(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
Tərlan Əhmədov: “İki qol həlledici oldu”

Tərlan Əhmədov: “İki qol həlledici oldu”

“Komandamın mübarizəsindən razı qaldım. Düzdür, səhvlər var. Amma məhz bu səhvlərin qurbanına çevrildik. Mübarizə, istək var idi. Bura 3 xal üçün gəlmişdik. İtkilərimiz var idi. David Kərimidən razı qaldım. Sərtan da zədəlidi. Ümumilikdə əvvəlki oyunlarla müqayisədə irəliləyiş var".

Futbolinfo.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Zirə"yə 0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Penaltini qaytardıqdan sonra oyununuzda canlanma hiss olundu. Amma tempi davam etdirə bilmədiniz.
- Komanda 90 dəqiqə mübarizə aparırsa, dayanmırsa, deməli, gücsüzlükdən söhbət gedə bilməz. Buraxılan iki qol həlledici oldu. Bilirdik ki, rəqib əks-hücuma yaxşı çıxır. İrəlidə 5 əcnəbi oyunçuları var. Onların qarşısı alınmalı idi. Amma sönük oyun göstərmədik. Baxımlı oyun var idi. Biz də qalib gələ bilərdik, qol epizodlarımız oldu. Qarşıya ümidlə baxırıq.

- Turnir cədvəlində komandalar bir-birinə yaxındır. Bu amil təzyiq yaradır?
- Sonuncu yerlərdə olan komandalarda təzyiq həmişə çox olur. Eyni zamanda çempionluğa oynayan klubda. Bu da təbii haldır. Nə qədər təzyiq çox olsa, daha möhkəm olmalıyıq. Bu, bizə əlavə stimul olmalıdır. Səhvlərimizin üzərində çalışıb, daha yaxşı nəticələr göstərməyə çalışacağıq.

- AFFA-dan bildirdilər ki, Kamran Ağayevin yığmaya çağırılmaması zədə ilə bağlı deyil. Necə düşünürsüz, Kamran yığmaya layiq deyil?
- Bu sualın mənə aidiyyəti yoxdu. Yeni baş məşqçi var və onun öz baxış tərzi mövcuddur. Seçim onundur. Biz də hörmətlə yanaşmalıyıq. (Sportnet)


 
tarix: 15-03-2019 18:28


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az