(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Vüqar antiqəhrəman oldu, Elvinlə Tural Latviyada debüt etdi

Vüqar antiqəhrəman oldu, Elvinlə Tural Latviyada debüt etdi

Futbol üzrə Latviya çempionatında yeni mövsümə start verilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də ilk matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Metta” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Vüqarla Tural start heyətdə meydana çıxıblar. Bayramlı sonadək meydanda olduğu halda, Əsgərov 90+1-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Ötən mövsüm bu komandanın çempion olmasında bombardir kimi böyük xidmətləri olmuş Əsgərov Yüksək Liqadakı ilk matçında da qol vurmaq üçün əla şans əldə edib. Amma o, 33-cü dəqiqədə penaltidən yararlana bilməyib. Onun sevinməsinə rəqib qapıçı imkan verməyib. 

Tural da 89-cu dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Amma o, bundan 3 dəqiqə öncə vurulan yeganə qolun ötürməsini verməklə diqqət mərkəzinə düşüb. 

Elvin isə matçın 73-cü dəqiqəsində meydana buraxılıb.


 
tarix: 10-03-2019 11:00


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az