(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sabah” - “Sumqayıt” oyunu üçün “tədbirlər planı”

“Sabah” - “Sumqayıt” oyunu üçün “tədbirlər planı”

“Sabah”da vəziyyət yaxşı deyil. Son 11 oyunda cəmi 5 xal toplayan, bu il keçirdiyi 6 oyunun 4-də yenilən, son 2 matçda darmadağından qaça biləyən debütant ən pis günlərini yaşayır. Qış fasiləsi ərəfəsində hətta mükafatçılar sırasına düşəcəyi ehtimal edilən komanda hər an autsayderə də çevrilə bilər.
 
Klub rəhbərliyi bunun fərqindədi. Amma hələ ki, hansısa radikal qərar yoxdu, səbrlə vəziyyətin düzəlməsini gözləyir, məşqçi və oyunçulara dəstək olurlar. Başqa komandada bu nəticələrdən sonra aləm bir-birinə dəyərdi, amma “Sabah”ın başbilənləri maliyyə baxımından səxavətli olduğu kimi, komandayla davranışda da alicənabdılar. Bəlkə də bu alicənablıq qədərindən çoxdu, bir az tələbkar olmaq lazımdı, amma onlar bu üsulu münasib bilir.
 
Evin sirrini çölə çıxarmamağa çalışan “Sabah”da heç də həyat dayanmayıb. Bildiyimizə görə, klub daxilində lazımi işlər görülür, tədbir tökülür. Amma bütün bunlar ajiotajsız, sakitcə tənzimlənir. Baş məşqçinin də, futbolçuların da səhvi analiz edilir, deyilir, həllinə çalışılır.
 
Əslində, debütantdakı problemlər hamıya bəllidi. Hər şeyin başında kollektivdaxili münasibətlərin düzgün qurulmaması durur. Baş məşqçi Elşad Əhmədov futbolçularla davranışı, ünsiyyəti düzgün qurmayıb. İlk gündən səhv addımlar atılıb və indi bunun fəsadları üzə çıxır. Bir çox oyunçular sıxışdırılıb, əvəzində digərləriylə kralmış kimi davranılıb. İndi həmin krallar həddini aşıb, daim pis üz görənlər isə ayrıseçkilikdən bezib və münasibətlər pozulub.
 
Əhmədov yaxşı, bacarıqlı məşqçidi. Ammma pedaqoq, psixoloq kimi bişməyib, hələ Premyer Liqa səviyyəsində yetişməyib. Bəlkə də bunadək daim uşaqlarla işlədiyindən indi yeni mərhələdə manevr etmək üçün təcrübəsi çatmır. Nə hamı üçün yumruq göstərəcək cəsarəti yoxdu, nə də onları ailə kimi birləşdirməyi bacarmır. Qızıl ortanı tapa bilməyəndə isə kollektivdəki ab-hava pozulur.
 
Son oyunlar göstərdi ki, məşqçinin getməsi üçün çalışan futbolçular var. Legionerlər, xüsusilə də serblər Elşad bəydən xoşlanmır. Baxmayaraq ki, Əhmədov həmişə məhz onları göz bəbəyi kimi qorumuş, digərlərinə pis münasibət göstərmişdi. Ancaq indi onlar hər şeyi istədikləri kimi nizamlayırlar. “Neftçi” və “Keşlə”yə 0:3 hesablı məğlubiyyətlər birbaşa işə barmaqarası münasibətin nəticəsi idi. Futbolçular ruhsuz oynayırdı, məğlubiyyəti oyuna çıxmamış qəbul etmişdilər. Avrokuboka yüksəlmək imkanı və ya başqa hansısa motivasiya mənbəyi yoxdu. Belədə kənar maraqlar üzə çıxır, bu isə ağacı içindən qurdun yeməsinə bənzəyir.
 
Əhmədov bir çox oyunçulara lazım olandan çox səlahiyyət verib. Məsələn, Marko Deviç elə ilahiləşdirilib ki, sanki “Sabah” ondan ibarətdi. Mövsümün əvvəlində həqiqətən əla oynayır, komandaya fayda verirdi. İndi isə başqa “keyfiyyətləri” üzə çıxıb, özünü “Sabah”ın gələcək məşqçisi kimi görür, hər şeyə qarışır, həmyerlilərindən dəstək alıb hoqqa çıxarır. Belə münasibət isə təbii ki, xaosa səbəb olur.
 
Klubda vəziyyət belə idi və bildiyimizə görə, rəhbərlik hər şeyi analiz edib, vacib şəxslərlə lazımi söhbətlər aparılıb. İndi ya hər şey yolunu tutmalıdı, ya da radikal qərarlar yubanmayacaq. Məşqçi və futbolçular öz taleyini özləri həll etməlidi. “Sabah” kimlər üçünsə nüfuz savaşı meydanı və ya naz-qəmzə çəkiləsi yer deyil. Hamı aldığının qarşılığını verməli, imici qorumalı, nəticələri yaxşılaşdırmalıdı.
 
Legionerlərə təsir imkanı olan bir sıra menecerlər də var. Onlar da hər şeyin dağılmasında maraqlıdılar – özlərini irəli vermək, planlarını həyata keçirmək üçün. Hələlik qırmızı xəttdədilər, lakin klub rəhbərliyi boşluq versə, onların qarşısını almaq olmayacaq.
 
Qarşıdan “Sumqayıt”la oyun gəlir. Və tərslikdən bu matçın başında çox planlar var. Ötən tur “Neftçi”ylə oyunda hakim tərəfindən incidilən “Sumqayıt”ın könlünü almaq, eyni zamanda bu komandanı zirzəmidən çıxarmaq üçün “Sabah” məğlub olmalıdı. Çünki bakılılardan fərqli olaraq, bu komanda AFFA-nın sevimli körpəsidi, onun xilas edilməsi lazımdı. Hansı yolla olursa, bunu etməyə çalışanlar ilk zərbəni elə iki komandanın duelində vurmaq istəyir. “Sabah”dakı qarışıqlıqdan yararlanaraq...
 
“Sabah” bu oyunda da yenilsə, autsayderə çevrilməsi uzağa qalmayacaq. Daha 1-2 turdan sonra debütant hamıya aşağıdan yuxarı baxacaq. Bu isə baş katib Elxan Məmmədova sərf edir. Yeni mövsümöncəsi o, ram edə bilmədiyi klubun rəhbərliyi ilə başqa dildə danışacaq. Reqlamenti əldə bayraq edərək, axırıncı yerdə olanın diviziona getməli olduğunu bildirəcək, halbuki həmin komanda “Sumqayıt” olsa, fərqli tədbir görüləcək.
 
“Sabah”ı Premyer Liqada saxlamaq üçün Məmmədovun tələbləri ola bilər. AFFA-dan kluba 1,6 milyon manat pul ayrılıb. Elxan bəy həmin vəsaitə nəzarət etmək üçün öz adamını kluba yerləşdirmək, idarəçiliyə təsir etmək istəyəcək. Digər klublarda yaratdığı üsul-idarə tətbiq edildikdən sonra isə “Sabah”ın müstəqilliyi də bitəcək.
 
Bu planın baş tutmaması üçün debütant ciddi iş görməli, qara zolaqdan çıxmalıdı. Komandanın əla heyəti var, sadəcə, daxili ab-havanı düzəltmək, yumruq kimi birləşərək xallar toplamaq lazımdı. Sabahkı oyun bu baxımdan önəmlidi. Amma “Sabah”ın məhvini, ən azı asılı salınmasını planlaşdıranlar bu tur hər hoqqa çıxara bilər. Orxan Məmmədovun başçılıq etdiyi hakimlər briqadasına diqqət edin, onlar “Sumqayıt”ın ötən tur yeyilən haqqını debütantdan alıb, qonaqlara vermək istəyir. “Sabah” isə öz haqqını müdafiə etmək üçün diqqətli olmalıdı.
 
AĞA

 
tarix: 14-03-2019 10:14


 
Xəbər lenti
25.05.2019

18:54   PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38   Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00   Ardıcıl 8-ci çempionluq

16:08   “Arsenal” bu gün gəlir

15:36   Toldo və Ouen Bakıda - VİDEO

15:03   Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11   Lion “Olimpik”ində ilk ayrılıq

13:21   “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11   Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14   “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35   “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07   Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57   “Qəbələ”də son qərar gözləntisi

10:31   PSV-dən Super Liqa klubuna

10:00   “Trabzonspor”da ayrılıq

09:33   Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00   Şenol Günəş “Beşiktaş”dan getdi

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az