(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Bu necə “Neftçi” tərəfkeşliyidi?

Bu necə “Neftçi” tərəfkeşliyidi?

“Sumqayıt” – “Neftçi” oyununun müzakirəsi bitmir. Qarşılaşmanın baş hakimi Rəşad Əhmədovun idarəçiliyi hər iki tərəfi narazı salıb. Xüsusilə, “Sumqayıt” cəbhəsindən qapıçı Mehdi Cənnətovun meydandan qovulması və Ayxan Abbasovun texniki zonadan kənarlaşdırılması böyük etirazlara səbəb olub. Klubdan açıq danışmasalar da, buna eyham vurulur. Sosial şəbəkələrdə isə Əhmədovun “Sumqayıt”a qarşı həddən artıq sərt davrandığı fikirləri müdafiə olunur.
 
Bəs, həqiqətən də, baş hakim “Neftçi”yə tərəfkeşlik etdimi?
 
Əhmədov 90 dəqiqə ərzində əlini 13 dəfə cibinə apardı. Bunlardan 1-i məlum qırmızı vərəqə üçün oldusa, 8 halda “Neftçi”, 4 dəfə isə “Sumqayıt” futbolçuları “sarı”ya məruz qaldı.
 
Baş hakimin ilk mübahisəli qərarı 19-cu dəqiqədə qeydə alındı. Rəqib müdafiəçi Vurğun Hüseynovla mübarizə zamanı yerdə qalan Baqali Dabo sarı vərəqə ilə cəzalandı. Əksəriyyətin Hüseynovun sanksiyaya məruz qalacağını gözlədiyi epizodda Əhmədov fransız hücumçunun simulyasiya etdiyini düşündü. Halbuki mərkəz xətdən bir qədər irəlidə hakimi aldatmaq Daboya və komandasına heç nə verməyəcəkdi. Əgər həqiqətən də orda qayda pozuntusu yox idisə, sadəcə oyunu davam etdirmək kifayət edərdi. Çünki heç “Neftçi”nin futbolçusu açıq şəkildə cərimə zərbəsi də istəməmişdi. Sarı vərəqə nəticəsində Dabo “Qəbələ” ilə vacib oyunöncəsi cəzalı duruma düşdü – mübahisəli qərarla.
 
Növbəti mübahisəli (əslində heç bir mübahisəyə açıq olmayan) qərar 32-ci dəqiqədə verildi. “Sumqayıt”ın futbolçusu Əli Babayev öz cərimə meydançasında Baqali Dabonun ayaqlarını yerdən üzdü. Topa heç bir müdaxiləsi olmayan israilli oyunçu aşkar şəkildə penaltiyə səbəb olmuşdu. Ancaq referi davam işarəsi verdi. Növbəti sarı vərəqəni almaq qorxusundan Dabo heç etiraz belə edə bilmədi. İstənilən halda, görüşün nəticəsinə birbaşa təsir edə biləcək epizodda Rəşad Əhmədov kobud səhvə yol vermişdi. Və əgər penalti təyin etməmişdisə, bu dəfə də hakimi aldatmağa cəhd səbəbindən Daboya ikinci “sarı”nı göstərib, meydandan qovmalıydı.
 
Bundan sonra heç nədən Vangelis Platellas, hətta meydanda olmayanlar – Aqil Məmmədovla Əli Şirinov da “saralan”lar karvanına qoşuldular.
 
“Sumqayıt”ın narazı olduğu məqamlara gəldikdə, Cənnətovun meydandan qovulmasına səbəb olan hərəkətini “CBC Sport” yaxalaya bilməsə də, PFL bir neçə rakursdan təqdim etdi. Məlum oldu ki, o, həqiqətən də, rəqib futbolçu Kirilo Petrova dirsəyi ilə zərbə endirib.
 
Ayxan Abbasov isə məşqçilər üçün xətti keçdiyinə görə tribunaya göndərilib. Bəli, bir çox hallarda hakimlər buna göz yumurlar, ancaq Əhmədovun buna qədər biri “Sumqayıt”dan olmaqla meydandan kənardakı 3 futbolçunu sarı vərəqə ilə cəzalandırdığını nəzərə aldıqda, bunu normal qəbul etmək lazımdı.
 
Yekunlaşdırsaq, bəlli olur ki, Rəşad Əhmədov matçın lap əvvəllərindən oyunun ipini əldən buraxıb və bundan sonra yığıb-yığışdırmaq mümkün olmayıb. Referinin “Neftçi”yə simpatiyasının olması, tərəfkeşliyi ilə bağlı fikirlər tamamilə əsassızdı. “Ağ-qaralar”ın aşkar penaltisi verilmədi, vacib oyunöncəsi futbolçusu heç nədən cəzalı duruma düşdü, bir oyunda 8 sarı vərəqəyə görə klub ciddi məbləğdə cərimələnəcək və s. Elə isə bu necə “Neftçi” tərəfkeşliyidi?
 
Futbolpress.az

 
tarix: 11-03-2019 18:00


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az