(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
BFL və BK-nın ulduzları sülh bağladı

BFL və BK-nın ulduzları sülh bağladı

Ölkəmizdəki futbol həvəskarlarını ilk dəfə olaraq 8x8 formatında futbol ilə tanış edən və əsl futbolsevərləri bir araya toplamağı bacaran Bakı Futbol Liqası ilə Masallı kəndlərini təmsil edən komandaların yarışdığı Birlik Futbol Liqası arasında matç keçirilib. Dostluğun tərənnümü və futbolun inkişafı naminə "Böyük oyun" devizi altında təşkil olunan yoldaşlıq görüşündə hər iki komandanın yığma heyəti qarşılaşıb.
 
Bakı Futbol Liqasının rəsmi feysbuk səhifəsində izləyicilərin səsverməsi əsasında formalaşan "BFL All Star" kollektivi öz meydanında "Birlik All Star"ı qəbul edib. Bfl.az saytına müsahibə verən "Birlik All Star" komandasının baş məşqçisi Azər Mirzəyev kollektivin ilk dəfə 8x8 formatında mübarizə aparacağını, lakin bu mübarizənin olduqca maraqlı və həyəcan verici olduğunu deyərək oyunçularının da öz potensiallarını bu formatda daha yaxşı nümayiş etdirəcəklərini bildirib.
 
AFFA-dan göndərilən hakimlər briqadasının idarə etdiyi oyunda matçın start fiti ilə oyunçular öz məharətlərini göstərməyə başlayıb. Qapılar önündə yaranan təhlükələrdən ilk istifadə edən tərəf Masallı təmsilçisi olub. 7-ci dəqiqədə künc zərbəsindən ötürülən topu Mirqasım Cabbarlı başla qapıya göndərərək komandasını hesabda önə keçirib. İlk hissənin son dəqiqəsində Rahid Ağazadə fərqi artırıb – 2:0.
 
İkinci hissə qolla başlayıb. 24-cü dəqiqədə fərqlənən Orxan Əlixanov az sonra Tural Məmmədlinin bərabərlik topunu vurmasında da pay sahibi olub. 47-ci dəqiqədə Elmir Fətəliyevin penalti zərbəsini dəf edən "Birlik All Star"ın qolkiperi Mövlan Kərimov matçın yekun nəticəsini də müəyyənləşdirib – 2:2.
 
 
Oyundan sonra həvəskar futbolda kifayət qədər tanınan Mehdi Əzimzadə təəssüratlarını paylaşıb. “Birlik All Star”ın hücumçusu daha öncə bu formatda oynamadığını, lakin bu qarşılaşma ilə futboldan həzz aldığını bildirib. 8x8 formatının həvəskar futbolçular üçün ideal olduğunu, oyunçuların burada daha rahat oynadığını, texniki və taktiki bacarıqlarını ön plana çıxara biləcək imkan əldə etdiklərini ifadə edən futbolçu növbəti mövsümdə BFL-də iştirak etməyi gözlədiyini vurğulayıb.
 
Qeyd edək ki, artıq Bakı Futbol Liqasının cari mövsümündə çempion bəllidir. Sona bir neçə tur qalmış çempionluğunu elan edən “Uğur” FK Bakı Futbol Liqasının əsas mükafatı olan Həvəskarlar arasında Dünya Çempionatına – “Continental Football League”ə vəsiqə qazanıb. Bu il Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək beynəlxalq turnir 8 may tarixində start götürəcək. Turnirin qalibini 10 000 AVRO pul mükafatı gözləyir.

 
tarix: 19-03-2019 20:56


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az