(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Keşlə” Mərdəkana indi köçməməlidi

“Keşlə” Mərdəkana indi köçməməlidi

Son günlər “ASK Arena”nın qazonunun yararsız olması barədə yazılar çoxalmağa başlayıb. Mətbuatda bu məsələ qabardılır, “Keşlə”nin rəqibləri burada qəbul etməyin doğru olmadığı vurğulanır.
 
Haqlıdılar, həqiqətən bu stadionun süni qazonu adi tələblərə də cavab vermir. Amma məsul şəxslərin indi ayılması çox müəmmalıdı. Belə olacağı hələ mövsümün əvvəlində bəlli idisə, indi səs-küy qaldırmaq, fon yaratmaq nəyə lazım? Bir neçə ev oyunu qalıb, mövsümü yekunlaşdırmaq, daha sonra AFFA-nın maliyyəsi ilə təmir işlərinə başlamaq olar.
 
 
“Keşlə” “Dalğa Arena”ya köçmək niyyətindədi. Lakin bu stadion çoxdan böşdu, belə fikir var idisə, elə 3-cü dövrə başlayandan Mərdəkanda oynamaq gərəkirdi. 4-cü dövrə üçün stadion dəyişmək klublar arasında ayrıseçkiliyə səbəb olar. Çünki bir çox komandalar belə bərbad yerdə oynayıb, qalanlarının daha yaxşı qazonda oynaması ortada fərq yaradır. Qışdan “Dalğa Arena” seçilsəydi, o zaman bütün rəqiblərin bir dəfə burada oynamaq imkanı olar, hamıya eyni münasibət göstərilərdi.
 
Bütün bunları nəzərə alaraq, klubların narazlığına səbəb verməmək üçün mövsümü elə “ASK Arena”da tamamlamaq lazımdı. 3 oyunla heç nə dəyişməyəcək. “Neftçi”, “Qəbələ” və “Zirə” ilə oyunları da burada keçirmək gərəkdi. Ondan sonra təmir işlərinə başlamaq olar.

 
tarix: 13-03-2019 10:51


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az