(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

“Sumqayıt” rəsmisi niyə cəzasız qaldı?

“Sumqayıt” rəsmisi niyə cəzasız qaldı?

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsi qəribə cəzaları yığışdırıb. Klublar Komitəsinin iclasında Frits Stuxlik klub nümayəndələri tərəfindən danlanandan sonra daha qapı arxasında topla “düzgün rəftar edilməməsinə”, ehtiyat bayraq olmamasına görə cəza kəsilmir.
 
Hiss olunur ki, Hakimlər Komitəsinin sədri bu hoqqaların səbəbkarı olan komitə üzvü Elçin Məmmədovu məzəmmət edib. Hətta vəziyyət elə dəyişib ki, bu cütlüyü üzünə söyəndə də qəbul edir, sinəyə çəkirlər. Halbuki Qəbələdə ehtiyat bayraq axtaranlar klub rəsmisinin onları təhqir etməsinə, azarkeşləri üzərlərinə qaldırmasına görə raport yazmalı, cəzanı təmin etməliydilər.
 
Premyer Liqanın 20-ci turu şərçivəsində keçirilən “Sumqayıt” - “Neftçi” oyunundan sonra meydan sahiblərinin təhlükəsizlik məsələləri üzrə rəisi Elnur İbişov Stuxliklə Məmmədovu elə tribunadaca təhqir etdi, yaxınlıqda əyləşən azarkeşləri də onların üzərinə qaldırdı. Oyunun baş hakimi Rəşad Əhmədovun sıralanan səhvləri üzündən əsəbləri dözməyən İbişovu sakitləşdirmək mümkün oldu. Lakin İntizam Komitəsinin qərarlarında bu şəxslə bağlı hansısa ölçü götürüldüyünü görmədik.
 
Bu, Elnurun ilk belə hərəkəti deyil. 2013-cü ilin noyabrında baş tutan "Bakı" – "Sumqayıt" görüşündən sonra İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanmış, klubunu 5000 manat ziyana salmışdı. Ötən il isə Premyer Liqanın XXIV turunun “Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra İbişov hakimə qarşı emosional tərzdə etiraz etdiyinə görə xəbərdarlıq almışdı. Bu hal yenidən təkrarlanacağı təqdirdə onun cəzalanacağı qərarda qeyd edilmişdi.
 
Yaddaşımız bizi aldatmırsa, İbişiovun başqa “qəhrəmanlıqları” da olmuşdu. Amma 2 dəfə onun haqqında rəsmi qərar verilib. Bu dəfə isə təhqirləri qəbul edən Stuxliklə Məmmədov günahlarını dərk etdiyindən, Elnur haqda ölçü görürtməyi lazım bilmədi.

 
tarix: 14-03-2019 15:44


 
Xəbər lenti
08.12.2019

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az