(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

Abramoviç “Çelsi”yə qiymət qoydu: 2,5 milyard!

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç London təmsilçisini satmağa hazırlaşır.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə viza problemi yaşayan və bu üzdən də klubu satmağı düşünən rusiyalı sahibkarın “Çelsi”yə qoyduğu qiymət də müəyyənləşib. 

Mətbuatın iddiasına görə, Abramoviç bu klubu almaq istəyənlərə astronomik qiymət (2,5 milyard funt-sterlinq) “oxuyur”.

“Metro” nəşri iddia edir ki, İsveçrənin “Lozanna-Sport” klubunun sahibi olan ingilis milyarder Cim Retkliff “Çelsi”ni almaq istəyib. Amma Abramoviçin 2,5 milyardlıq tələbindən sonra, o, bu fikrindən daşınıb. Maraqlıdı ki, 21 milyard funt-sterlinqlik sərvətə malik Retkliffin özü “Mançester Yunayted” fanatıdı.


 
tarix: 20-03-2019 14:25


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az