(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

Nikola Yurçeviç: “13 futbolçu arasından seçim edəcəm”

“İlk növbədə, Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm. Çünki bu, Azərbaycan üçün çox vacib bayramdır. Çox maraqlı və çətin oyun olacaq. Xorvatiya dünya vitse-çempionudur. Biz isə yaxşı məşq etmişik və yaxşı oyun, performans göstərməyə hazırıq. Hazırda hamı oynaya biləcək vəziyyətdədirlər. Yalnız Aleksey İsayev zədəli olduğu üçün bura gəlməyib. Təxmini 13-14 futbolçu arasında ilk "11-lik" müəyyənləşdirməliyəm. Digər tərəfdən, oyunumuz öz evimdədir. Ümid edirəm ki, vətənimdəki ilk oyunumuz uğurlu olacaq”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə keçirəcəkləri AÇ-2020-nin seçmə qrup oyunundan əvvəl keçirdiyi mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Gördüyünüz oyunçulardan nə dərəcədə razısınız?
- Oyunçularımın məşqlərdə göstərdiklərindən razıyam. Bütün futbolçular motivasiyalıdırlar. Onlar özlərini gözlədiyimdən də yüksək səviyyədə göstərdilər. Digər tərəfdən, xorvatiyalı futbolçuların səviyyəsi fərqlidir. Amma futbolda hər şey mümkündür.

- Bu dəfə əks tərəfdəki skamyada oturmaq sizin üçün qəribə olmayacaq?
- Sözsüz ki, qəribə olacaq. Amma Azərbaycan yığmasının baş məşqçisi olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, uğurlu alınacaq.

- Sələfiniz və həmyerliniz oyundan bir gün əvvəl start heyətini açıqlayırdı. Sabahkı görüşdə oyun və heyət baxımından çoxmu dəyişiklik gözlənilir?
- Təqribən 13 futbolçu arasından seçim etməliyəm. Bunlar Səlahət Ağayev, Maksim Medvedev, Rahil Məmmədov, Bədavi Hüseynov, Şəhriyar Rəhimov və ya Təmkin Xəlilzadə, Qara Qarayev, Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Araz Abdullayev, Namik Ələsgərov, Ramil Şeydayev, Mahir Mədətovdur. 4-1-3-1 və ya 4-2-3-1 taktiki sxemindən yararlanacağam.

- Öz evinizə baş çəkməyə vaxtınız oldumu və dostlarınız Azərbaycan millisi ilə bağlı sizə nə dedilər?
- Çox imkanım olmadı. Yalnız dünən gedib qızlarımı gördüm. Dostlarımı isə görə bilmədim. Ümid edirəm ki, bu gün görə biləcəyəm. Dostlarımın hansı fikirdə olduqlarını bilmirəm. Ümid edirəm ki, daha çox mənim tərəfdə olacaqlar.

- Zlatko Daliç sizi tərifləyərək bildirib ki, rəqib komandanın baş məşqçisi xorvatiyalı olmaması daha yaxşı olardı...
- Daliçə komplimentlərinə görə təşəkkür edirəm. Məncə, o, layiqli baş məşqçidir. Xorvatiya millisinin müdafiə xəttində problemlərin olacağı gözlənilir. Bu, dünya və Avropa çempionatlarının final mərhələlərində özünü yaxşı göstərir. Zəif cəhəti isə daha aşağı səviyyəli komandalarla oyunlarda üzə çıxır.

- Robert Prosineçki ilə yığma barədə nə qədər fikir mübadiləsi aparmısınız?
- Onunla bir ay əvvəl söhbət etmişdik. Ümumi fikir alış-verişi idi. Bundan əlavə söhbətimiz olmayıb.

- Rəqibdən xal almaq üçün futbolçulara hansı məlumatları çatdırmısınız?
- Xorvatiya barədə məlumatlar artıqlaması ilə çatdırılıb, video-analizlər aparılıb, detallı söhbət olub. Amma əsas məsələ bu yox, meydanda nələrin baş verəcəyidir. Hamımız rəqibin favorit olduğunu bilirik. Çalışacağıq ki, onlar üçün xoş olmayan sürpriz edək. (Report)


 
tarix: 20-03-2019 22:17


 
Xəbər lenti
26.04.2019

15:36   Bakı finalına doğru: Kiber Çempionatda 1/16 final yekunlaşdı

15:23   HAŞİYƏ: “Formula-1” qəza ilə başladı

15:15   Bakıdan Madrid “Real”ına

14:45   Bakı finalına doğru: Büdcə açıqlandı

14:21   Premyer Liqada mövsümün son ev oyunu

13:51   Bundesliqa klubunda yeni futbolçu

13:19   “Neftçi”dən “Formula 1” ziyarəti

12:36   “Sabah”dan yeni transfer - RƏSMİ

12:26   “Milan”ın futbolçusu üçün mövsüm bitdi

12:00   “Qarabağ”ın cəzalıları sıraya döndü

11:42   Paytaxt klubunun baş məşqçisinin cəzası açıqlandı

11:23   UEFA-dan "Arsenal"a dəstək

11:12   Vaqner üçün “pulsuz bilet”

11:03   Essyenin komanda yoldaşları

10:56   Region Liqasında 30 min manatlıq şübhə

10:42   Təbriz klubundan doğma meydanda heç-heçə

10:31   Bəhlul Mustafazadəyə daha bir müştəri

10:20   Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az