(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Millimiz Zaqrebdən məğlub qayıdır

Millimiz Zaqrebdən məğlub qayıdır

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, E qrupunda yer alan millimiz ilk turda Xorvatiya yığmasının qonağı olub. Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunan qarşılaşmanı bolqarıstanlı hakimlər idarə ediblər.

Xorvatiya millisi son dünya çempionatının gümüş mükafatçısı olsa da, UEFA Millətlər Liqasında Liqasında 4-cü qrupun qalibi ola bilməyib. Elə Azərbaycan yığması da D Liqasında 3-cü qrupu ikinci pillədə başa vurub. Bu səbəbdən, baş məşqçi Qurban Qurbanov istefaya göndərilib və onu xorvatiyalı Nikola Yurçeviç əvəzləyib. Onun debütü də məhz həmyerliləri ilə görüşə təsadüf edib.

Xorvatiya və Azərbaycan yığmaları daha öncə cəmi 2 dəfə üz-üzə gəlmişdilər. AÇ-2016-nın seçmə mərhələsinin ilk oyununda rəqib komanda Osiyekdə 6:0 hesablı qələbə qazanmışdısa, Bakıdakı görüş qolsuz yekunlaşmışdı.

Bu oyunda isə hesabı Azərbaycan millisi açıb. Amma fasilə ərəfəsində bərabərlik qolunu vuran xorvatlar sonda əzmkar qələbə qazanıblar.

E qrupunun digər oyununda bu gün Slovakiya yığması Macarıstanı qəbul edib. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə başa çatıb.

AÇ-2020-nin seçmə mərhələsi
E qrupu

21 mart

Xorvatiya - Azərbaycan 2:1
Qol: B.Barişiç, 44. A.Kramariç, 79 - R.Şeydayev, 19.
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).
Zaqreb, "Maksimir" stadionu.

Xorvatiya: 12. Lovre Kaliniç, 2. Yosip Brekalo, 3. Borna Barişiç, 4. İvan Perişiç, 5. Duye Çaleta-Tsar, 7. İvan Rakitiç, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 20. Bruno Petkoviç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 23. Simon Sluqa, 6. Karlo Bartoleç, 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 14. Filip Bradariç, 15. Mario Paşaliç, 16. Antonio Miliç, 17. Marko Roq, 19. Milan Badel, 22. Marin Leovats.
Baş məşqçi: Zlatko Daliç.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Mədətov, 13. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 18. Anton Krivotsyuk, 19. Əli Babayev, 21. Təmkin Xəlilzadə, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Nikola Yurçeviç.

Slovakiya - Macarıstan 2:0
Qol: Andrey Duda, 42. Albert Rusnak, 85.


 
tarix: 22-03-2019 01:35


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az