(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Aftandil Hacıyev: “Esyen bizim kluba pula görə gəlmir”

Aftandil Hacıyev: “Esyen bizim kluba pula görə gəlmir”

"Səbail"in bazasında olarkən Esyenlə söhbətimiz oldu, karyerasını bitirmədiyini bildirdi. Biz də yarızarafat ona təklif etdik ki, oynamaq istəsən, səni komandamızda görmək istəyərik".

Futbolinfo.az xəbər verir ki, bu sözləri qol.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. Klubun rəsmi saytı bir neçə dəqiqə öncə dünya futbolunun tanınmış simalarından Maykl Esyenlə danışıqlara başlandığını açıqlayıb. Məsələ ilə bağlı danışan A. Hacıyev Qana millisinin sabiq üzvünün həftə sonu müqavilə imzalamaq üçün Bakıya gələcəyini bildirib:

"Fikrimiz ciddidir, onun ümumi durumu ilə də maraqlandıq. Karyerasını bitirdiyini elan etməyib, məşqlərinə də davam edir. Müqavilə şərtlərini danışmaq üçün Esyeni Bakıya dəvət etmişik. Həftəsonu paytaxtımızda olacaq. Şərtlər hər iki tərəfi razı salsa, onu heyətimizə qatacağıq. Sözləşmənin müddəti bu mövsümün sonu və növbəti mövsümü əhatə edəcək. Bakıya gələndən sonra bir daha bu haqda danışacağıq".

Gənc mütəxəssis vaxtı ilə "Lion", "Çelsi", "Real", "Milan" kimi Avropa nəhənglərinin formasını geyinmiş Esyenin "Səbail"ə pula görə gəlmədiyini söyləyib: "Esyen "Səbail"ə maliyyə məsələlərinə görə gəlmir. Onun kifayət qədər imkanı var. Karyerası zəngin olan futbolçudur. Sadəcə, futbola, peşəsinə vurğun olduğu üçün oynamaq istəyir. Ölkəmizdə çıxış etmək ona maraqlı gəlib. Bu cür futbolçunun təcrübəsindən faydalanmaq yaxşı olar. Gələcəkdə durumuna baxıb, nə qədər oynaya biləcəyinə qərar verəcəyik".

A. Hacıyev Esyenin transferinin həm də reklam xarakteri daşıdığını gizlətməyib: "Bəlkə də indiyə qədər Azərbaycana belə titullu futbolçu gəlməyib. Həm gənc oyunçular, həm də bu cür dünya ulduzları ilə bağlı ilk addımı "Səbail" atır. Bəlkə də Esyen vasitəsilə digər tanınmış futbolçular da ölkəmizə təşrif buyurar. Bu da öz növbəsində çempionatımızın reytinqinin qalxmasına kömək edər. Bu gün belə futbolçular Çin, ABŞ kimi futbolu zəif olan ölkələrə gedirlər. Bu cür addımı Azərbaycanda ilk olaraq bizim atmağımız, əlbəttə ki, sevindirir. Düşünürəm ki, bundan sonra digər titullu futbolçularda da ölkəmizə gəlmək üçün maraq oyana bilər".


 
tarix: 14-03-2019 15:48


 
Xəbər lenti
24.07.2019

13:05   “Neftçi” Tulaya yola düşdü

12:54   “Sumqayıt”ın növbəti sınaq matçının vaxtı açıqlandı

12:42   “Kəpəz”ə milyonlar ayrılacaq – buna görə də...

12:16   “Qarabağ” sürətli oyun sərgiləyir, ancaq zəif tərəfləri də var”

11:55   Qriqorçukun mətbuat konfransı baş tutmadı

11:37   Reynaldo Qazaxıstan klubu ilə vidalaşdı

11:17   "Neftçi"ylə debüt oyununda anşlaq

11:11   "Sabah"ın ilk rəqibi müəyyənləşdi

11:02   "Neftçi" Rusiyaya vaxtında uça bilmədi - təyyarədə problem yarandı

10:57   Elxan Məmmədova görə yazdırılan izahat

10:31   Gəncə veteranları Vahabzadəyə qarşı: “5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən”

10:24   “Barselona”dan ayrıldı, PSJ-yə üz tutdu

10:14   Başverənlərin “Hədiyyə Essyen”ə dəxli yoxdu

10:00   Mirbağır İsayevin təyinatı üçün istefanı gözləyirlər

09:44   Premyer Liqa klubundan rekord transfer

09:30   Hazardın forma nömrəsi ona “miras” qaldı

09:21   “Qarabağ” İrlandiya klubuna qarşı - YENİLƏNİR

09:12   Millimizin futbolçusundan İngiltərə klubunda dubl

09:00   “Səbail”in çöküşünün pərdəarxası

00:48   Avropa Liqası: “Astana” yenə qələbəyə həsrət qaldı

00:20   Çempionlar Liqası: PSV-dən çətin qələbə

23.07.2019

23:31  “Futbolçulardan istədiklərimi tam ala bilmədim” - Samir Abbasov

23:02  Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

22:44  “Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır

22:04  Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

21:20  AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi

20:55  “Qəbələ” - “Dinamo” matçı 1 manata

20:40  Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

20:26  Zidan: “Beylə hörmətsizlik etməmişəm”

20:12  Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

19:49  “Zirə”dən Rumıniya klubu ilə heç-heçə

19:00  “Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

18:30  “Atletiko”dan ayrılan futbolçu rəsmən “Flamenqo”da

18:00  “Qəbələ” önündə şansımız yüksəkdi”

17:43  “Neftçi”dən “Zirə”yə 8 qol

17:31  “Səbail”də toplanış dərdi: “Maliyyə ilə bağlı problemlərimiz var”

17:21  “Neftçi”nin hər iki oyunu canlı yayımda

17:10  Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi

17:00  “Borussiya”nın yetirməsi Super Liqa klubunda

16:42  İbrahimoviçi cəza gözləyir - Rəqibinin sümüyünü sındırıb

16:20  “Dandalk” - “Qarabağ” matçı canlı yayımda

16:00  “Dandalk”ın baş məşqçisi: “Qarabağ” “Riqa” deyil”

15:41  “Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

15:22  “Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

15:00  Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

14:41  Millimiz Macarıstana qalib gəldi

14:20  Berdıyev Şeydayevin baş məşqçisi ola bilər

14:00  “Barselona”nın sabiq üzvü Braziliya klubunda

13:40  Fransa millisinin üzvü La Liqa klubunda

13:20  Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

13:00  “Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az