(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Səbuhi Bayramovun mərkəzi oyunda nə işi var?

Səbuhi Bayramovun mərkəzi oyunda nə işi var?

Premyer Liqanın 21-ci turunun ən önəmli görüşü “Neftçi” – “Qəbələ” matçıdı. Bu oyunda çox şeyə aydınlıq gələcək. Meydan sahibləri çempionluq, qonaqlar Avropa Liqasına birbaşa vəsiqə uğrunda yarışdığından amansız mübarizə gözlənilir.
 
Mərkəzi qarşılaşmaya təyinat alan hakimlər briqadası isə düşünməyə əsas verir. Premyer Liqada 20 tur ərzində cəmi 4 oyun idarə etmiş Səbuhi Bayramov indi liderlə digər iddialının taleyini müəyyən etməlidi. FIFA referilərinin yox, məhz gənc birinin döyüşə atılması sual doğurur. Niyə o?
 
Səbuhi ötən il – 12-ci turda debüt edib (“Zirə” – “Sumqayıt” 3:1). 2019-da isə onu 3 qarşılaşmada görmüşük. 16-cı turda “Qəbələ”nin “Sabah”ı səfərdə 1:0 yendiyi görüşdə iş başında olan Bayramov, “Neftçi”nin “Zirə”də xal itirməsinin (0:0) də şahidi olub. 19-cu turda “Səbail”lə “Sumqayıt”ın qolsuz sülhünü də bu hakim qeydə alıb.
 
Daha təcrübəli hakimlər, 3 FIFA referisi qala-qala Səbuhinin mərkəzi oyunda görünməsi maraqlıdı. O, ya Rəşad Əhmədov kimi oyunun məsuliyyətini qaldıra bilməyib səhvləri sıralayacaq, qalmaqal yaradacaq, ya da sifarişlə göndərilib, kiminsə haqqını yeyəcək.
 
Son günlər Sumqayıtdakı matçdan sonra “Neftçi”nin hədəfə alındığı deyilir. Həmin qarşılaşmada hakim rəğbəti görən bakılılara indi bunun cəzası kəsilə bilər. İlk hissədə penaltisi veriləyən bakılıların fasilədə hakimlərə təzyiq etdiyi, bu səbəbdən Rəşad Əhmədovun ikinci yarıda səhvini düzəltmək üçün meydan sahiblərini “baltaladığı”  deyilir. İndi isə AFFA özünü ədalətli göstərmək üçün “Neftçi”ni sıxışdıra bilər.
 
Lakin medalın 2 üzü var. “Qəbələ”  kimi müstəqil klub da AFFA üçün arzulanan deyil. “Qırmızı-qaralar”ın “Səbail”dən önə çıxması “ümumi maraqlara” ziddi. Yəni, qonaqlara kömək göstəriləcəyini gözləmək sadəlövhlük olar.
 
Bununla belə, hakim təyinatı şübhəyə əsas verir. Təcrübəsiz Bayramov oda atılıb, onun nə hoqqa çıxaracağını tezliklə biləcəyik. Bu təyinatdan hansısa komanda fayda görə bilər, amma hər ikisinin yandırılması da mümkündü. Son turlarda futbolu meydandan kənarda oynayırlar.
 
AĞA

 
tarix: 13-03-2019 11:17


 
Xəbər lenti
15.12.2019

17:58   Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49   Yalnız Peyman Babayi

17:45   “Zirə” “Səbail”ə qarşı - YENİLƏNİR

16:12   “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51   “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15   Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46   “Napoli”də ciddi itki

12:59   Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02   “Bavariya”da 300-cü oyun

11:09   Turabovun komandası səfərdən 1 xalla döndü

10:24   Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az