(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
“Ağsu”da gürcü barmağı

“Ağsu”da gürcü barmağı

I divizionda yenə alver gedir. AFFA-nın danışılmış oyunların kökünü kəsmək üçün gördüyü tədbirlər yetərli deyil və yenə şübhəli oyunlar sıralanır.
 
Son vaxtlar “Ağsu” ilə bağlı UEFA-dan ciddi siqnallar gəlir və bu komanda qara siyahıdadı. Az qala hər oyunu şübhə doğuran bölgə təmsilçisində demək olar, hamı bundan xəbərdardı. Komandanı 13-cü pillədə olmasının da səbəbi komandada işlərin sağlam qurulmamasıdı. Oyunu “üst”, çoxqollu gətirmək üçün bəzən futbolçular özləri təslim olur, rəqibin qol vurmasına şərait yaradır.
 
“Ağsu”nun bu mövsüm 4-5 qol buraxdığı oyunlar çox olub. Və onların demək olar, hamısında kimlərinsə marağı olub. Baş məşqçi Rüfət Quliyevin baş məşqçi postundan qovulmasının səbəbi də fərqli deyil. İllərdi hər hoqqadan çıxan bu şəxs son vaxtlar şübhələr çoxaldığından qurban verildi.
 
I divizionumuzun oyunları əsasən Asiya kontorlarında qumara qoyulur, oradan idarə edilir. Və bu işdə gürcülər vasitəçilik edir. Qonşu ölkədə olan bir neçə şəxsin fevralın 21-də “Sumqayıt-2” – “Ağsu” oyununda görünməsi təsadüf deyildi. Meydan sahibləri sözə baxmadığından, qonaq komanda ilə razılıq əldə olunmuşdu və onlar hər şeyi təmin etdi.
 
Oyunun videosuna baxsaz, bölgə təmsilçisinin necə rahatlıqla qol buraxdığını görə bilərsiz. İlk yarıda 3 qolun vurulması lazım idi və “Sumqayıt”a bunu etməsi üçün hər cür şərait yaradıldı. Fasilədən sonra daha 2 qol və “Ağsu” bukmekerlərin istədiyi hər şeyi etdi.
 
Bu komandalar arasında ilk dövrədəki oyun da şübhəli matçlar siyahısındadı. Ağsudakı matçda da meydan sahibləri rahat təslim olmuş, 3 qolu öz istəkləri ilə buraxmışdılar. 17-ci turun “Səbail-2”yə qarşı ev matçı (3:4), növbəti həftə yenə Ağsuda “Keşlə-2” tərəfindən darmadağın (0:5) araşdırılmalıdı. Bu komandanın “menyu”sunda oxşar hesablar çoxdu və diqqət edilməsi lazımdı.

 
tarix: 14-03-2019 12:05


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az