(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Qurban Qurbanov: “İki ildir ki, belə təkliflərin olduğu deyilir”

Qurban Qurbanov: “İki ildir ki, belə təkliflərin olduğu deyilir”

Azərbaycan Premyer Liqasında XX turun “Qarabağ” – “Zirə” oyunundan (0:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolinfo.az xəbər verir ki, O, əvvəlcə görüş barədə fikirlərini bildirib...

- Hər iki komanda bir hissə daha yaxşı oynadı və hər iki komanda 1 xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. “Zirə” son 3 matçda tam fərqli oynayır. Çətin anlar oldu hər iki komanda üçün. Bəzən düşündüyün hücumların 5-6-nı reallaşdıranda sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq.

- Bu gün Mahir Mədətovu hücumdan çox müdafiədə gördük...
- Mən belə görmədim. Ola bilər ki, ilk hissədə müdafiədə kömək edirdi. Ancaq fasilədən sonra sırf öndə çıxış etdi. Ola bilər ki, bəzən arxa xəttə köməklik göstərsin.

- Qış fasiləsindən sonra komanda keçirdiyi oyunların yarısında xal itirib. Narahatlığınız varmı?
- Narahatlıq həmişə olur. Hətta qalib gəldiyimiz matçlarda belə. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. Çempionluq üçün gərək daha çox xal toplayansan, daha yaxşı çıxış edəsən. Mövsümboyu bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda az xalla da çampion olmaq mümkündü.

- 90-cı dəqiqədə Rəşad Sadıqov 4-cü hakimə etiraz edirdi. Bu az vaxt əlavə edilməsi ilə bağlı idi?
- Elə də ciddi etiraz deyildi. Tam görmədim. Ola bilər ki, bununla bağlı fikir bildirsin.

- Mahir Mədətovun Yuinanıstanın AEK klubundan təklif aldığı ilə bağlı xəbərlər var...
- Son iki ildi ki, belə təkliflərin olduğu deyilir. Maraqlananlar ola bilər. Ancaq kluba rəsmi təklif gəlməyib.

- Ansi Aqolli sanki azarkeşlərlə vidalaşdı...
- Gedir ki, Aqolli? (Gülür) Ona təklif var. Ailəsi ABŞ-da yaşayır. Bu məsələ təxminən bir aya yaxındı ki, gündəmdədi. Aqolli hamımızın sevimlisidi. Ona görə də istərdim ki, gələcək həyatını yaxşı qursun. Hələlik son qərar verilməyib. Sadəcə, Ansi ilə mənim dialoqum olub. Qərar martın 15-dən sonra veriləcək.

- Komandanın xal itkilərinin çoxluğu çempionatın səviyyəsinin artması ilə bağlıdı, yoxsa “Qarabağ”ın zəifləməsi nə görədi?
- Komandalar bir-biri ilə çox görüşdükcə daha inamlı çıxış etməyə başlayır. Bu, dünyanın hər yerində belədi. Hər iki amilin təsiri ola bilər. Biz hər il daha güclü olmaq istəyirik. Hər bir halda futbolçularımzdan razıyam. Bəzi nöqsanları çıxsaq, hər şey məni qane edir. (Sportnet)


 
tarix: 09-03-2019 20:56


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az