(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Azərbaycan Yurçeviçi gətirməklə biclik etdi”

“Azərbaycan Yurçeviçi gətirməklə biclik etdi”

Xorvatiya yığmasının futbolçusu Yosip Brekalo AÇ-2020-nin seçmə mərhələsində martın 21-də Azərbaycanla keçiriləcək oyun öncəsi yerli mətbuata müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı vinger qarşıdakı görüş və millidəki mövqeyi barədə danışıb.

- Millidəki ilk gününüz necə keçdi?
- Əsas yığma gənclər millisindən fərqlidi. Burda fenomen oyunçularla bir yerdə çıxış edirsən. Modriç və Rakitiç kimi futbolçularla məşq etdiyin zaman sənə daha yaxşı hörmət göstərirlər. Komanda yoldaşlarımla ilk görüşdə özümü yaxşı hiss etdim, bizi əla qarşıladılar. Ümid edirəm ki, məndən gözlənilən yüksək səviyyədə oyunu meydanda göstərə bilərəm.

- Azərbaycanla oyunda sağ cinah müdafiəçisi kimi oynamağınız gözlənilir. Klubda isə daha çox sol vinger mövqeyində çıxış edirsiniz. Bu seçimə necə baxırsınız?
- Məşqçilər korpusu bu mövqe üçün kimin daha faydalı olduğunu müəyyənləşdirəcək. Hansı mövqedə desələr, oynamağa hazıram. İstənilən tapşırığı yerinə yetirməliyəm. Oyunumun komandaya xeyir verməsi üçün əlimdən gələni edəcəm. Mövqe seçimini biz yox, baş məşqçi edir. Mənim ilk tapşırığım komandaya kömək etməkdi. Hədəfə çatmaqda yardımım olarsa, buna yalnız sevinərəm.

- Sağ cinahda sizdən hərəkətlilik və hücuma dəstək tələb olunacaq. Azərbaycanla müqayisədə Macarıstanın müdafiə mexanizmi daha güclüdü. Nə vaxtsa bu mövqedə oynamısınız?
- Daha dərininə getmək istəmirəm. Baş məşqçi kim hazırdısa, ona şans verəcək. Əlbəttə ki, qarşıdakı iki oyun bir-birindən fərqlidi. Azərbaycanla ev matçının favoritiyik. Meydana mümkün qədər çox hücumameyilli oyunçu ilə çıxmalıyıq. Düzdü, əvvəllər müdafiənin sağında oynamamışam. Bu mövqenin tələbləri də fərqli olur.

- Azərbaycan yığmasını Nikola Yurçeviçin çalışdırması sizin üçün təhdiddimi?
- Azərbaycanın bir müddət baş məşqçisiz qaldığını və yeni mütəxəssis axtarışında olduğunu bilirdim. İlk oyunlarını Xorvatiyaya qarşı keçirəcəkləri üçün biclik etdilər. Baş məşqçiləri bizi daim izləyir, haqqımızda hər şeyi bilir. Ancaq səviyyə baxımından üstünük və əgər öz oyunumuzu göstərsək, problemlə üzləşmərik. (matc.az)


 
tarix: 19-03-2019 12:45


 
Xəbər lenti
19.10.2019

11:00   “Liverpul”da 5 illik müqavilə

10:30   “Barselona” təklif etdi, “Real” razılaşdı

10:00   Bolqarıstan futbolunda daha bir istefa

09:30   Millimizin üzvü oynamadı, komandası liderliyini qorudu

09:00   “Qəbələ”nin “Qarabağ”la 55-ci dueli

01:22   “Qranada”ya 1 qol bəs etdi

01:14   PSJ 3 xalı 4 qolla qazandı

01:07   “Yığma 0:5 uduzacaqsa, baş məşqçiyə 30-40 min verməyin nə adı var?” - Mahir Şükürov

01:00   “Ayntraxt”dan darmadağın

00:25   “Qəbələ” “Qarabağ”a, “Keşlə” “Sabah”a qarşı - YENİLƏNİR

18.10.2019

23:37  “Qalatasaray”dan çətin qələbə

22:28  Nazarov Almaniyada daha bir qol vurdu

20:41  “Region Liqası”nın püşkü atıldı

20:01  İlham Yadullayev rəsmən “Turan Tovuz”da

19:48  Premyer Liqa klubunda yeni müqavilə

19:14  Divizion matçında “Qarabağ Azərbaycandır!” şüarı - VİDEO

18:31  DÇ-də rekord izləyici – FİFA açıqladı

17:40  Futboldan 2 illik uzaqlaşdırıldı – narkotik maddəyə görə

17:19  PSJ-nin zədəlilərindən ikisi sağaldı

16:59  “Qarabağ”la “Neftçi” uduzdu, “Keşlə” darmadağına sevindi

16:34  119 yaşlı klub fəaliyyətini dayandırdı

16:12  Ferqyusonla bağlı şok ittiham: ÇL-də oyun satıb

15:56  "Qarabağ"a vurduğum qola təəccüblənmədim" - Çiçarito

15:37  “Onun istefasının qələbədə rolu yoxdu” - Ruslan Abışov

15:14  APOEL-dən “Qarabağ”la oyuna havayı bilet

14:53  Ermənistan yığmasında baş məşqçi istefası

14:34  “El klasiko” ilə bağlı rəsmi qərar açıqlandı

14:15  Elxan Məmmədova Nikola Yurçeviçdən şikayət – Millidə “üsyan”

13:57  UEFA “Qarabağ”ın oyunlarında baş verənlərlə bağlı qərarı təxirə saldı

13:40  “Neftçi”nin sabiq forvardı D seriyasında: “Ora uyğunlaşa bilmədim”

13:21  Mövsümün açılış iclası keçirildi

13:05  Kamerunlu futbolçunun evi qarət olundu – 100 min avroluq ziyan

12:44  Amerika kuboku-2020-nin rəsmi loqosu - FOTO

12:22  Fransada sentyabrın ən yaxşı oyunçusu bəlli oldu

12:03  Millimizə Özbəkistan klubundan futbolçu çağırıldı

11:47  “El klasiko” təxirə salındı

11:25  Eşli Koul yenidən “Çelsi”də

11:00  Hakimi təhqir edən baş məşqçinin cəzası azaldıldı

10:42  UEFA “Ayaks”ı 50 min avro cərimələdi - “Borussiya” isə...

10:20  Bundesliqa klubunda yeni müqavilə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az