(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Fasilədə uduzmayacağımıza söz verdik”

“Fasilədə uduzmayacağımıza söz verdik”

"Sabah” – "Sumqayıt” oyunundan sonra (1:1) meydan sahiblərinə 1 xal gətirən qolun müəllifi Rəşad Eyubov müsahibə verib. O, fanat.az-a oyunu dəyərləndirib.
 
Eyubov öncə ilk yarıda "qırmızı” alaraq komandasını növbəti dəfə çətin vəziyyətə salan Marko Deviçin epizodundan danışıb: "Başlanğıcda azlıqda qalmaq planlarımıza daxil deyildi. Deviçə simulyasiyaya görə verilən birinci "sarı”nı haqlı sayıram. İkinci haqda dəqiq fikir bildirməyə çətinlik çəkirəm. Marko hakimə söymədiyini, nəsə artıq söz demədiyini bildirdi. Deyilənə görə referi vərəqənin təyinatını belə əsaslandırıb”.
 
Premyer Liqanın debütantına "Neftçi”dən gələn futbolçu nəticəni qənaətbəxş saydığını söyləyib: "Azlıqda bir xal almaq normaldı. Hərçənd biz qələbəni hədəfləmişdik. Fasiləyə məğlub getsək də, paltardəyişmə otağında uduzmayacağımıza söz verdik. Yekunda heç-heçə oynadıq”.
 
Rəşad özü haqda da bir neçə cümlə deyib: "Özümü super oyunçu saymıram. Bura daha çox oynamaq üçün gəlmişəmsə, çox çalışmalıyam. Bu gün komandama qolla fayda verdiyim üçün şadam”.
 
O, heyətinə dəvət almadığı millidən təklif gözlədiyini gizlətməyib: "Açığı, gözləyirdim. Niyə gizlədim ki... Çağırmayıblarsa, deməli, lazım bilməyiblər. Komandamıza uğurlar arzulayıram. Bizi xoş xəbərlə sevindirərlər”.

 
tarix: 16-03-2019 10:21


 
Xəbər lenti
18.07.2019

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az