(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Yenidən bərabərlikdə...

Yenidən bərabərlikdə...

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vauruldu. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ərəfəsində eyni gündə baş tutan son tur zirvədə yenidən xalların bərabərləşməsinə səbəb oldu. 3-cü pillə uğrunda da mübarizənin kəskinləşdiyi bir vaxtda autsayderlər qrupunda yerdəuişmə olmadı.
 
Cümənin ilk matçlarından biri “Əlincə Arena”da reallaşdı və meydan sahibləri yenə qələbəsiz qaldı. Lakin “Sabah” qazandığı 1 xalı da qənimət saymalıdı. 62 dəqiqə azlıqda oynayan debütant bu il ikinci dəfə 10 nəfərlə qala-qala rəqibinə qol vurub, xal qazandı.
 
Uğursuzluq zolağından çıxa bilməyən “Sabah” oyuna yaxşı başlamışdı. Lakin qazanılan erkən penaltini dəyərləndirməyən Cavid İmamverdiyevin ardınca Marko Deviç komandaya ziyan vurdu. 28-ci dəqiqədə ardıcıl 2 sarı vərəqə onun meydandan qovulması ilə nəticələndi. Serb forvardın bu məsuliyyətsizliyi artıq ikinci dəfə təkrarlanır. Hər dəfə simulyasiyaya görə problem yaradan oyunçu dünən dilini də dinc qoymadı, klubdaxili gərginliyi öz simasında büruzə verdi.
 
Ötən tur hakim səhvindən əziyyət çəkən “Sumqayıt”ın bu dəfə daha çox rəğbət görəcəyi gözlənilirdi. Deviç də bu amili nızırı almalıydı, amma liderə yaraşmayan hərəkəti ilə real qələbə şansının boşa verilməsinə səbəbkar oldu.
 
“Sumqayıt” azlıqda qalan rəqibini fasiləyədək cəzalandırdı. Ancaq Ayxan Abbasovun yetirmələri mövsümdəki ən pis oyunlarını keçirməklə qələbə hesabını qoruya bilmədi. Daha yaxşı görünən “Sabah” 1 xalı qopardı və autsayderi yerində saxladı.
 
“Zirə” yüksəlişini əsas rəqiblərindən olan “Keşlə” üzərində qələbə ilə əlamətdar etdi. Sezar Rodrigesin dublu qonaqların təslim olması üçün yetdi. Oyun boyu daha yaxşı görünən “qartallar” bu gedişlə orta sralarda möhkəmlənəcək.
 
“Qarabağ” zirvəyə yenidən şərik oldusa, buna görə “Qəbələ”yə minnətdar olmalıdı. Çünki ağdamlılar “Səbail”lə oyunda heç də parlaq oynamadı. Bu matçı Dani Kintananın təkbaşına qazandığını da demək olar. İspan yarımmüdafiəçi öncə özünün qazandığı cərimə zərbəsini əla dəyərləndirdi, matçın sonunda da qələbə qoluyla nəticələnən penalti qazandı.
 
“Neftçi” çempionatda ən yaxşı oyunlarından birini keçirməsinə rəğmən, xal itirdi. “Qəbələ” ilə görüşün fasiləsinə kimi bakılıları hakim məyus etdi. Soni Mustivara görə edilən kobudluğu penalti kimi dəyərləndirməyən referi ilk yarıda qol qeydə almadı.
 
Fasilədən sonra isə bakılılar arzuladığı qolu vurdu. Mamadu Mbodjun 54-cü dəqiqədəki zərbəsi yolüstü Amin Seydiyevə toxunub tora sancıldı. Aparıcı mərkəz müdafiəçilərinin yoxluğunda bu mövqedə sınanan gənc matçı əla keçirsə də, bu epizodda Dmitri Bezotosnını yanıltdı.
 
Xaotik oynayan, daha çox istək sayəsində “Neftçi”ni narahat edən qonaqları qolu isə kuryoz alındı. Oyuna yenicə daxil olan Asif Məmmədovun qapı qarşısına ötürməsi zamanı qapıçı Səlahət Ağayevlə müdafiəçi Ömər Buludov bir-birinə arxayın oldu, belədə fürcətcil Stiven Monroz toru silkələdi. Və bunda Roberto Bordinin də rolu var idi. İtaliyalı mütəxəssis 1 dəqiqə öncə 5 müdafiəçili sistemə keçmişdi, lakin futbolçular hələ mövqelərinə qərar verməmişdi. Anton Krivotsyukla Tural Axundov sol cinahda yer bölüşdürənə kimi Asif nəticəni həll etdi.
 
Beləliklə, Bordinin də səhvi üzündən Qarabağ“ yenidən liderə çatdı. Qalan 1 dövrə ərzində yenidən maraqlı mübarizə izləyəcəyik. Sonda az büdrəyənin, az səhv edənin qalib gələcəyi dəqiqdi.
 
FƏRİD

 
tarix: 16-03-2019 11:14


 
Xəbər lenti
18.07.2019

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az