(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Məğlub olmağın resepti – “Sabah”ın təqdimatında…

Məğlub olmağın resepti – “Sabah”ın təqdimatında…

“Keşlə”nin əməyini gözardı etməyək. Tərlan Əhmədov bu komandanı yavaş-yavaş autsayderlər qrupundan çıxarır. Heyət üzündən yalnız rəqiblərin imkan verdiyi qədər oynasalar da, fürsəti qaçırmırlar.
 
Bu gün də belə oldu. “Sabah” meydan sahibləri üçün hər cür şərait yaratdı və “Keşlə” şansını boşa vermədi. 3:0 hesablı qələbəylə 3 xal gəldi və indi Sabah“la aradakı xal fərqi 2-yə enib.
 
Tərlan bəy heyətlə çox “oynayır”. Limit, cəzalılar, zədəlilər – heyət o qədər pis komplektləşib ki, hansısa mövqeni normal etmək üçün ciddi rotasiya işi aparılır. Slavik Alxasovun oynamadığı yer qalmayıb, digər oyunçularsa heç biri daimi əsas heyət üzvü sayıla bilməz. Əsas odur ki, fayda var və xal ehtiyatı artır, son pillədən xeyli uzaqlaşmaq mümkün olub.
 
Rəqibin baş məşqçisi olan digər Əhmədovsa tam fərqli qrafik cızır. Hiss olunur ki, Elşad bəy futbolçular üzərində hakimiyyəti əldən verib, ya da onlarla davranışda hansısa yanlışlıqlar var, hokum keçmir. Məhz buna görə də döyüşkən debutant indi başıqapazlı uşağa bənzəyir. Oyunçular meydanda can qoymur, hamı həvəssiz oynayır, oyun intizamı yoxdu.
 
“Keşlə”nin vurduğu qolların hamısı rəqibin hədiyyəsi idi. Saşa Stamenkoviç ilk qolda yaxın küncü boş qoydu, ikincidə müdafiəçi ilə anlaşa bilmədi. Hər iki epizodda da Conatan Ayete fürsətcilliyini göstərdi, qol hesabını dublla açdı. Son qolu vuran Cabir Əmirli isə əziyyətinin nəticəsini gördü. 3 dəfə cinah reydi ilə “Sabah”ın sol qanadını iflic edən bu uşaq son həmləsində ötürmə etməyib, qapını nişan aldı. Və Saşa artıq zərbədən öncə dizə çökmüşdü – bu isə təcrübəli qapıçıya yaraşan hərəkət deyildi.
 
Bədniyyətli olmaq istəmirəm, ancaq sanki serblər Elşad Əhmədova qarşı “oynayırdı”. Filip İvanoviç elə bu cür xətaları üzündən ehtiyatda idi, Stamenkoviçin səhvlərini də sadaladıq. Nəvaxtdı heyət üzü görməyən Miloş Bosançiçin faydalı olmadığını meydanda olduğu dəqiqiqələr də göstərdi. İşi oyun qurmaq olan yarımmüdafiəçi mərkəzi rəqibə verməklə oyunun taleyini həll etdi. Və Marko Deviç… Rəqib qapısını yada salmadı, bütün ötürmələri top itkisi ilə yekunlaşdı. Sanki rəqibin son müdafiəçisi mövqeyində idi.
 
Serblərin bir komandada 2 nəfərdən çox olmasının həmişə problem yaratdığını dəfələrlə qeyd etmişik. Ümid edirəm, yanılırıq. Amma klub rəhbərliyi bir qədər diqqətli olmalıdı. Komanda çox dəyişib və bunun səbəbkarlarını tapmaq lazımdı. Sonra çox gec ola bilər. Komanda artıq autsayderlər zonasındadı və toparlanmaq lazımdı.
 
Ən pisi odur ki, bu aqibəti çox normal, futbolu sevən rəhbərliyi olan klub yaşayır. Komandanı heç bir qayğıyla baş-başa qoymayan, inkişaf üçün hər cür şərait yaradan “Sabah” rəhbərliyi bu böhran dövrünü də ağılla keçməlidi. Radikal qərarlar lazım deyil, amma çəkiləsi qulaqları çəkmək lazımdı. Baş məşqçi də qüsursuz deyil. Bu, komandanın sabahı üçün lazımdı. Problemi tapıb, onun üzərinə getmək gərəkdi. “Keşlə” uğursuzluq zolağından bunun sayəsində çıxır. Nümunə götürmək olar.
 
AĞA

 
tarix: 09-03-2019 21:55


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az