(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Stuxlikin tərcüməçi rəisi

Stuxlikin tərcüməçi rəisi

Xaqani Məmmədovu Hakimlər Komitəsinin sədri vəzifəsində əvəzləmək üçün AFFA maraqlı plan həyata keçirdi. Hər nə qədər tənqid olunsa da, sabiq FIFA referisi işini yaxşı görürdü, ən əsası, hakimliyi çirkabdan xilas etməyə nail olmuşdu. Sifarişlə oyun idarə edənlərin, rüşvətə meyl göstərənlərin sayı xeyli azalmış, ləkəlilər AFFA və PFL rəhbərliyinin dəstəyi ilə qovulmuşdu.
 
Amma Xaqani bəy sevilmirdi. Xüsusilə baş katib Elxan Məmmədovun onu görməyə gözü yox idi. Sabiq sədri əvəz etmək üçün daha yaxşı yerli mütəxəssis tapmaq olmadı, belələri var idi, lakin indiki şərtlərlə onlar işləməyə razılıq vermədilər. Bu səbəbdən AFFA struktur dəyişikliyini bəhanə etdi və Xaqani bəy yola salındı.
 
Doğrusu, indi hamı onun ölənlərinə rəhmət oxuyur. Çünki Premyer Liqada əsl xaosdu, kimin əlinin kimin cibində olduğu bəlli deyil, hakimlər klubların sifarişi ilə təyin olunur və qərəzli səhvlər sıralanır. Görünən odu ki, yeni sədr Frits Stuxlik Azərbaycan reallıqlarını yaxşı bilmir, köməkçiləri olan komitə üzvləri də avstriyalının arxasından iş görür, məkrli planları həyata keçirirlər.
 
Əslində, Stuxlik məqsədli gətirilib. O, Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsindən sonra yeni qurumu formalaşdırmalıdı. İnsaf naminə, buna çalışır, yeni sistemi oturdur və xırda yanlışlıqlara baxmayaraq, işini alqışlamaq olar. Ətrafındakılar şəxsi maraqları kənara qoysa, futbolun inkişaf üçün çalışsalar, böyük işlər görmək olar. Gəl ki, keçmişi ləkəli olanlardan yaxşı nəsə gözləmək ağılsızlıqdı. AFFA rəhbərliyi komitənin tərkibini təsdiqləyərkən bunu nəzərə almayıb.
 
Yeni struktur fərqlidi. Birləşmiş komitələrin rəhbəri Frits Stuxlik, üzvlər Vüsal Əliyev, Anar Salmanov, Ömər Paşayev və Elçin Məmmədovdu. Amma beynəlxalq təcrübədə olduğu kimi, Hakimlər departamenti də var, bu quruma isə Cavid Cəlilov rəhbərlik edir. Departament əsasən inzibati işlərin həlli ilə məşğuldu, hakimlərin hazırlığına, təyinatlara komitə cavabdehdi.
 
Və burada paradoksal vəziyyətdi. Belə ki, komitə departamentə tabe olmalıdı, amma Cəlilov Stuxlikdən buyruq alan adam təsiri bağışlayır, hətta maaşa görə də avstriyalı daha yaxşı təmin olunub. Kəsəsi, kimin kimə tabe olması, kimin əsas söz sahibi sayılması ilə bağlı qaranlıq məqamlar var. Bəlkə də belə qarışıqlıq bilərəkdən düşünülüb.
 
Ümumiyyətlə, Cavid Cəlilov kimdi? Onun hakimliyə nə aidiyyatı var? Bu sahəyə necə düşüb?
 
Milli komandalarda inzibatçı işləmiş bu şəxsin birdən-birə departament rəhbəri olması baş katib Elxan Məmmədovun istəyidi. O, məsul postu öz kadrına tapşırıb və onu Hakimlər Komitəsində eşidən qulağı kimi saxlayır. Xidməti maşın ixtiyarındadı, maaşından əlavə 5 min manat “paket” alır. Ən qəribəsi departament rəhbərinin işçisi sayılan Stuxlikə tərcüməşilik etməsidi.
 
Kiminsə adamı olduğu, komitədən lazımi şəxslərə informasiya çatdıracağı üçün “təltif edilən” Cəlilov belə yaşamağı üstün tutub. Amma komitə quruculuğu Stuxlikin boynundadı. Yaxşı işlər görür, gəl ki, proseslərə nəzarət edə bilmir. Hakimlikdə üzvlər tərəfindən yaradılan xaos onun da fəaliyyətinə kölgə salır. Ola bilsin, belə durum kimlərəsə sərf edir, komitəyə təsir imkanları yaradır. Lakin daim bir-birinə badalaq vurmağa hazır olan insanların böyük işlər görəcəyi inandırıcı deyil. 2019-dakı hakim qalmaqalları ümid vermir. Mövsümü bitirmək, yayda bu sahəyə yenidən diqqət yetirmək lazımdı.
 
AĞA

 
tarix: 15-03-2019 09:33


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az