(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Roberto Bordin: “O, səhv deyil, anlaşılmazlıq oldu”

Roberto Bordin: “O, səhv deyil, anlaşılmazlıq oldu”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qəbələ" ilə evdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bildirib:

- Bizə lazım olan nəticə olmadı. "Qarabağ"la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlüəli vəziyyətimiz olsa da, bunları qola çevilə bilmədik. İkinci hissədə qol istəyimizə çatdıq. Top buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün 1 xalla kifayətlənsək də, bununla futbol bitmir.

- Motivasiya bu gün çox yaxşı idi. Bəs qələbə üçün nə çatmadı?
- Sonadək mübarizə apardıq ki, qələbə qazanaq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi.

- Canluka Sansone - Mirabdulla Abbasov əvəzetməsinə görə peşman oldunuz? Yəni, iki hücumçu ilə oynaya bilərdiniz...
- Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum.

- Qış fasiləsindən sonra "Neftçi"nin arxa xəttində kobud səhvlər olur ki, nəticədə qollar buraxıb xal itirirsiniz. Bunun üzərində xüsusi işləməyi düşünürsünüz?
- Futbolda belə anlaşmazlıq olur. Bilsəydim ki, bu, səhvdir, üzərində işləyərəm. Ani epizod idi. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz.

- Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa..?
- O, səhv deyil, futbolçularımız arasında anlaşmazlıq oldu. Hər ikisi yüzdəyüz əmin olaraq belə düşüncə ilə topu götürməyə getməli idi.

- "Qarabağ"la xalların bərabərləşməsi komandanın əhvalına mənfi təsir edəcəkmi?
- Xalalrın bərabər olması hər iki komandanın ziyanınadır. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ"la xallarımız bərabər olsa da, 1-ci yerdə yenə bizik. (Sportnet)


 
tarix: 15-03-2019 21:41


 
Xəbər lenti
22.07.2019

15:30   Millimiz Latviyaya qalib gəldi

15:08   Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50   “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28   3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09   “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47   Messinin 130 minlik avtomobili əlindən alınır

13:00   “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37   “Napoli”ni “Benfika”ya dəyişdi

12:16   295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47   Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:20   “Neftçi” və “Qəbələ”nin potensial rəqibləri bilinir - YENİLƏNİR

11:00   AFFA-da dava: əlbəyaxa oldular

10:47   Qeye “Neftçi” ilə anlaşıbmış

10:28   PAOK-dan Super Liqa klubuna

10:15   Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00   Fransalı futbolçu London klubunda

09:48   AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34   Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23   Milli komandada baş məşqçi istefası

09:11   Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00   Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

21.07.2019

23:46  Millimiz İspaniyaya böyük hesabla uduzdu

22:35  “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23  Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30  Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20  “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43  Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32  Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00  “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30  “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00  “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27  “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18  Emil Balayev baş məşqçisiz qaldı

13:39  “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35  Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00  Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45  “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31  “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00  Kökcü Türkiyə millisini seçdi

11:40  “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30  “Roma”dan yeni transfer - RƏSMİ

11:00  Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47  İsrafilovsuz qələbə

10:30  “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00  Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30  Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14  Asif Məmmədov klub tapdı

09:00  İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az