(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Futbolumuzun gələcəyindən vacib sayılan Essyen – bahalı oyuncaq

Futbolumuzun gələcəyindən vacib sayılan Essyen – bahalı oyuncaq

“Səbail” Maykl Essyeni Bakıya gətirir. Nə gözəl, nə pakizə... Futbolçu, yoxsa maniken kimi – bax, bunu yalnız özləri bilir.
 
Qanalı Azərbaycanda futbol oynayacaq ən tanınan simadı. Amma söhbət tanınmaqdan gedirsə, daha tanınan, daha sevimli olan ulduzlara da qucaq açmaq olardı. Niyə məhz Essyen?
 
Aydın məsələdi, bu, hansısa seleksiya işinin nəticəsi deyil. Heç fantastik beynəlxalq əlaqələr də rol oynamayıb. Bir az da dərinə getsək, heç burada marketinq planı da yoxdu. Sadəcə, Maykl bir neçə gün öncə Bakıda Avroliqa ilə bağlı “Ulduzlar finalı”nda olarkən hansısa yeyib-içmək məclisində söhbət düşüb, razılaşıblar. Papasının gül balası üçün bahalı oyuncaq almaq həm də xoş əyləncədi.
 
Essyenin gəlişi bizə nə verəcək? İnanın ki, heç nə! Bu transfer stadionlarda tamaşaçı artımına səbəb olmayacaq. “Səbail” matçlarına bilet də satmır ki, bu keçiddən nəsə qazansın. Bir az səs-küy, kiçicik diqqər artımı ola bilər. Lakin Maykl 1-2 oyuna çıxdıqdan sonra bu da bitəcək.
 
Essyen pul yemək üçün vasitədi. Təbii ki, onun transferinə 300-400 min avro xərclənəcək və bu pul klubun büdcəsini “zorlayacaq”, bəlkə də əlavə maliyyə ayrılmasına səbəb olacaq. Maykl təcrübəsi hesabına səviyyəsiz çempionatımızda normal oynaya bilər, lakin komandası avrokuboka çıxanda problemlər başlayacaq. Böyük pullar xərcləndiyi üçün heyətə salınacaq, bu isə əlavə fəsadlar yaradacaq.
 
Essyenin gəlişiylə klubda balans da pozulacaq. Komandanı 3-cü pilləyə yüksəltmiş futbolçuların haqqı yeyiləcək, maliyyə baxımıından da disbalans izləyəcəyik. Təsəvvür edin, qanalının maaşı digərlərinin cəmi əməkhaqqından yüksək olacaq. Baş məşqçi Aftandil Hacıyevin qurduğu nizam da beləcə sıradan çıxacaq, komandada eniş başlayacaq.
 
Mövsümün bitimi ərəfəsində azad agent olan, aylardı ayağına top dəyməyən birini döyüşkən kollektivin içinə soxmaq risklidi. Və hələ nə vəziyyətdə olduğunu bilmədən, onunla növbəti mövsüm üçün də anlaşmaq ağılsızlıqdı. Balaxanı zibilliyində Kinabalu altınının heç yeri yoxdu.
 
Essyenin gəlişi heç də Premyer Liqamıza marağı artırmayacaq. Əksinə, hamı bizi Hindistan, İndoneziya kimi tanıyacaq. Bu cür keçidlər, müqavilələr yalnız oralarda olur. Təsadüfi deyil, Maykl da elə İndoneziyadan gəlib. Və sizi əmin edirəm ki, artıq ora da yaramayıb.
 
Essyenin 37 yaşı var. Afrikalı olduğunu, sənədlər üzərində “əla işlədiklərini” nəzərə alsaq, 4-5 il də üstünə gəlməliyik. İndi gəl, bu qocanın motoruna yağ tök...
 
Karyerası parlaq olub. “Bastiya”, “Lion” kimi fransız klublarının ardından “Çelsi”də 9 möhtəşəm mövsüm keçirib. Amma “Real”a, ardınca “Milan”a gedib hərəsində 1 mövsüm keçirəndən sonra karyerası faktiki bitib. Hələ 2015-ci ildə... Ondan sonra “Panatinaikos” və “Persib Bandunq”da yalnız kölgəsi sürünüb. İndi “Səbail”ə can verməyə gəlib...
 
Qana millisində 58 oyuna 9 qol vuran Maykl bahalı oyuncaq kimidi, 5-6 oyunu özü, 1 ili adı oynayacaq. Və o da kimlərinsə şəxsi münasibətləri hesabına yüzminlərə sahib olaraq aradan çıxacaq. Təbii ki, vasitəçilərinə də yaxşı qazandıracaq.
 
Axırında xeyir görməsək də, bədniyyətli deyilik. Təki xeyirli olsun. Lakin unutmayın ki, onun üçün havaya səpiləcək pul “Səbail” akademiyasının 3-4 illik xərcidi və bu vəsaitlə ölkədə uşaq futbolunun bir klubun simasında inkişaf etdirilməsi üçün böyük işlər görülə bilərdi.
 
FƏRİD

 
tarix: 16-03-2019 12:34


 
Xəbər lenti
21.11.2019

14:33   “Golden Boy” mükafatına son 3 namizəd

14:09   Depay birinci, Ronaldo 10-cu oldu

13:41   UEFA Rumıniya millisi ilə intizam işi açdı

13:16   “Qarabağ” nə “Yuventus”, nə də “Lion"du”

12:44   “Borussiya”lı üçün il bitdi

12:32   “Messi və Ronaldo ilə eyni səviyyədə ola bilərdim, amma bunu istəmədim”

12:17   “Milan”dan İbrahimoviçə 1,5 illik təklif

11:53   “Zirə” ilə matça qələbə üçün çıxacağıq”

11:44   Ronaldonun əvəzinə Mbappe

11:30   "Heç vaxt bu qədər sevinməmişdim"

11:25   Daha bir milli baş məşqçisiz qaldı

11:19   Slavçevin vidası reallaşır

11:00   Milli oyuncaq

10:49   “Bavariya”dan qapıçısı ilə yeni müqavilə

10:34   “Fiorentina”nın futbolçusu 5 min avroya görə döyüldü

10:15   Xayme Romero: “Enişin olması normaldı”

10:00   AÇ-2020-nin püşkatmasını tənqid etdi

09:40   Mourinyonun “Tottenhem”də illik qazancı bəlli oldu

09:27   Milli komandada baş məşqçi istefası

09:14   Məmmədovla “süni müsahibə”

09:00   “Fənərbaxça”da iki ciddi itki

08:46   Şeydayevlə İsrafilov əlbəyaxa oldu: "Sənin kimilər bu formanı geyinməməlidi"

20.11.2019

19:31  “Tottenhem” Poçettinoya nə qədər təzminat ödəyəcək?

19:00  Milli komandada yeni rekordçu

18:30  AÇ-2020: Pley-offun püşkatma tarixi bəlli oldu

18:00  “Genk”də baş məşqçi dəyişikliyi

17:42  “Hamı düşünürdü ki, Azərbaycana 5 qol vuracağıq”

17:20  “Azərbaycana oyuna nəzarət etmək imkanı vermədik”

17:00  AÇ-2020-yə son 4 vəsiqə üçün mübarizə aparacaq komandalar

16:42  Premyer Liqa klubunda baş məşqçi ayrılığı

16:21  AFFA rəsmisi “Reyncers”in oyununda

16:00  “Azərbaycanla oyunda ilk qoldan sonra görəcəyimiz bir iş yox idi”

15:40  Azərbaycanda yeni futbol klubu yaradıldı

15:21  Niyə bu günə düşdük?

15:00  “Bakı”nın sabiq futbolçusu həbs olundu

14:42  “Peruca”nın futbolçusu millimizə çağırıldı

14:21  Milan Şkrinyar: “Qələbəyə heç kim sevinmirdi”

14:00  Boz binada futbol cinayəti

13:43  “Azərbaycan millisi onlara səfərdə işgəncə vermişdi”

13:22  “Qarabağ”ın oyunundan əvvəl musiqili proqram

13:00  Hakimi vuran oyunçuya 10 oyunluq cəza

12:47  Əliyar Ağayev Divizion matçına təyinat aldı

12:30  Premyer Liqada 12-ci turun hakim təyinatları

12:15  Almaniya millisində yeni rekordçu

11:53  Mourinyo rəsmən “Tottenhem”də

11:37  İnqilab Məmmədov DÇ-nin final mərhələsində

11:19  Qərar günü: bundan pisi olmayacaq

11:00  AÇ-2020: Kim, hansı səbətdə olacaq?

10:40  Maradona istefa verdi

10:20  Filip Ozobiç: “Pozitiv olmaq və inanmaq lazımdı”

10:00  “Traktor”un oyunu təxirə salındı – Etirazlara görə

09:30  “Yuventus”da yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az