(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Stuxlikin günahından betər üzrü

Stuxlikin günahından betər üzrü

AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikin dünən I divizion matçına təyinatı birmənalı qarşılanmadı. Avstriyalı 19-cu turun “Sabah-2” – “Turan Tovuz” matçında hakimlərə qiymət verməyə getməklə özü-özünü ifşa etdi.
 
Stuxlik ilin əvvəlində hakim-inspektorlar üçün kriteriyalar müəyyənləşdirmişidi. 5 maddəli şərtlər toplusuna cavab verənlər hakim-inspektor ola, oyunlara gedə bilərdi.
 
1. Azərbaycan Respublikasının vətəndaşı
2. Azərbaycan dilində sərbəst danışmaq və yazmaq
3. FIFA listində adı olmuş adı olmuş şəxslər (Baş hakimlər)
4. Azərbaycan Yüksək liqasında və Premyer Liqada baş hakim olmuş şəxslər (3 ildən az olmamaq şərtiylə)
5. Kompyüterdə səlist işləmək bacarığı olmalıdı
1a) Ali, texniki, orta təhsilli şəxslər
2a) 70 yaşı tamam olmamış şəxslər
 
Amma Stuxlik özü bu şərtləri pozdu. 1, 2 və 4-cü bəndlərə cavab vermədiyi halda təyinat alan avstriyalı digərlərinə narazılıq üçün əsas verdi.
 
Səbəbini sədrin özündən soruşmaq istədik. Bu məqsədlə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya müraciət etdik. Stuxlikdən həm kriteriyaları pozan bu təyinatın səbəbini soruşduq, həm də “Sumqayıt” – “Neftçi” oyununda hoqqa çıxaran Rəşad Əhmədovun niyə cəzalanmamasını, əvəzində 3 gün sonra başqa bir matça təyinat almasını izah etməsini istədik.
 
Avstriyalı ikinci sualı cavabsız qoymağı, bunun komitədaxili məsələ olduğunu deməyi lazım bildi. Özüylə bağlı suala cavabı isə konkret oldu: “FIFA dərəcəli hakim-inspektorsansa, istənilən yarışa təyinat ala bilərsən. Beynəlxalq dərəcən varsa, daxili kriteriyalar nəzərə alınmır”.
 
Firuz bəy bizimlə söhbətində Stuxlikin nüminə kimi Əliyar Ağayevin Yunanıstan çempionatına təyinatını göstərdiyini də dedi.
 
Təbii ki, cavab qaneedici deyil, lakin sədrlə üçüncü şəxsin vasitəsi ilə dialoq xoş olmazdı. Üzbəüz müsahibədə yalan dediyini, bəhanə gətirdiyini isbatlardıq. Mümkünsüz olduğundan öz şərhimizi verməli olduq.
 
Əvvəla, FIFA, UEFA-nın qəbul olunmuş rəsmi dilləri var: ingilis, alman, fransız, ispan. Rəsmi tədbirlərdə ehtiyac olduqda bəzi digər dillərdən də istifadə edilir. FIFA referisi dərəcəsi almış hakimlərimiz də mütləq dildən imtahan verir və ildən-ilə bu tələb gücləndirilir. FIFA dərəcəli hakim-inspektorlar üçün də bu tələblər mütləqdi. Stuxlikin sələfi Xaqani Məmmədov da beynəlxalq dərəcəli hakim idi. Dil bilmirsə, Azərbaycandan başqa Avropa oyunlarına təyinat ala, heç raportu düz-əməlli doldura bilməz, FIFA-dan, UEFA-dan təyinat almaz.
 
Azərbaycanda, çempionatlarımızda da dil tələbi qanunlaşdırılıb və mütləq tələbdir. Stuxlik inspektor raportunu hansı dildə dolduracaq? Bu təyinat tək futbola deyil, ilk növbədə qanunlarımıza, dilimizə qarşı hörtmətsizlikdi. AFFA-nın koridorlarında dilimiz bir o qədər də keçərli olmadığından, avstriyalı da vəcdə gəlib yəqin. İndi onun yazdığı raportu tərcümə etməklə məşğul olarlar.
 
Daxili yarışlara ölkə vətəndaşı olmadan təyinat ala bilməzsən. Bu da kriteriyaların əsas tələblərindən biridi. Stuxlik özü-özünü oyuna təyin etməklə digər hakim-inspektorların hüquqlarını pozur, onların qazandığı qəpik-quruşa göz tikir, ciblərinə girir. Ayına 10 min avro alan, evlə, xidməti maşınla təmin edilən birisinin 100-200 manata ehtiyacı olmamalıdı. Əgər hansısa hakimin idarəçiliyinə nəzarət etmək istəyirsə, bunun üçün özünü mütləq matça inspektor təyin etməyə ehtiyac yoxdu. İşlə bağlı bütün şəraiti var və bu, onun birbaşa vəzifə borcudur. Əksinə, görüşə yerli hakim-inspektor təyin etməklə özü gedib tək hakimlərə deyil, inspektorlara da nəzarət edib təcrübəsini bölüşər, rəhbərlik etdiyi şəxslərin məsuliyyəti artar.
 
Stuxlikin beynəlxalq dərəcəli hakimlərin statusunu FIFA, UEFA qaydalarına uyğun formata mindirməyi yaxşı haldı. Çünki digər sələfi Əli Hüseynov açıqlamalarında dəfələrlə bildirirdi ki, FIFA referiləri heç kimdən fərqlənmirlər, karyeralarını bitirəndən sonra gedib həvəskarlar dəstəsində inspektorluq etsinlər, sonrasına baxarıq. Özümüzünkülər vaxtilə kriteriyalara tüpürübsə, Stuxlik niyə etməsin ki. Amma xatırladaq ki, avstriyalı Azərbaycana əvvəlkilərin tüpürdüklətini yalamaq üçün gəlməyib, böyük pullar qarşılığında qayda-qanun yaratmaq, doğru-dürüst iş görmək üçün gətirilib.
 
Əliyar Ağayev FIFA referisi kimi Yunanıstan Futbol Federasiyasından rəsmi dəvət almışdı və buna AFFA rəsmi icazə verdikdən sonra getmişdi. Rəsmi dəvətlə birbaşa təyinat fərqli məsələlərdi. Deyəsən, Stuxlik Azərbaycanı getidə qalmış ölkə sayaraq özünü çox ağıllı bilir. Yunanıstan Hakimlər Komitəsi Əliyarı statusu imkan versə də, Stuxlikin, federasiyanın icazəsi olmadan heç bir oyuna təyin edə bilməz.
 
Statusu imkan verir başqa, kriteriyalara tam cavab verərək təsdiq olunmuş hakim-inspektorların siyahısında olmamaq başqa. Stuxlikin məntiqi, məntiqsizliyi ilə yerlilərin bir-iki manatına göz tikib, dilimizə, qəbul etdiyi kriteriyalara məhəl qoymadan sabah Ermənistan çempionatına da təyinat alsa, təəcüblənmərik. AFFA belə həssas məqamlarda diqqətli olmalıdı. Avstriyalını bir ətək pul verib ona görə gətirməyiblər ki, dilimizə hörmətsizlik edib, qanunları pozaraq istədiyini etsin.
 
FƏRİD

 
tarix: 14-03-2019 09:00


 
Xəbər lenti
16.07.2019

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az