(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Riad Rəfiyevin arzuladığı kimi

Riad Rəfiyevin arzuladığı kimi

Rövşən Əhmədovun hakimliyi hamıya bəllidi. Azərbaycan çempionatlarını izləyənlər mingəçevirli sabiq referinin kimləri sevindirdiyini, kimləri ağlatdığını yaxşı bilir...
 
Oğlu Rəşad Əhmədov daha yaxşı hakimdi. Bu gün bir neçə səhv etdi, amma qərəzli olduğunu demək üçün əlimdə əsas yoxdu. Sadəcə, bacarığı bu idi – hər iki komandaya qarşı səhvləri oldu. Bəlkə də “Sumqayıt”a qarşı daha rəhmsiz idi, amma xal itirsəydi, “Neftçi”nin də narazılıq üçün əsası olacaqdı.
 
Amma hakimlərdən yazmaq, “Sumqayıt”ı müdafiə etmək mətbuatın boynunun borcu deyil. Hətta meydan sahiblərinə qarşı səhvlər oldusa da, hakim birtərəfli qərarlar verdisə də, düz etdi. Riad Rəfiyev kimi prezidenti olan klub buna layiqdi. O növcavan rəhbər “Keşlə” ilə oyunda hakim tərəfindən aşkar uduzdurulduqları halda matçdan sonra nəinki səsini kəsməmiş, hətta öz komandasını ayaq altına atıb, fit sahiblərinə qahmar çıxmışdı. Bu səbəbdən “Sumqayıt”a nə etsələr, azdı, yiyəsiz komanda elə son pilləyə layiqdi.
 
Hakim səhvləri haqda danışmaq üçün də ehtiyatlı olmalıyıq. Meydan sahiblərinin qapıçısının hansı səbəbdən oyundan qovulduğunu hələ də bilmirik. Oyunun yayım hüququnun sahibi “CBC Sport” təkrarları təqdim etməyi bacarmadı, hamı tərəddüd içində qaldı.
 
Bu, sözügedən kanalın neçənci belə qüsurudu. Mövsüm boyu bir sıra kritik qərarları məhz “CBC Sport” əməkdaşlarının səhlənkarlığı üzündən görə bilməmişik. Keyfiyyətsiz yayım öz yerində, epizodların təkrarına da baxa bilmirik. Peşəkar Futbol Liqasının çəkilişlərini gözləməyə məcburuq, bu qurumun operatorları böyük bir telekanaldan daha faydalı işləyir.
 
Kanalın rəhbəri Volkan Üst ya qalmaqallı anları gizlətməyə çalışır, ya da yenə iş otağında, yumşaq kreslosunda mürgüləyib. Aylıq 15 min dollar maaş alıb bu qədər səriştəsiz olan, məsuliyyətsiz işləyən birini tapmaq yalnız bizim hünərimiz ola bilərdi. Lənət olsun içimizdəki əcnəbi sevgisinə...
 
Bütün bunlar öz yerində, Roberto Bordini təbrik etməliyik. İtaliyalı məşqçi axır ki, ilk qolu rəqibin vurduğu oyundan 3 xal çıxarmağ bacardı. İndi zirvədə bir az rahatlamaq olar. “Qarabağ”ın açdığı, qırmızı xalça döşədiyi yolda çempionluq uzaq görünmür. Oynadığı futbola görə “Neftçi” bəlkə də buna layiq deyil, lakin ağdamlılar daha pis durumdadı.
 
“Sumqayıt” da xal fərqini açır – bu komanda aşkar autsayder kimi hələ zirzəmidə çox qalacaq. 2019-da qələbə üzü görməyən, 6 oyuna 1 xal toplayan komanda layiq olduğu yerdədi. Baş məşqçi Ayxan Abbasovun texniki zonadan qovulmasına səbəb olan əsəbini anlayırıq. O, tapşırıqla heyətə salınan futbolçuların səhvinə, hakimlərin ikili standartla oyun idarə etməsinə, Riad Rəfiyevin komandadan daha çox hamilərini düşünməsinə əsəbləşmişdi. Uğursuzluğun günahkarları başqadı, amma onu qurban seçəcəklər. Bəlkə də qurban seçilmədən qaçmaq yaxşıdı.
 
Abbasov, məşqçi kimi Bordindən üstün olduğunu indiyəqədərki çempionat və kubok matçlarında sübut etmisən. Bugünkü məğlubiyyət artıq sənin günahın deyil...
 
CAVAD

 
tarix: 10-03-2019 19:12


 
Xəbər lenti
12.12.2019

02:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az