-üzə gələn “Krılya Sovetov” növbəti qələbəsini qazanıb.

Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada komandasının 4 qolundan sonuncusuna imza atan milli komandamızın üzvü Ramil Şeydayev qarşılamadan sonra klubun rəsmi saytına müsahibə verib.

Gənc forvard bu uğurunun davamlı olacağına ümidvar olduğunu bildirib: “Ümid edirəm ki, yaxşı seriya başlatmışam və qol vurmağa davam edəcəm. Şadam ki, bu gün fərqləndim və komandam da qalib gəldi. İndi komanda olaraq bizə daha asan olacaq, çünki özünəinam qazanmışıq. İki oyunda 4 xal qazanmışıq və getdikcə daha yaxşı işlər görəcəyik”.

- Vurduğunuz qol haqqında nə deyə bilərsiniz?
- Top mənə tərəf sıçradı və zərbə vurdum. Samaric məndən qabaq vura bilərdi, amma belə alındı.

- Moskvadakı uğurlu oyundan sonra ehtiyatda qalmaq sizi narahat eləmədi?
- Xeyr, bu, məşqçinin qərarıdı və hörmət eləmək lazımdı. Əsas məsələ bundan ruhlanmaq və daha çox işləmək lazımdı.

- Aleyniçev “Yenisey”i ailə adlandırmışdı, amma belə görünür ki, əsl ailə “Krılya”dı...
- Meydanda olanlar paltardəyişmə otağındakı atmosferə də təsir edir. Yaxşı futbol göstəririk və bu da komandada əla atmosfer yaradır.

- 8-ci yer tutmaq üçün xüsusi ambisiyanız var?
- Baxacağıq. Oyundan-oyuna artırmalıyıq. Artıq 4 xal qazanmışıq. Növbəti hədəf “Anji”yə qalib gəlməkdir. Ümumiyyətlə, bütün oyunlarda qələbə qazanmalıyıq. Mövsümün sonunda isə görək “ilk səkkizliy”ə düşə biləcəyikmi? (matc.az)


 
tarix: 09-03-2019 20:35


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az