(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yurçeviçin yamsılamağı

Yurçeviçin yamsılamağı

Nikola Yurçeviç yaxşı “oğru”du. O, milli komandada nəyi dəyişib ki? Qurban Qurbanovun üstünlük verdiyi üslub, həmin adlar. Hər şeyi “kopyalayıb” və Xorvatiya ilə oyuna da heç bir yenilik etmədən çıxmışdı. Namiq Ələsgərov, Emin Mahmudov, Mirabdulla Abbasov yenə ehtiyatda idi, start heyətdə yalnız Eddi İsrafilova yer tapmışdı – onun da hər hansı fövqəladə vəzifəsi yox idi, ümumi ansamblın bir parçası kimi mübarizə aparırdı.
 
Yaxşı tamaşa idi. Və bu nəticə, hesabın kiçik olması yalnız Yurçeviçin rəqib ölkədən olmasının mükafatı idi. Rəhmli oldular, darmadağına getmədilər, matçın böyük hissəsini yola verdilər və lazım gələndə təzyiqi artırıb, qələbə qazandılar. Minimal hesab həmXorvatiyaya qələbə gətirdi, həm də bizdə böyük narazılıq yaratmadı.
 
İndi məğlubiyyəti fərdlərin adına bağlayıb, iz azdırmayaq, eyforiyaya qapılmayaq. Xorvatlar istəsəydi, 45 dəqiqəyə 4-5 top vurardı. Həm dostluq münasibətlərinə kölgə salmadılar, həm də güclərini Budapeştdəki matça saxladılar. Milli komandamızın əsl gücünü ilk qolu buraxarkən cərimə meydançamızda yaranan xaosla və rəqibin təzyiqi artırdığı dəqiqələrdəki çarəsizliklə ölçməliyik.
 
Düzü, Yurçeviçdən bəzi məqamlarda xoşum gəldi. Həmvətənlərinin ona qoyduğu hörmət bir yana, oyuna müdaxilələri, əvəzetmələri normal idi. Amma meydana “Qarabağ”ın 7 oyunçusunu start heyətdə buraxması da xüsusi biclik sayılmalıdı. Bu, həm millinin özəyini hansı klubun təşkil etməsinin etirafı, həm də uğursuzluq halında məsuliyyət mənbəyini göstərməyin yolu idi. Zaman göstərir ki, ölkə futbolu adına Qurbanovun etdiklərindən başqa alternativ fikirləşmək mümkünsüzdü. Yalnız “Qarabağ”da hansısa sistemli iş ortaya qoyulub və yığmada da bu nümunədən istifadə edirlər.
 
Məğlubiyyətə çox sevinirik. Düzdü, rəqib dunya ikincisidi, 1:2 normal nəticədi. Hətta hesabı açmağımız, buna kimi də şanslar əldə etməyimiz qeyd olunmalıdı. Lakin bütün bunlar baş aldatmaq üçün olan məqamlardı. Komanda olaraq çox zəifik, kifayət qədər ehtiyat qüvvə yoxdu. Emosiyaları kənara qoyaq, perspektiv ümidverici deyil.
 
Rusiya futbolunun yetirməsi olan, bu ölkəyə qayıtdıqdan sonra yenidən parlayan Ramil Şeydayevi heyətdən götür və əsl gücümüzə bax. Ön xəttdə digər oyunçuların ümumi iş əmsalından çox çalışan bu forvard sırf fərdi ustalığı hesabına hesabı açdı, mübarizə apardı, rəqib müdafiəsini narahat etdi. Vəssalam, digər oyunçular sadəcə, xorvatların insafı müqabilində ayaqda qaldı. Qolları istədikləri vaxtda vurdular və hansısa kompakt, ağıllı müdafiə, əks-hücum görmədilər.
 
Meydan sahiblərinin heyəti də tam yenidən qurulub, heyət indi formalaşır. Liderlər öz yerində, bir çox oyunçu indi-indi ansambla uyğunlaşır. Və buna rəğmən, çox rahat idilər, hər an qol vuracaqlarını bilir, əsla təşvişə düşmürdülər.
 
Azərbaycan millisi normal müqavimət göstərdisə, bu, əksər oyunçuların bir komandada cəmləşməsinin, uzun müddət bir yerdə oynamasının nəticəsi idi. Yurçeviç komandaya hər hansı yenilik gətirməyib, köməkçisi Arif Əsədov da eyni futbolçuları meydana buraxar, oxşar nəticəyə nail olardı. Qurban Qurbanovun illərdi Ağdam klubunda yaratdığı, milliyə də aşılamaq istədiyi sistem idi. Və olanımız budur.
 
Qurbanovun şans vermədiklərinə Yurçeviç də güvənmədi. Deməli, sabiq məşqçinin kiməsə qərəzi yox imiş, əlimizdə olan material 15-16 futbolçudan o yana getmir. Layiqli əvəzedicilər yoxdu. Ölkə futbolu yerində sayır, geriləyir. 10 ildən çoxdu heç kim yetişdirilmir. Halbuki Şeydayev səviyyəli bir neçə futbolçumuz olsa, xarici klublara yerləşdirilsə, inkişaf etsəydi, daha ümidli olardıq. “Səbail”də, “Sumqayıt”da küllənməklə millidə oynamaq olmur. Yığma bu gün kiçik hesabla uduzursa, buna görə oyunçulara avrokuboklarda beynəlxalq oyun təcrübəsi qazandırmış “Qarabağ”a təşəkkür etməliyik.
 
Zaqrebdə darmadağın olmadığımız üçün sevinməliyik. Amma eyforiyaya qapılmaq olmaz. Şotlandiyanı böyük hesabla udan Qazaxıstan qədər də deyilik, hətta onlardan çox-çox geri qalırıq. Növbəti oyunlarda hamımız buna əmin olacağıq. Qurbanovun qurmaq istədiyi sistremə AFFA rəhbərliyi inanmaq istəmədi, əcnəbi məşqçi həvəsinə düşdü. O isə bizə yeni heç nə verməyəcək, 1 milyon avronu götürüb gedəcək, gələn il yenə hər şeyə sıfırdan başlamalı olacağıq.
 
FƏRİD

 
tarix: 22-03-2019 10:17


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az