(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Aqolli peşman deyil: “İnsanların sevgisini qazandım”

Aqolli peşman deyil: “İnsanların sevgisini qazandım”

"Qarabağ”la vidalaşan Ansi Aqolli Premyer Liqanın 21-ci turunun “Səbail”lə oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. O, Ağdam klubundan ayrılmaqla doğru qərar verdiyinə əmindi.
 
- “Qarabağ”da vida oyununuz idi. Meydana çıxmadınız, komandanız qalib gəldi. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Qələbə hər zaman xoşdur. Amma xüsusilə bu məqamda “Qarabağ”dan qələbə ilə ayrılmaq ikiqat sevindiricidi. Bugünkü 3 xal mənə daha yaxşı əhval-ruhiyyə verdi.
 
- Bu gün oynamadığınız üçün üzülmədiniz?
- Xeyr, buna görə məyus olmadım. 317 dəfə “Qarabağ”ın forması ilə meydanda olmuşam. Bu, mənim üçün hər şey deməkdi.
 
- Təkcə ailənizə görə “Qarabağ”dan ayrılırsınız, yoxsa başqa səbəb də var?
- Təbii ki, ailə amili böyük rol oynayır. Onlar ABŞ-da yaşayır. Ona görə də həyatımla bağlı düzgün qərarlar qəbul etməliyəm. Bu baxımdan, doğru addım atdığımı düşünürəm. Bir gün elə, bir gün belə - həyat davam edir. İstəməsən belə, hərdən bəzi şeyləri etmək məcburiyyətində qalırsan. Nəyinsə başlanğıcı olduğu kimi, sonu da olmalıdı.
 
- Ümidiniz varmı ki, nəvaxtsa yenidən “Qarabağ”a qayıdacaqsınız?
- “Qarabağ” düzgün yoldadır, mən onlara inanıram. Bu il də çempion olmalarını istəyirəm. “Qarabağ” fərdlərdən ibarət deyil, bir sistemdi. Bunu Qurban Qurbanov formalaşdırıb. Bu, gələcəyə hesablanmış bir sistemdi.
 
- Necə düşünürsünüz, “Qarabağ”da nə qazandınız?
- Ən yadda qalanı 2014-cü ildə qazandığımız çempionluqdu. Mən bu komandada insanların sevgisini qazandım.

 
tarix: 16-03-2019 10:12


 
Xəbər lenti
18.07.2019

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az