(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Natiq Muxtarlı
Tahir Süleymanov
Etibar Cəbrayıloğlu
“Tanrı heç-heçə olmasını istədi”

“Tanrı heç-heçə olmasını istədi”

“Bu oyunu udmaq istəyirdik. Təbii ki, 1 xal qazandığımız üçün xoşbəxt deyilik. Bu nəticə bizi qane etmir. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, ancaq hər şey Tanrının əlindədi və o istədi ki, bu gün heç-heçə olsun. Oyundakı səhvlərimizdən nəticə çıxarmalıyıq” - bu sözləri "Neftçi”nin futbolçusu Mamadu Mbodj "Qəbələ" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.
 
 
O, qol vurduğu üçün sevincli olduğunu söyləyib: "Bu gün qol vurduğum üçün sevinirəm. Bu qol bizə qələbə gətirsəydi, daha çox sevinərdim. Litvada oynayanda ilk mövsümümdə 6 qol vurmuşdum. Amma təbii ki, mən bura qol vurmaq üçün gəlməmişəm. Mənim burada əsas məqsədim müdafiədə komandama kömək etməkdi”.
 
26 yaşlı müdafiəçi çempionatda güclü rəqabət olduğunu bildirib: “Son oyunlardakı nəticələr onu göstərir ki, Azərbaycan Premyer Liqası kifayət qədər güclü turnirdi və hər bir klub yaxşı mübarizə aparır. Bütün komandalar bir-birindən xal almağa qadirdi. Biz bunu nəinki öz oyunlarımızda, “Qarabağ”ın oyunlarında da görürük”.
 
Mbodj komandaya tez adaptasiya olmağına da toxunub: “Qışda gəlməyimə baxmayaraq, komandaya adaptasiya olmağım heç də çətin olmadı. Çünki bütün komanda, məşqçi, inzibati heyət hər şeyi edirdi ki, mən tez bir zamanda bura uyğunlaşım və bu da öz nəticəsini göstərdi”.

 
tarix: 16-03-2019 09:49


 
Xəbər lenti
27.03.2019

01:50   İspaniyadan inamlı qələbə, İtaliyadan darmadağın

26.03.2019

23:37  Əliyev “Lokomotiv”ə qarşı 23 dəqiqə oynadı

21:44  Vüqar Məmməd: “Turniri belə bitirməməliydik”

20:42  İspaniya yığmasında baş məşqçi şoku

19:54  Millimiz Rumıniyaya da böyük hesabla uduzdu

17:26  “Neftçi” “Keşlə" ilə oyuna 3 əskiklə hazırlaşır

16:31  Birinci Divizionda 20-ci turun bütün təyinatları

16:12  Premyer Liqada 22-ci turun hakim təyinatları açıqlandı

15:54  “Qarabağ”lını məyus etdi, tarixə düşdü

15:20  Azərbaycan - Kipr matçının hakimləri açıqlandı

14:53  Kapitandan rekord

14:31  Atipik futbol - VİDEO

14:15  “Qəbələ” - “Sumqayıt” matçında 3 qol - VİDEO

13:47  Sulşerin təyinatı təsdiqlənəcək

13:25  Milyon avroluq heç-heçə

13:18  Ronaldo narahat deyil: “Öz bədənimi tanıyıram”

13:00  Azərbaycan millisində növbəti forma biabırçılığı

12:18  Bir yalanın izi ilə

12:11  Düzələcək?

12:01  231-ci futbolçu

11:53  Eddi üçün “yaxşı oğlan”

11:44  Albaniyadan Andorraya 3 cavabsız qol - VİDEO

11:32  Ukraynadan Lüksemburqda çətin qələbə - VİDEO

11:23  Təmkin təmkin istəyir: “Hamını büdrətməyə çalışacağıq”

11:12  Qara Qarayev: “Nə desəm, bəhanə kimi görünəcək”

11:00  Portuqaliya - Serbiya maçında heç-heçə - VİDEO

10:47  Aqolli rəsmən ABŞ klubunda

10:31  “Qarabağ”ın futbolçusu üçün 90 dəqiqə və 1 xal - VİDEO

10:00  Fransadan “Qarabağ”ın qapıçısına 4 qol - VİDEO

09:30  İngiltərə 3 xalı 5 qolla qazandı - VİDEO

02:53  Uruqvaydan darmadağın, Çin uduzdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az