(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Hakim bazarı: Sumqayıtda olay çıxartdı, yenə təyinat aldı

Hakim bazarı: Sumqayıtda olay çıxartdı, yenə təyinat aldı

Premyer Liqanın son turunda başverənlər hakimliyin nəzarətdən çıxdığını bir daha göstərdi. AFFA Hakimlər Komitəsinin idarəçiliyinə keçmiş alverçilərin, karyerası ləkəli olanların gəlişiylə bu sahə də böhrana düşdü. Bir il əvvəl hakimliyin səviyyəsi ölkə futbolunun ümumi səviyyəsindən yaxşı idisə, indi hər ikisi uçurum kənarındadı.
 
AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsi idarəolunmaz durumdadı. Sədr Frits Stuxlik yeni sistem qurur – buna söz yoxdu. Amma ətrafına elə adamlar yığır ki, onların hərəsi bir kluba işləyir. Necə ki, özləri bir neçə il əvvəl məhz bu kimi əməllərə görə hakimlikdən uzaqlaşdırılıblar, indi də gənc hakimləri bu yola sürükləyir, məhv edirlər.
 
Qarşıdakı turun təyinatlarına baxsaz, bütün nüfuzlu komandaların istədiyi hakimləri oyunlarına təyin etdirdiyini görərik. Necə ki, əvvəlki turlarda buna oxşar vəziyyət olub. Sumqayıtdakı biabırçılıq, “Qəbələ” və “Neftçi”nin oyunçularının bilərəkdən cəzalandırılıb, növbəti turdan kənar saxlanması və komandaların zəiflədilməsi də yazdıqlarımızı təsdiqləyir.
 
Stuxlik ipi necə əldən veribsə, hazırda bütün qara planları komitə üzvləri məhz onun adı ilə cızır. Az qala bütün hakimlər müəyyən qruplara bölünüb, onlara day-daylıq edənlər var. Hətta səhv etdikdə də cəzalanmayacağını bilən hakimlər istənilən sifarişi yerinə yetirməyə çəkinmir.
 
20-ci turun “Sumqayıt” – “Neftçi” oyunundan sonra Rəşad Əhmədov 3-5 oyunluq cəzalanmalı idi. Hər iki komandaya qarşı aşkar səhvlər edən, xüsusilə meydan sahiblərinə qarşı amansız olan bu gəncə həmin qalmaqaldan sonra ən azı bir neçə turluq istirahət verilməliydi. Amma Rəşad bu gün MOİK – “Səbail-2” oyununda əsas söz sahibi olacaq.
 
Divizion oyununa təyinat alması onun cəzalanması demək deyil. Stuxlik cəza sistemini ləğv edib, bu isə hakimləri qara yollarla idarə edənlərin işini asanlaşdırıb, klubların sifarişini daha rahat yerinə yetirmək imkanı verir. İstədiyin hoqqanı çıxart, onsuz da yenə iş başında olacaqsan, qonorarını qazanacaqsan.
 
Maraqlıdı ki, Əhmədovdan fərqli olaraq, Sumqayıtda onun hakim-inspektoru olmuş Əhmədağa Cabbarov təyinat almayıb. Cəmi 14 hakim-inspektorun olduğunu nəzərə alsaq, divizionda və Premyer Liqada ardıcıl keçiriləcək turlar üçün o da iş başında olmalıydı. Lakin Rəşadın səhvləri onun başında çatlayıb. Bu gənc hakimin səhvlərini raportunda qeyd etməyən, ona yaxşı qiymət yazan Cabbarov özü cəzaya məruz qalıb. Yəqin ki, atası Rövşən Əhmədovla münasibətlərinə görə Əhmədağa bəy həmkarının oğlunu qorumağa çalışıb. Və təyinat almaması da cəzalandığını göstərir. Qarşıdakı turların təyinatlarından bunu daha aydın görəcəyik.
 
AFFA rəhbərliyinin komitənin işinə daha yaxından diqqət ayırması vacibdi. Çünki qurumda anarxiyadı, müxtəlif qruplaşmalar var, bu gün pis yola çəkilən gənc hakimlər istedadlıların da o mühitdə məhv edilməsinə səbəb olacaq. Necə ki, Əliyar Ağayevin səviyyəsində aşkar eniş var, sıxışdırılan FIFA referisi əvvəlki kimi deyil.
 
Ümumiyyətlə, hakimlər arasında ayrıseçkilik də aparılır. Məsələn, “Sabah” – “Sumqayıt” oyununu idarə edəcək Orxan Məmmədov, “Səbail” – “Qarabağ” görüşünün briqadasında yer alan Akif Əmirəlinin bir əldə iki qarpız tutmasına imkan yaradılır. Onlar AFFA-dan 800 manat maaş alaraq adi günlərdə hakimlərə dərs deyir, tur olanda isə onlarla birlikdə oyunlara çıxırlar. Fəaliyyətdə olan hakimin eyni zamanda iş yoldaşlarına dərs deməsi nonsesdi, amma reallıqdı.
 
Vəziyyət yaxşı deyil, son turlarda biabırçılıqlar yaşanacaq. Çempionluğun, avrokuboklara vəsiqələrin, elitanı tərk edəcək komandanın müəyyənləşdiyi bu aylarda hakimlik daha ədalətli olmalıdı. Stuxlikin nəzarət edə bilmədiyi komitənin bunu bacarması çətin görünür. Bu səbəbdən AFFA rəhbərliyi bu sahəyə diqqəti artırmalıdı. Sabah narazılıq baş qaldıranda Stuxlik heç kimin yadına düşməyəcək, hamı AFFA rəhbərliyini istefaya səsləyəcək. “Sabah” – “Neftçi” oyununda olduğu kimi...
 
CAVAD

 
tarix: 13-03-2019 09:51


 
Xəbər lenti
21.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az