(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Nikola Yurçeviç: “Uduzmalı deyildik”

Nikola Yurçeviç: “Uduzmalı deyildik”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis həmyerlilərinə 1:2 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

- Xorvatiyanı qələbə münasibətilə təbrik edirəm. Əslində biz uduzmalı deyildik. Daha çoxuna layiq ola bilərdik. Heyf ki, bunu bacarmadıq və buradan xalsız qayıdırıq. Bununla belə, vuruşduq, çalışdıq. Dünyanın ən güclü komandalarından birinə qarşı oynadıq. Rəqib qrupun mütləq olaraq ən güclü komandasıdır. Bu görüş bizim gələcəyimiz, motivasiyamız üçün vacibdir. İyunda iki ev oyunumuz var və biz çoxlu xal toplaya bilərik.

- Oyun ərzində hakimə tez-tez etiraz edirdiniz. Bu, nə ilə əlaqədar idi?
- Mən yalnız subyektiv fikrimi bildirirdim. Epizodlardan uzaq idim. Fikrimcə, verilən qərarların bəziləri doğru deyildi. Rəqib qələbəyə daha layiq idi. Qələbəyə hakim qərarları ilə kölgə salmaq istəmirəm.

- Xorvatiya yığması sürəti artırdıqda, Azərbaycan yığması çatdırmırdı. Gələcək oyunlarda nə lazımdır ki, belə rəqiblərlə qarşılaşmalarda xal qazanmaq mümkün olsun?
- Bu oyuna ciddi hazırlaşmışdıq və hər şey oyunçulara çatdırmışdıq. Bəxtimiz gətirsəydi, xal qazana bilərdik. Top-komanda ilə oyunda belə alınması gözlənilməzdir. Çünki əvvəldən bunu demək olmazdı. Xalsız qalsaq da, oyunçulardan narazı deyiləm. Xorvatiya FIFA reytinqində 4-cü yerdədir, dünya vitse-çempionudur. Bəlkə də hissənin axırlarında qol buraxmasaydıq, xal qazana bilərdik.

- Oyunçularınızın performansından razı qaldınız?
- Hansınısa qabartmaq və ya narazılıq etmək istəmirəm. Ola bilsin, hansısa fərqləndi, amma ümumilikdə komandanın performansından narazı deyiləm.

- Xorvatiya millisinin oyunu barədə nə düşünürsünüz?
- Həmişə ürəyim Xorvatiya ilə döyünüb. Amma bu gün istəyim xal əldə etmək idi. Təəssüf ki, alınmadı.

- Bu rəqibdən Bakıda xal götürmək mümkün olacaqmı?
- Qarşıdakı müddətdə komanda ilə işləmək üçün çox vaxt olacaq. Ümid edirəm ki, Slovakiya və Macarıstanla oyunlarda daha yaxşı performans göstərəcəyik. Bu görüşlər bizim üçün həlledici olacaq. Optimistəm və inanıram ki, qələbə qazana biləcəyik.

- Oyunçularınızdan razı qaldığınızı dediniz. Bəs özləri nə hiss edirlər?
- Onlar da mənim kimidirlər. Bir tərəfdən başa düşürlər ki, güclü komandaya qarşı oynadılar. Digər tərəfdən, qələbəni əldən verdikləri üçün üzgündürlər. Dostlar yazırlar ki, təbrik edirik, layiqli çıxış etdiniz. Azərbaycan xalqına bayram hədiyyəsi bəxş etmək istəyirdik. Təəssüf ki, alınmadı. (Report)


 
tarix: 22-03-2019 02:31


 
Xəbər lenti
26.04.2019

16:19   “Neftçi” - “Sumqayıt” matçı 1 manata

16:00   Bundesliqa klubundan 15 milyonluq transfer

15:36   Bakı finalına doğru: Kiber Çempionatda 1/16 final yekunlaşdı

15:23   HAŞİYƏ: “Formula-1” qəza ilə başladı

15:15   Bakıdan Madrid “Real”ına

14:45   Bakı finalına doğru: Büdcə açıqlandı

14:21   Premyer Liqada mövsümün son ev oyunu

13:51   Bundesliqa klubunda yeni futbolçu

13:19   “Neftçi”dən “Formula 1” ziyarəti

12:36   “Sabah”dan yeni transfer - RƏSMİ

12:26   “Milan”ın futbolçusu üçün mövsüm bitdi

12:00   “Qarabağ”ın cəzalıları sıraya döndü

11:42   Paytaxt klubunun baş məşqçisinin cəzası açıqlandı

11:23   UEFA-dan "Arsenal"a dəstək

11:12   Vaqner üçün “pulsuz bilet”

11:03   Essyenin komanda yoldaşları

10:56   Region Liqasında 30 min manatlıq şübhə

10:42   Təbriz klubundan doğma meydanda heç-heçə

10:31   Bəhlul Mustafazadəyə daha bir müştəri

10:20   Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az