(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Emin Mahmudov: “2 xal fərqlə eyni xala malik olmaq arasında ciddi fərq yoxdu”

Emin Mahmudov: “2 xal fərqlə eyni xala malik olmaq arasında ciddi fərq yoxdu”

“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqanın 21-ci turunda “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, 1:1 hesabından məmnun qalmadığını bildirib.
 
- Nəticədən məmnun qalmadıq. Qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik, şanslarımız da var idi, amma bizdə sanki sonuncu zərbə çatmırdı. “Qəbələ”nin isə bir şansı oldu, onda da qol vurdular.
 
- “Qarabağ”ın qələbə qazanmasından sonra sanki üzərinizdə bir təzyiq var idi…
- Xeyr, biz rəqiblərimizin oyunları haqqında düşünmürük. Qarşıda 7 tur qalıb, hər oyun onların məğlub olmağını gözləməyəcəyik ki… Öz matçlarımıza baxmalıyıq.
 
- Xalların bərabərləşməsi sizin işinizi daha da çətinləşdirdi?
- 2 xal fərqlə eyni xala malik olmaq arasında ciddi fərq yoxdu. Hər iki halda bir məğlubiyyətlə geri düşə bilərsən. Ona görə də xal vəziyyətindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxmaq lazımdı.
 
- Milli oyunlar ilə əlaqədar fasilə sizə necə təsir edəcək?
- İnşallah, yaxşı təsir edər. Bir az dincələrik. Millidə olan oyunçulardan başqa digərləri bir az özlərinə gələrlər. Son 6-7 oyun çox çətin keçdi.
 
- Səlahət Ağayev bu gün gözlənilməz səhvə yol verdi. Milli komandanın 1 nömrəli qapıçısının belə səhv etməsi sizə necə təsir etdi?
- Bir səhvə görə Səlahət kimi qapıçını silmək olmaz. Əgər bu gün biz turnir cədvəlinin zirvəsindəyiksə, bunda ən çox onun əməyi var. Hər oyun ən az 2-3 dəfə komandanı real qoldan xilas edir.
 
- Azarkeşlər arasında olan hadisə nə idi? Fanatlar ona nə dedi?
- Deyəsən, onun elədikləri azakeşlərin də yadından çıxıb. Belə şeyləri heç cür başa düşə bilmirəm. Həmişə komandanı xilas etmiş adamın bir oyuna görə bu qədər üstünə getmək olmaz. Sadəcə, müdafiəçi ilə bir-birilərini düzgün anlaya bilmədilər.
 
- Qarşıda milli komandanın Xorvatiya ilə çətin matçı var. Siz bu barədə nə düşünürsünüz?
- Milliyə həmişə inanmaq lazımdı. Demirəm ki, gedib udub gələcəyik, amma əlimizdən gələni edəcəyik.

 
tarix: 16-03-2019 09:15


 
Xəbər lenti
26.05.2019

01:05   “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58   İspaniya kubokunu “Valensiya” qazandı

25.05.2019

23:58  “Bavariya”dan “qızıl dubl”

22:35  “Konyaspor” autsayderlə bacarmadı

22:07  “Arsenal” artıq Bakıdadı FOTOLAR

21:35  Milli komandamızın üzvü İngiltərə klubuna transfer olundu

21:29  XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir

19:23  “Beşiktaş”ın prezidenti Yurçeviçə zəng etdi

18:54  PSJ-dən baş məşqçiylə yeni müqavilə - RƏSMİ

17:38  Bakı finalına doğru: Azarkeş Festivalı başladı!

17:00  Ardıcıl 8-ci çempionluq

16:08  “Arsenal” bu gün gəlir

15:36  Toldo və Ouen Bakıda - VİDEO

15:03  Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11  Lion “Olimpik”ində ilk ayrılıq

13:21  “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11  Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14  “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35  “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07  Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57  “Qəbələ”də son qərar gözləntisi

10:31  PSV-dən Super Liqa klubuna

10:00  “Trabzonspor”da ayrılıq

09:33  Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00  Şenol Günəş “Beşiktaş”dan getdi

01:07  PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01  “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az