(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
3-cü dövrənin lideri – “Qarabağ”, sürprizi - "Zirə"!

3-cü dövrənin lideri – “Qarabağ”, sürprizi - "Zirə"!

Premyer Liqada 3-cü dövrə geridə qaldı. Mövsüm sona yaxınlaşdıqca mübarizə daha da qızışır, rəqabət artır.
 
2019-cu ilin 7 oyunu komandaların qış fasiləsindən necə çıxmasına baxmaq üçün kifayət edir. Qış çempionu olan “Neftçi”nin oyunların yarısından çoxunda xal itirməsi əsas rəqib “Qarabağ”ın bakılılara çatmasına kofayət edib. Amma ağdamlılar da 3 oyunda xal itirib və bu, yaxşı hal deyil.
 
Az qala hamının digərindən xal almasının mümkün olduğu yarışda “Zirə”nin yüksəlişi diqqət çəkir. Samir Abasovun iddiası əbəs deyilmiş. “Sumqayıt”da işləyərkən legioner transfer edə bilməmələrində şikayət edən məşqçi dediklərini işdə sübut edir. Onun qış fasiləsində seçdiyi legionerlər komandanı özünə gətirib və qəsəbə təmsilçisi 6 oyundu məğlubiyyət görmür.
 
“Qəbələ” də özünə gəlib. Əyalət klubu parlaq oynamasa da, qeyri-sabit çıxış etsə də, 3-cü dövrənin ən yaxşılarındandı. Onlar 3 turdu qələbə görməyən “Səbail”i 3-cü pillədən sıxışdırmaq üçün ayılıb.
 
Orta hesabla tura 1 xal qazanan “Keşlə” son sıradan qurtulub, amma komanda səfər oyunlarında xüsusilə əziyyət çəkir. “Sabah” isə əla startın ardını gətirə bilmədiyindən vəziyyətini çətinləşdirib. 2019-da qələbə üzü görməyən yeganə komanda olan “Sumqayıt”ın işi isə Allaha qalıb. Hər halda, 3-cü dövrənin turnir cədvəli belə deməyə əsas verir.
 
1. Qarabağ          7             4             3             0             9-4         15
2. Neftçi              7             3             3             1             10-5       12
3. Zirə                7             3             3             1             6-3         12
4. Qəbələ            7             3             3             1             7-5         12
5. Səbail             7             3             1             3             8-7         10
6. Keşlə              7             2             1             4             5-9         7
7. Sabah             7             1             2             4             4-10       5
8. Sumqayıt        7             0             2             5             3-9         2

 
tarix: 16-03-2019 11:41


 
Xəbər lenti
18.07.2019

01:03   1-ci təsnifat mərhələsinə yekun vuruldu - ÇL

00:12   Rəşad Sadıqov: “Qol zamanında gəldi”

17.07.2019

23:48  Tahir Gözəl: “Oyun ilk qoldan sonra başladı”

23:39  “Qarabağ” bizdən güclü olduğu üçün müdafiədən oynadıq”

23:29  Qurbanov: “Komanda hələ ən yaxşı performansından uzaqdı”

23:15  “Qarabağ” İrlandiya çempionu ilə qarşılaşacaq

23:01  “Qarabağ” avrokuboklarda 100-ə çatdı

22:52  “Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində!

22:29  “Tottenhem”in futbolçusu rəsmən “Atletiko”da

21:55  Avropa Liqası: Gürcüstan klubu növbəti mərhələdə

21:27  Kristian Efros: “Fikrimi dəyişməmişəm”

21:09  Sənan Qurbanov Türkiyə toplanışını dəyərləndirdi

20:46  Əmirquliyev: “İçimizdə bir inam var”

20:11  Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

19:57  “Səbail”ə mən də qol vurmaq istəyirəm”

19:18  “Səbail”lə oyunda müdafiə olunarkən diqqətli olmalıyıq”

18:58  “Qəbələ” Türkiyədən qələbə ilə qayıdır

18:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

18:22  “Zirə” növbəti transferini açıqladı

18:00  Roberto Bordin: “3:0 bizi aldatmamalıdı”

17:47  Emin Mahmudov: “Hücum futbolu göstərəcəyik”

17:14  “Vest Hem”dən rekord transfer

16:50  Hollandiya Futbolçular Birliyində ukraynalı prezident

16:25  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:00  Mançini “Roma”da

15:37  “Sumqayıt” Rumıniya klubu ilə qarşılaşacaq

15:10  “Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

14:56  De Xea qərarını verdi

14:27  Latviya klubunda daha bir azərbaycanlı futbolçu

14:00  Premyer Liqa klubundan yeni transfer

13:42  İspan futbolçu La Liqada klubunu dəyişdi

13:21  Premyer Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az