(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Biləcəridən o tərəf çoxdan yaddan çıxıb”

“Biləcəridən o tərəf çoxdan yaddan çıxıb”

Beynəlxalq dərəcəli hakim - Tahir Süleymanov feysbuk hesabında yeni fikirlərini paylaşıb. "Neftçi"nin sabiq vitse-prezidenti ümumi üzdənyanaşma problemini qabardıb.

Cəmiyyət günü-gündən dəyişir. 7-dən 77-yə kimi ictimaiyyətdə biganələşmə gedir. 

Təzaddır. Bununla bərabər insanlarda aqresiya artır. Düşünmək, düşündürmək halları sürətlə azalır...

Səbəbsiz deyil. Qalmaqallar, başqatmalar, şaiyələr olan yerdə ətrafı idarə etmək asanlaşır.

Təhlilli tənqidlərlə problemlərə fərqli yanaşma tərzində faciəvi uçurum yaranıb. Pozitiv, inkişafa apara biləcək analizlər əksəriyyəti maraqlandırmır. Cəmiyyət arasında üzdənyanaşma meylləri çoxdan kök atıb.

Belə durumda ümumi hədəflər kiçilir, inkişaf bataqlığa sürüklənir. Beyinlər dar düşündükcə dairə də daralır...

20-30 il öncə Türkiyə futbolu inanılmaz sıçrayışa nail olmuşdu. Yeniyetmə, gənclər arasında çempionluqlardan başlayaraq millinin final mərhələləri, "Qalatasaray"ın UEFA kubokunu qazanması və nəhayət, Türkiyənin dünya üçüncülüyü...

Futbola sevgi, daxili çempionatın səviyyəsi, 10-larla inşa edilən müasir stadionlar, bazalar, ümumi infrastruktur, tv, reklam, azarkeş potensialı Türkiyənin birmənalı olaraq Avropanın futbol elitasında davamlı möhkəmlənməsinə imkan verirdi.

Reallıqda nə baş verdi? Türkiyə futbolu "Fənərbaxça", "Qalatasaray", "Beşiktaş" üçbucağından çıxa bilmədi. Dərin təhlillər aparıb nəticələri stabilləşdirmək, artırmaq əvəzinə milli mentalitet, illərdi davam edən daxili futbol "qırğınları" daha da kəskinləşdirdi.

"Barselona", Bavariya", "Real", "Çelsi" yaddan çıxdı. Türk futbolunu idarə edənlər qısa müddətdə ölkə futbolunu çökdürdülər.

İndi "Yuventus", "Mançester Siti", aparıcı millilərin heyətlərində çıxış edən türk futbolçulara baxıb təsəlli tapırlar. Artıq ikinci Şenez Erzik yoxdur və ya bacarığı olanlara imkan verilmir...

Necə ola bilər ki, Avropada yetişən türk futbolçular uğrunda nəhəng klublar bir-birinə "müharibə" elan edir, 100 milyonlar xərcləyir, bütün imkanları olan 80 milyonluq ölkədə istənilən səviyyədə futbolçu yetişmir və ya nadir hallarda üzə çıxır?!

Səbəb birdir-milli mentalitet, mühit, üzdənyanaşma, futbol idarəçiliyinin yerində olmaması...

Azərbaycanda da bunun daha əcaib formasıdır.

Türk futbolçular başqa ölkələrdə yetişdiyi kimi, Şeydayev də fərqli məkanda böyüyüb az qala Azərbaycanda məhv edilmişdi.

Ölkə futbolu problemlər məngənəsində olmasına baxmayaraq təzə-təzə Avropa böyüklərinə qoşulurdu. Azarkeşlərin illərdi ekranlardan həsədlə baxdıqları "İnter"dən tutmuş "Atletiko", Roma", "Çels"ləri klublarımız vətənə gətirməyə məcbur edirdi. Davamı daha möhtəşəm olacaqdı...

İmkan verilmədi. Mehdi Hüseynzadənin komandirinin sözü olmasın, "eyni kordinat, eyni dalğa"...

Təhlillər, analizlər bir tərəfə, hətta pozitiv tənqiblərə belə dözülməzlik, "baş üstə"lər dalğası ilə əksəriyyətin susdurulması ildən-ilə ölkə futbolunu bataqlığa sürükləyir...

Futbol "başbilənlərinə" çəkişmələr, şaiyələr, araqatmalar daha sərfəlidir. Belədə uğursuzluqlar yaddan çıxarılır, "parçala hökm sür" təfəkkürü yağ-bal kimi futbol camiəsinin iliyinə işləyir...

Avropada rəqabət çoxdan unudulub. "Kəpəz", "Xəzər Lənkəran", "Turan", "Karvan", "Daşqın" ("Simurq"), "MKT-Araz", "Bakı", "İnter", "Şəmkir" yada düşmür. "Qəbələ" də əvvəlki iddiada deyil. Boş tribunalar önündə "Bakı birinciliyi" gündəmdədi...

Futbol o qədər kiçildilib ki, "Neftçi", "Qarabağ" da rəqabətin, inkişafın "pik nöqtəsində" rahat nəfəs ala bilmir. Klublarımızı artıq nəhəng Avropa komandaları düşündürmür, "Sabah", "Səbail" üzərində qələbələrə sevinilir, azarkeşlər bu "möhtəşəmliy"ə alışdırılır. Əsas, "Bakı birinciliyi"ndə Azərbaycan çempionluğunu qazanmaqdı...

Biləcəridən o tərəf çoxdan yaddan çıxıb, beyinlərdən çıxardılıb. Avropadan isə danışmağa dəyməz.

Lippert 10 ildi futbolçularımızı bir-birinə calaq edib "limpart" düzəltməklə məşğuldu. Köməkçi məşqçi Yurçeviç qazanacaqları bir milyon avro ilə öz vətəninə yürüş edəcək. Stuxlik də T. Bəhramov, E. Əzimzadə hakimlik məktəbinə salavat zikr edəcək. "Baş üstə"lər də "möhtəşəm inkişafa" çəpik çalacaq...

Qalmaqallardan, təhqirlərdən uzaq durmaq gərəkdır. Bu düşüncə tərzi tək futbolu deyil, cəmiyyəti məhvə aparır. Beyin dərinliyi, təfəkkürü, təhlillər, pozitiv tənqidlər olmadan inkişafa aparacaq yol mümkünsüzdür.

Çıxış, xilas yolu-birlikdədir.

Futbol ictimaiyyəti elə duruma gətirilib ki, "baş üstə"lər öz yerində, "susmaq, qızıldır" kəlamı ən yüksək qızıl əyyarını da üstələyib. Futbol camiəsinin isə daha üst əyyarlara ehtiyacı yoxdur hələ...

Başı(n)mızı ağrıtmayaq, sular durulana kimi şəffaf bulaqlardan çayımızı içək...

Zaman ən doğru hə(a)kimdir!

TAHİR SÜLEYMANOV


 
tarix: 13-03-2019 18:48


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az