(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Səbail” 6 futbolçunu qovdu

“Səbail” 6 futbolçunu qovdu

“Səbail”də baş verən xoşagəlməz hadisələr bir-birini əvəzləməkdədi. Əsas komandayla yanaşı, əvəzedici heyətn düşərgəsində də proseslər nəzarətdən çıxıb.
 
Klub rəhbərliyi 6 futbolçunun I divizionda mübarizə aparan kollektivdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Bunlar Cəfər Əlizadə, Süleyman Mustafazadə, Emil Həsənzadə, Nurlan Rzazadə, Nazim Kərimli və Ağarəhim Kərimovdu.
 
“Səbail” adı danışılmış oyunlarda hallanan klubların “reytinq cədvəli”nə başçılıq edir. Yarandığı gündən az sonra belə iyrənc söz-söhbətlər “dənizçilər”i təqib eləyir. UEFA-dan AFFA-ya göndərilən serkulyar məktubların bir neçəsində “Səbail-2”nin adı çəkilir.
 
Yaxınlarda xəbər vermişdik ki, Siyasət Əsgərovun çalışdırdığı komandanın “Ağsu” ilə səfərdə keçirdiyi matç ciddi şübhələr yaradıb. 17-cu tur çərçivəsində keçirilən görüş “dənizçilər”in səfər qələbəsiylə başa çatıb - 4:3. Baş məşqçi Rüfət Quliyevin “Ağsu”dan uzaqlaşdırılmasını rəsmiləşdirən oyunda hesabı meydan sahibləri açıb. Elnur Səmədovun fərqlənməsinə cavab olaraq “Səbail-2” fasiləyədək 4 qol vurub. İkinci hissədə isə aranlılar adını daha 2 dəfə tabloya yazdırıb. Sərxan Əhmədli, Ramil Orucov, Miremil Həsənov, Rubin Seyidov və Ürfan İsmayılov bu matçdan sonra rəhbərliyin “qara siyahı”sına düşüb.
 
“Qarabağ-2” ilə qarşılaşmadan öncə iclas keçirilib. İcraçı direktor Ramin Həsənovun drijorluq etdiyi toplantı səs-küylü keçib. Həm o, həm də baş məşqçi adları çəkilən futbolçuların danışılmış oyunlara getməsi barədə qulaqlarına xəbər çatdığını iddia edib.
 
Maraqlıdı ki, onlardan İsmayılov komandanın kapitanıdı. Əhmədli ilə Orucov Ağsuda 90 dəqiqə meydana çıxıbsa, qapıçı Miremil Həsənov 45+5-ci dəqiqədə Mövlan Kərimovu əvəzləyib. Cəzalı Rubin Seyidovun “təqsir”i isə odu ki, səfər qafiləsində yer alıb və tribunada əyləşərək kimlərləsə telefonla danışıb. Bilinmir kimlərlə əlaqə saxlayıb və nə söhbət edib. Telefonu qulağına yaxınlaşdırması kifayət eləyib ki, rəsmilər ondan şübhələnsin və haqqında rəvayət uydursun.
 
Bu xəmir hələ çox su aparacaq. Ramin Həsənov Maykl Essyenlə özünü reklam edir, son günlər az qala teleulduz olub, Aygün Kazımova ilə qiyabi rəqabətə girişib. Gəl ki, tezliklə əsas komandanın formasını geyinməli olan gənc futbolçularla bağlı strategiyanı düzgün qura bilmir. Siyasət Əsgərovun «Pro» kateqoriyası ola bilər, amma o, nə vaxtın məşqçisidi? Küçədə daşı hara atsan, gedib cibində «Pro» gəzdirən adama dəyəcək. “Səbail” kimi yeni yaranmış, iddiasını ildən-ilə artıran klubun sabahını Əsgərov kimi təsadüfi kadrların ümidinə buraxmaq futbola təhqirdi. Bir məşqçini ki bığ yeri yenicə tərləmiş futbolçular saya salmır, onu saxlamağın adı, mənası, məqsədi nədi? Sadəcə, sözəbəxan olmasına, vaxtında xəbər gətirib, xəbər daşımasına görəmi?
 
Sportinfo.az

 
tarix: 20-03-2019 10:29


 
Xəbər lenti
26.06.2019

14:20   “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00   Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30   “Fənərbaxça”da ayrılıq

13:00   “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30   “Sent-Etyen”dən Super Liqa klubuna

12:02   “Mançester Siti”də ayrılıq

11:41   Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20   Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:10   “Neftçi” Rumıniya klubu ilə üz-üzə - YENİLƏNİR

11:00   “Barselona” hücumçusunu satdı

10:30   FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00   “Barselona”dan “Everton”a - RƏSMİ

09:30   Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00   “Zalsburq”dan Super Liqa klubuna

08:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

00:27   Mirabdulla icarə müqaviləsi imzaladı

25.06.2019

23:00  Qurbanov daha yaxşı olacaqlarını vəd etdi

21:51  "Qarabağ": yenə qolsuz, yenə qələbəsiz - YENİLƏNİB

21:00  "Səbail"i darmadağın etdilər - YENİLƏNİB

19:46  “Keşlə”dən Latviya klubuna

19:23  “Neftçi” ilə oyundan sonra sevinməyimiz Qurban Qurbanovun xoşuna gəlmirdi”

17:43  “Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü - FOTO

17:21  “Sumqayıt”da istirahət başa çatdı

17:00  “Çelsi” Lempardla danışıqlara başladı - RƏSMİ

16:44  Lion “Olimpik”ində yeni futbolçu

16:23  “Borussiya”dan Premyer Liqa klubuna

16:02  Şeydayev yeni mövsümü bu klubda keçirəcək

15:46  Milli komandada ciddi itki

15:25  “Qarabağ”ın legioneri oynamadı, komandası qalib gəldi

15:01  Super Liqa təmsilçisindən Liqa 1 klubuna

14:42  “Səbail”in yoxlama oyununun vaxtı dəyişdirildi

14:24  UEFA “Qarabağ”ın albanlarla ilk oyununun saatını açıqladı

14:00  “Neftçi”nin cavab matçının da vaxtı bilindi

13:43  “Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik”

13:22  “Neftçi”nin yeni transferi: “Hədəfim bacardığım qədər çoxlu qol vurmaqdı”

13:00  Amerika kubokunda 1/4 finalın cütlükləri

12:41  Millimizin futbolçusu ən yaxşılar arasında

12:20  Tunis xal itkisi ilə başladı

12:00  Emil Balayev Qazaxıstanda hamını qabaqladı

11:46  Uruqvay qrup lideri, Çili ikinci oldu

11:30  Yeni transferi “Qarabağ”la məşqlərə başladı

11:00  Azərbaycanlı referi final oyununa təyinat aldı

10:30  Dəniz Yılmazın klubundan yeni transfer

10:00  Super Liqa klubundan 2 transfer

09:30  “Sevilya”dan “Ayaks”a 15,7 milyonluq transfer

09:00  “Neftçi”nin Türkiyədə 10-cu günü - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az