(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Stuxlikin müəmmalı təyinatı: avstriyalı özünün müəyyənləşdirdiyi qaydaları pozur

Stuxlikin müəmmalı təyinatı: avstriyalı özünün müəyyənləşdirdiyi qaydaları pozur

AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikə 300 min avro dəyərində olan müqaviləsi kifayət etmir. O, Azərbaycan çempionatının oyunlarına hakim-inspektor kimi təyinat alıb, 200 manat qonorarı da cibinə qoymaq istəyir.
 
Dünən I divizion oyunlarına təyinatlar açıqlanarkən çox təəccübləndik. Çünki 19-cu turun “Sabah-2” – “Turan Tovuz” matçında hakimlərə avstriyalı sədr qiymət verəcək. İlk dəfə təyinat alan Stuxlik Binə qəsəbə stadionunda Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov və Rauf Allahverdiyevdən ibarət hakimlər braiqadasını özü izləmək qərarına gəlib.
 
Əcəba, adı ilin əvvəlində hakim-inspektor kimi təsdiqlənməyən, siyahıda olmayan biri niyə qəfil təyinat almalıdı? Həm də Azərbaycanda mütəxəssis qıtlığıdırmı ki, avstriyalı hakim-inspektor olur?
 
Stuxlik açıq verməyə, özü-özünü vurmağa başlayıb. Sədr olandan sonra bir sıra mühüm islahatlar aparan bu şəxs əla addımlar atmışdı. Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsindən sonra o, yeni qurumu formalaşdırıb, ortaya iş qoymalı idi. AFFA nümayəndələri və hakim-inspektorların siyahısı qaydaya salındı, artıq olan, təsadüfi adamlar kənarlaşdırıldı. İslahatlar ancaq alqışa səbəb olurdu. Ta ki, dünən yeni təyinatlar açıqlanana qədər...
 
Stuxlik bütün bu təmizləmələri müəyyən etdiyi kriteriyalarla reallaşdırmışdı. Qurumun formalaşdırılmasına başlayan kimi 5 maddəli şərtlər toplusu müəyyən etmişdi. Yalnız bu tələblərə cavab verənlər hakim-inspektor ola, oyunlara gedə bilərdi.
 
1. Azərbaycan Respublikasının vətəndaşı
2. Azərbaycan dilində sərbəst danışmaq və yazmaq
3. FIFA listində adı olmuş adı olmuş şəxslər (Baş hakimlər)
4. Azərbaycan Yüksək liqasında və Premyer Liqada baş hakim olmuş şəxslər (3 ildən az olmamaq şərtiylə)
5. Kompyüterdə səlist işləmək bacarığı olmalıdı
1a) Ali, texniki, orta təhsilli şəxslər
2a) 70 yaşı tamam olmamış şəxslər
 
Təbii ki, bu şərtlərin yalnız birinə cavab verənlər təyinat ala bilməz. Ona görə ki, 1, 2 və 5-ci bəndlərə az qala bütün ölkə əhalisi cavab verir. Deməli, hakim-inspektor olmaq üçün bütün tələblərə uyğun gəlməlisən.
 
Stuxlik Azərbaycan Respublikasının vətəndaşı deyil, dilimizi bilmir, çempionatlarımızda 1 oyun da idarə etməyib. O zaman bu adam niyə hansısa oyunda hakim-inspektor olmalıdı? Yoxsa Frits bu qaydaları özü pozmaq üçün müəyyənləşdirib? Kriteriyalarda yalnız Premyer Liqa tələbi də yoxdu, deməli, avstriyalı başqalarına tətbiq etdiyi tələbləri özü pozur.
 
İlin əvvəlində bu kriteriyalar müəyyənləşərkən bəzi qadağalar da qoyulmuşdu. Onlardan biri hansısa hakim-inspektorun klublarda işləyə bilməməsi ilə bağlı idi. Və elə bu üzdən Asim Xudiyev “Keşlə”nin Müşahidə Şurasından istefa verdi. Bəs, o zaman Stuxlikin Xudiyevdən nəyi artıqdı ki, sabi FIFA referimizin əməl etdiyi tələbləri Stuxlik veinə almır?
 
Bu işdə əsas günahkarlardan biri Vüsal Əliyevdi. Komitə üzvü kimi hakim-inspektorların təyinatına birbaşa cavabdeh olan bu şəxs hara baxır? O, təyinatları müəyyənləşdirərkən Stuxlikin müəyyənləşdirdiyi kriteriyalara baxıbmı? Baxıbsa, sədrə qarşı ayrıseçkiliyin səbəbini açıqlasın lütfən. Gözləyirik...
 
Stuxlikin təyinat aldığı matçın startına hələ bir neçə saat qalıb. AFFA ya təcili dəyişiklik etməli, ya da özü özünü ifşa etməlidi. Hələ gec deyil.
 
FƏRİD
 

 
tarix: 13-03-2019 09:00


 
Xəbər lenti
19.10.2019

13:22   Test

11:00   “Liverpul”da 5 illik müqavilə

10:30   “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00   Bolqarıstan futbolunda daha bir istefa

09:30   Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

09:00   “Qəbələ”nin “Qarabağ”la 55-ci dueli

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az