(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Kramariç: “Azərbaycan bizim sevmədiyimiz tərzdə oynayacaq”

Kramariç: “Azərbaycan bizim sevmədiyimiz tərzdə oynayacaq”

“Çətin oyunlar keçəcək. Çünki ilk görüşdə bütün komandalar istəkli olur”.

Futbolinfo.az xəbər verir ki, bunu Xorvatiya yığmasının hücumçusu Andrey Kramariç deyib.

28 yaşlı forvard AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində martın 21-də Azərbaycan millisinə qarşı keçiriləcək oyunu dəyərləndirib. Kramariç yerli mətbuata müsahibəsində martın 24-də qarşılaşacaqları Macarıstanın daha güclü rəqib olduğunu söyləyib: "Belə matçların asan keçəcəyini düşünmək axmaqlıq olar. Ən yüksək səviyyədə motivasiya olunmaq lazımdı. Sadəcə Balkan düşüncəsi ilə mübarizə aparsaq, başımıza iş açarıq. "Rusiyada dünya ikincisi olduq, asan qalib gələrik" kimi fikirləri bir kənara atmaq lazımdı. Azərbaycana və xüsusən də, Macarıstana ciddi yanaşmalıyıq. Bu matçda son dəqiqəyə qədər mübarizə olacaq".

"Hoffenhaym"ın forvardı yığmamıza xorvatiyalı mütəxəssis Nikola Yurçeviçin gətirilməsinə də münasibət bildirib. O, komandamızdan Zaqrebdə müdafiə futbolu gözləyir: "Qrupumuzdakı bütün komandaların motivasiyası yüksək olacaq. Azərbaycan bizim sevmədiyimiz tərzdə, müdafiədə qapalı futbol göstərəcək. Hədəfə ən qısa müddətdə çatmağın yollarını axtaracağıq. Hər dəfə deyilməsinə baxmayaraq, sonradan problemlər üzə çıxır. Önümüzə yeni əngəllər çıxacaq, maraqlı olacaq. Bilirəm ki, Rusiyadakı kimi mükəmməl alınmaya bilər. Çətin günlərə biz də hazırıq. Ən yaxşı oyunu ortaya qoymaq üçün "savaşmaq" lazımdı".

Avropa çempionatının seçmə mərhələsi cəmi 8 ay çəkir. Ancaq Kramariç bu müddətin qrupda ilk iki yeri tutmaq üçün yetərli olacağını düşünür: "Qrupda iki komandanın Avropa çempionatına yollanması yaxşı haldı və ümid edirəm ki, faciə baş verməyəcək. Narahatlığa əsas yoxdu, 5 komanda arasında ilk iki yerdə olacağımıza inanıram. Amma onu da deməliyəm ki, pis qrupa düşmüşük. Hər kəs bizim üçün asan olacağını düşünür. Ancaq əmin olun ki, hər matç gərgin keçəcək".


 
tarix: 19-03-2019 11:43


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az