(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Aftandil Hacıyev: “Qarabağ” layiqli qələbə qazandı”

Aftandil Hacıyev: “Qarabağ” layiqli qələbə qazandı”

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ”a evdə 1:2 hesabı ilə məğlub olan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb:

- Hesab edirəm ki, azarkeşlər maraqlı futbol izlədi. Bol hücumlar gördük. Komandaları müqayisə etdikdə, “Qarabağ” bizdən daha təcrübəli, ustalıq səviyyəsi daha yüksək olan ifaçılara sahibdi. Ancaq uşaqlar bacardıqları qədər mübarizə apardılar. Bəzi hücumlarımızda dəqiqlik çatmadı. Bunun üzərində daha çox dayanmalı olacağıq. Rəqibi təbrik edirəm. Futbolçularıma da təşəkkür etdim. Hesab edirəm ki, bir xala layiq idik.

- Oyunun qırılma anı hansı idi?
- Bir neçə an oldu. Bəzi epizodlarda qol vurub hesabda önə keçə bilərdik. Ancaq bu, baş vermədi. Amma önə keçsəydik, sistemdə dəyişiklik edəcəkdik. Lakin bu baş vermədi və sistemdə də dəyişiklik etmədik. Rəqibin fərdi ustalıq səviyyəsi deyərkən, məsələn, Daninin cərimə zərbəsindən vurduğu qolu ancaq usta futbolçular vura bilər.

- Əvəzetmələr etdikdən sonra müdafiəyə oturdunuz. Düşünmürsünüz ki, müdafiəyə oturmaqla səhv etdiniz?
- Xeyr, biz tapşırmamışdıq ki, uşaqlar müdafiəyə otursun. Əvəzetmələr obyektiv səbəblərdən baş vermişdi. Heç kimə hesabı qorumaq tapşırığı verilməmişdi.

- Ardıcıl 2 məğlubiyyət komandaya psixoloji zərbə olmayacaq?
- Əlbəttə, məğlubiyyət yaxşı hal deyil. Qəbələdə də qol epizodlarımız oldu, bu gün də. Düşünmürəm ki, bu məğlubiyyətlər komandamıza mənfi təsir göstərsin. Növbəti oyunlara hazırlaşacağıq.

- Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Dayandığımız yerdən görünmürdü. Elvindən soruşdum, dedi ki, top yaxın məsafədən dəydi əlinə. Ancaq bütün hallarda, “Qarabağ” layiqli qələbə qazandı.

- Maykl Esyenlə bağlı fikirləriniz?
- Essyen kimi dünya şöhrətli futbolçu bizim təklifə isti yanaşıbsa, bizim üçün böyük bir uğurdu. Esseynlə danışıqlar müsbət həllini tapsa, bu, futbolumuz üçün böyük uğur olar. Məşq edir, futbolu bitirdiyini də elan etməyib. Yaxın günlərdə masa arxasına keçib, danışıqlar aparacağıq.

- Essyeni almaqda məqsəd avrokuboklara hesablanıb?
- Bu gün avrokuboklardan danışmaq tezdi. Bu məqsədlə də onu sıralarımıza qatmaq istəmirik. O, ulduzdu, bu da azarkeş sayının artmasına fayda verə bilər. (Sportnet)


 
tarix: 15-03-2019 19:50


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az