(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-dan “Zirə”yə texniki məğlubiyyət

AFFA-dan “Zirə”yə texniki məğlubiyyət

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Gənclər Liqasında “Zirə” – “Sabah” matçında “Zirə”nin futbolçusu Pərvin Kərimli turu buraxmalı olduğu halda meydana çıxdığına görə  kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Liqasında “Sabah” – “Xəzər Lənkəran” matçının 65-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Məmməd Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-17 Liqasında “Zirə” – “Mil-Muğan” matçının 77-ci dəqiqəsində “Zirə”nin futbolçusu Raul Musayev rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb. Oyunun 77-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu İlkin Hüseynov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-15 Liqasında “Gəncə TİM” – “Keşlə” matçı başa çatdıqdan sonra “Keşlə”niin futbolçusu Cavid Yadullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-15 Liqasında “Zaqatala” – “Zirə” matçının 70+1-ci dəqiqəsində “Zirə”nin futbolçusu Sənan Xəlili ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

U-14 Liqasında “UGİM” (Şabran) – “Araz Bakı” UFK matçının 46-cı dəqiqəsində “Araz”ın futbolçusu Cəlal Məmmədzadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

U-13 Qızlar Liqasında UGİM (İsmayıllı) – UGİM (Qax) matçında UGİM (Qax) klubunun baş məşqiçisi hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-13 Qızlar Liqasının “Fidan” – “Qusar” matçının 50-ci dəqiqəsində “Fidan”ın futbolçusu Ayşən Rüstəmova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-16 Qızlar Liqasında “Xırdalan City” (Bakı) – UGİM (Naftalan) matçının 17-ci dəqiqəsində “Xırdalan City”-nin futbolçusu Aydan Eyniyeva aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Yüksək Qızlar Liqasında “Fidan” (Bakı) – “Qəbələ” matçının 61-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu İlahə Eyvazlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. Oyunun 61-ci dəqiqəsində “Fidan”ın futbolçusu Nazilə Mürsəlova aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II Liqasının “Bibi-Heybət” – “Təbriz” matçının 18-ci dəqiqəsində “Bibi-Heybət”in futbolçusu Elsevər Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Bibi Heybət”in inzibatçısı Asif Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II Liqasının “Bədr FK-Xocalı” – “Mübariz” matçının 24-cü dəqiqəsində “Bədr FK-Xocalı”nın futbolçusu Zaur Məmmədovun ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Bədr FK-Xocalı” klubunun futbolçusu Ceyhun Mürşüdlü oyunun rəsmi şəxslərinin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan II Liqasının “Baker Hughes” – “Borçalı” matçının 28-ci dəqiqəsində “Baker Hughes”in futbolçusu Nicat Abdullayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Oyunun 28-ci dəqiqəsində “Borçalı”nın futbolçusu Anar Səlimov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

Futzal üzrə Azərbaycan II Liqasının “Avanqard” – “Gilan” matçının 23-cü dəqiqəsində “Gilan”ın futbolçusu Elmir Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


 
tarix: 19-03-2019 16:55


 
Xəbər lenti
19.07.2019

02:07   “Səbail” Rumıniyada belə məğlub oldu - VİDEO

01:55   “Neftçi”dən Avroliqada 6 cavabsız qol - VİDEO

01:34   Avropa Liqası: 1-ci təsnifat mərhələsinə yekun vuruldu

01:00   “Neftçi”dən 3 rekord birdən

00:55   “Qəbələ”nin Avroliqadakı rəqibi dəqiqləşdi

00:14   Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

00:01   Kamran Quliyev: “Daha 2 futbolçu ilə danışıq aparırıq”

18.07.2019

23:29  Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

23:15  “Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

23:04  “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56  “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47  “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33  Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52  “Səbail” mübarizəni erkən dayandırdı

19:57  “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24  “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59  Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05  Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49  "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11  Sabiq “Liverpul”luya mərc cəzası

16:48  Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24  “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05  Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43  “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24  Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01  PSJ-dən Bundesliqa klubuna

14:41  “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22  Paytaxt klubunda iki yeni futbolçu

14:00  “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30  “Nitsa”nın futbolçusu PSV-də

13:07  “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25  “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00  “Qalatasaray” milli üzvü ilə güclənir

11:37  "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25  De Liqt rəsmən "Yuventus"da

11:12  Yenə 26-cı pillədə qaldıq

10:55  Super Liqa klubundan yeni transfer

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az