(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Sifarişli heyət: Yurçeviç üçün namizədləri kim seçib?

Sifarişli heyət: Yurçeviç üçün namizədləri kim seçib?

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviç açıqladığı ilk heyət ilə özünü ifşa etdi. Xorvat məşqçi yığma komandaya özünün deyil, məsləhətçilərinin istəyinə görə oyunçu seçib.

Xorvatiya millisi ilə rəsmi, Litvaya qarşı yoxlama görüşlərində oynayacaq 23 nəfərlik heyət xeyli qəribədi. Sürpriz adlar bir yana, layiq olub çağırılmayanlar da var.

Təbii ki, seçimi məşqçinin öhdəsinə buraxıb, hörmət göstərmək olardı. Amma görəndə ki, seçilənlər yalnız “Sumqayıt”ın prezidenti, millinin qeyri-rəsmi meneceri Riad Rəfiyevin istəyinə görədi, susmaq olmur. Yurçeviçin gəlişində də birbaşa rol oynayan bu növcavan meneceri olduğu futbolçuları millinin düşərgəsinə çağırtdırıb.

3 qapıçı, 7 müdafiəçi, 10 yarımmüdafiəçi, 3 hücumçunun xidmətindən yararlanacaq Yurçeviç komandanı martın 16-dan etibarən təlim-məşq toplanışına yığacaq.

Qapıçıların siyahısında millinin kapitanı Kamran Ağayevi görmədikdə təəccübləndik. Düzdü, Səlahət Ağayev bu gün ən yaxşı formadadı, Emil Balayev Qazaxıstanda legioner həyatı yaşayır. Bununla belə, səhvləri üzündən ehtiyata göndərilən “Qarabağ”lı Şahruddin Məhəmmədəliyevdənsə Kamran daha layiqli idi. Hətta son vaxtlar kobud səhvlərlə yadda qalması da seçimin onun üzərində edilməsinə əngəl olmamalıydı. “Zirə”də bu il möcüzələr yaradan Kamal Bayramov belə Şahruddindən daha yaxşıdı.

Klubdan aldığımız məlumata görə, Kamran dabanından zədə alıb və “Keşlə”nin dünənki məşqçini buraxıb. Onun növbəti turda oynayıb-oynamayacağı bilinmir, klubundan da dəqiq söz demirlər. Oynamasa, Yurçeviçə rəy verən həkimlər haqlı çıxacaq, oynasa, o zaman şübhələr daha da artacaq.

Müdafiədə Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Ömər Buludov, Anton Krivotsyuk, Təmkin Xəlilzadə, Şəhriyar Rəhimov yer alacaq. Zədəli Pavel Paşayevin yoxluğunda Şəhriyarın dəvət alması gözləniləndi. İnsaf naminə, klubda da pis çıxış etmir. Amma “Qəbələ”dən heç kimin dəvət almaması, hətta əla mövsüm keçirən Bəhlul Mustafazadənin yaddan çıxarılması təsadüf ola bilməz.

Qara Qarayev, Riçard Almeyda, Mahir Mədətov, Araz Abdullayev, Eddi İsrafilov, Emin Mahmudov, Namiq Ələsgərov, Əli Babayev, Aleksey İsayev və Dmitri Nazarovun adının olduğu yarımmüdafiəçilər siyahısı maraqlıdı. Eddi son vaxtlar İspaniyada müntəzəm oynayır, dəvətinə qısqanc yanaşa bilmərik. Hər nə qədər ürəyimizə yatan futbolçu olmasa da, azarkeşlər sevməsə də, müntəzəm forma geyir, hansı səviyyədə olduğunu da tezliklə görəcəyik. Amma Cavid Hüseynov, Cavid İmamverdiyev, əla mövsüm keçirən Ağabala Ramazanov, Rahid Əmirquliyev kənarda qala-qala İsayevlə Babayevə debüt şansı vermək məqsədlidi. Onların ölkə çempionatında əla oyuları olub, amma indi autsayderin heyətindədilər və uğursuzdular. İsrail qanı daşıması ilə fəxr edənlərin bir günün içində milliləşdirilib, millimizin formasına layiq bilinməsi təəssüf doğurur. Deməli, bu ölkənin millisi də azərbaycanlılar üçün deyil.

Hücum xəttinin normal seçildiyini demək olar. Ramil Şeydayevlə Mirabdulla Abbasov əla formadadı, Rüfət Dadaşov enişdə olsa da, daha yaxşı olan başqası yoxdu.

“Qəbələ”, “Zirə” və “Keşlə”nin millidə təmsilçisinin olmaması təəssüf doğurur. Halbuki Ömər Buludova debüt şansı verməklə alqış qazanan Nikola Tellur Mütəllimov, İlkin Muradov, İlkin Qırtımov, Slavik Alxasov, Amin Seydiyev, Bəhlul Mustafazadə kimi futbolçulara da qara eynəklə baxmamalıydı.

Ümumiyyətlə, millidə “Qarabağ” 8, “Neftçi” 6, “Sumqayıt” 2, “Səbail” və “Sabah” 1 futbolçu ilə təmsil olunur. Daha 5 nəfər legioner dəvət alıb.

AFFA-nın fəaliyyətinə qiymət vermək üçün bir faktı da qeyd edək. Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Riçard Almeyda, Eddi İsrafilov, Emin Mahmudov, Əli Babayev, Aleksey İsayev, Dmitri Nazarov, Ramil Şeydayev, Rüfət Dadaşov Azərbaycanda yetişməyib. Bu isə milli komandanın tam yarısı deməkdi. İndi Yurçeviçi qınaya bilərik, amma millinin bu vəziyyətə salınmasının səbəbləri daha dərindədi. Xorvat çalışdırıcı da ona görə seçilib ki, bu eybəcərliyə göz yumsun, kim məsləhət bilinsə, onu oynatsın, bir ilini başa vursun və yüzminlərlə avronu cibinə qoyub qaçsın.

FƏRİD


 
tarix: 13-03-2019 18:26


 
Xəbər lenti
22.07.2019

15:30   Millimiz Latviyaya qalib gəldi

15:08   Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50   “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28   3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09   “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47   Messinin 130 minlik avtomobili əlindən alınır

13:00   “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37   “Napoli”ni “Benfika”ya dəyişdi

12:16   295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47   Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az