(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Üst” sevən “Səbail”in qəribə nəticələri – Araşdırılsın!

“Üst” sevən “Səbail”in qəribə nəticələri – Araşdırılsın!

Son günlər “Səbail”in adının danışılmış oyunlarda hallanması sizə qəribə gəlməsin. Hələ ötən mövsümdən etibarən bu komanda izləmədədi və UEFA-dan AFFA-ya gələn siqnallarda da bu, əksini tapıb.

Yaxşı ki, hələ söhbət yalnız əvəzedici komandadan gedir, virus Premyer Liqaya kimi yayılmayıb. Divizionda oynayan “Səbail-2” isə bu mənada ən məşhurlardandı. Hətta “Turan Tovuz”, “Ağsu” kimi “kontor komandaları” da onlara çata bilməz.

Əvəzedici komandanın bu durumu gözlənilən idi. Bu heyətin bir çox üzvü əvvəllər U-19 komandasında oynayıb. Hansı ki, həmin liqanın oyunlarına hətta canlı pul qoyuluşu var və neçə ildi bir çox futbolçu və məşqçilər öz oyunlarına “stavka” edə, sonra da nəticəni “gətirə bilirlər”. Sadəcə, bu yarış diqqətdən kənarda qaldığı üçün həqiqətlərdən də xəbərsizik.

Divizion isə nisbətən çox izlənilir. Bölgə klublarının bu yarışda olması üzündən matçlara azarkeşlər gəlir və onlar meydanda nələrin baş verdiyini daha yaxşı görürlər. Son günlər “Səbail-2”-nin adının qumarda hallanmasının və klub rəhbərliyinin təcili iclas keçirməsinin də səbəbi budur – şaiyələr, söz-söhbətlər çoxalıb.

Martın 1-də Ağsuda yerli komandayla baş tutan oyundan sonra isə kartlar daha da açılıb. Çoxdandı belə işlərlə məşğul olduğu, komandasının dəfələrlə danışılmış oyunlarda iştirak etdiyi deyilən “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev də həmin matçdan sonra ifşa edilib. Qonaqların 4:3 qalib gəldiyi matça həm ölkəmizdən, həm də xaricdən çoxlu pul qoyuluşu edildiyi deyilir – “Səbail-2”-nin qələbəsinə, 7+-a və s.

Ümumiyyətlə, “Səbail-2”-nin oyunlarının statistikasına baxsaq, qəribə mənzərəyə şahid olarıq. Nəticələr də Bayıl təmsilçisinin “kontor komandası” olduğunu deməyə əsas verir. Təsəvvür edin, Siyasət Əsgərovun yetirmələri 18 turda cəmi 4 dəfə “alt” oynayıb. “Üst”ə pul qoymaq və onu təmin etmək futbolçular üçün asan və risksizdi. Qol vura bilmədinsə, özün buraxırsan və “stavka” etdiyin proqnoz gəlir. 14 matçda bunu bacarmaq “xüsusi istedad” tələb edir.

Komanda bu mövsümün ilk 9 turunda “üst” oynayıb. Düzdü, 2 oyun texniki məğlubiyyətlə nəticələnib, amma onlarda da yekunda 0:3 reallaşıb. Ən maraqlısı odur ki, texniki nəticəyə çevrilən hər 2 oyunda qol sayı üçə çatmayıb. Bəlkə də bilərəkdən limit pozulub ki, sonradan nəticə dəyişsin.

Ardıcıl 3 matçda – 10-12-ci turlarda – “Səbail-2” “alt” oynayıb. Görünür, daim bolqollu oynadıqlarından əmsallar aşağı düşüb və həm rəqəmləri “qaldırmaq”, həm də bazarı dəyişmək naminə bu ssenari fikirləşilib. Ardınca daha 5 oyunda “2,5 üst” reallaşıb, son turda isə “alt” seriyasına start verilib, yəqin daha bir neçə oyun belə keçəcək.

Bayıl klubunda ən çox diqqəti cəlb edən 2 hesab var. “Ağsu”ya 3:4 hesabıyla qalib gəldikləri matçdan başqa, fevralın 15-də “Sumqayıt-2” ilə oyun da çox şübhəlidi. 5:5 hesabının nə demək olduğunu mərc oyunundan xəbərdar olanlar yaxşı bilir. Həmin oyunda 3 qolun 87-ci dəqiqədən sonra vurulması da araşdırma üçün əsas verir.

Hələ heç kimi ittiham etmirik. Şübhə doğuran məqamları qeyd etdik. AFFA-nın müvafiq komissiyası UEFA-dan gələn siqnallara bu qeydlərimizi də əlavə edib araşdırsa, pis olmaz.

Yeri gəlmişkən, danışılmış oyunları araşdıran komissiyanın tərkibi gizli saxlansa da, mətbuatda həmin şəxslərin siyahısı üzə çıxmışdı. Bildiyimizə görə, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da o qurumdadı. Həqiqətən belədisə, Vaqif bəyi bu işdən kənarlaşdırmaq lazımdı. Çünki haqqında siqnallar gələn əsas klublardan birini – “Ağsu”nun baş məşqçisi Sadıqovun çox yaxın qohumu Rüfət Quliyev olub. Ola bilsin, bu fakt araşdırmaların obyektivliyinə mane olar.

CAVAD


 
tarix: 10-03-2019 13:35


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az