(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Ümid verməyən start

Ümid verməyən start

Milli komandamız Avro-2020-nin seçmə mərhələsində mübarizəyə başlayır. Yenə ən yaxşı nəticəyə ümid etməkdən başqa çarə yoxdu, amma həm də ümidsizik. Bu futbolçulardan qurulan yığma komanda Nikola Yurçeiç kimi sıradan məşqçi ilə nəyəsə nail olmaq gücündə deyil. Azərbaycan futbolu 10 ildi o qədər pis idarə olunub ki, Zaqrebdə qalanacaq Novruz tonqalı ümidlərimizi yandıracaq, bayram əhval-ruhiyyəmizi korlayacaq.
 
Hətta heç-heçəyə belə ümid yoxdu, rəqib son dunya çempionatının finalçısı Xorvatiyadı. Pərdəarxası oyunlar olmasa, bukmeker kontorları barmaq etməsə, milli komandamızı növbəti faciəvi məğlubiyyət gözləyir. Yalnız Davor Şukerin bizdəki həmkarlarına dost əlini uzatması, Yurçeviçin həmyerlilərinə minnətçi düşməsi kiçik hesablı məğlubiyyəti şərtləndirə bilər. Söhbət sırf futbol mübarizəsindən gedirsə, darmadağın qaçılmazdı.
 
AFFA rəhbərliyi də işini bilir. Bugünlərdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov milli komanda ilə görüşərkən onlardan ən yaxşı halda heç-heçə gözlədiklərini dilə gətirib. Və hətta bunun üçün böyük məbləğdə mükafat vəd ediblər. "Maksimir" stadionunda möcüzə assosiasiya rəhbərliyinə yarım milyon manata başa gələ bilər.
 
Təbii ki, həmin pul AFFA-nın büdcəsində qalacaq. Real danışmalıyıq, xala ümid etmək ağılsızlıqdı. Rəqibin heyətində zədələr üzündən ciddi problemlər olsa da, yenilər daha təhlükəlidi. Nəsil dəyişməsi prosesindən sonra gələn gənclər daha enerjilidi və əsas heyətdə möhkəmlənmək üçün bizimkiləri kötəkləməkdən çəkinməyəcək. Sonuncu pilləni ilk turdan “özəlləşdirəcəyik”.
 
Komanda o qədər ruhsuzdu ki, hansısa əzmkarlığa da ümid etmirik. Menecerlərin marağına uyğun, tapşırıqla yığılan heyət mobil “damalılar”a müqavimət göstərəcək səviyyədə deyil. Üstəlik, Yurçeviçin bu futbolçuları yoxlamaq, onlara öz sistemini aşılamaq imkanı da olmayıb. Bu səbəbdən Zaqrebdə xorvatlara qarşı başsız atlılar oynayacaq. Əsas heyətin “Qarabağ” ağırlıqlı olması bir az inam verə bilər, lakin sözügedən futbolçular da hazırda yaxşı formada deyil.
 
Bu oyundan salamat qurtulmağın yolu meydandankənar oyunlardı. İş futbola qalsa... Novruz bayramınız mübarək!
 
FƏRİD

 
tarix: 19-03-2019 09:45


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az