qaynar xətt
“Sumqayıt”da 3 itki
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasiləyə baxmayaraq, “Sumqayıt” məşqlərini davam etdirir.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda bu gün baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib.
Zədəli olan Aleksey İsayev və Əfran İsmayılov məşqdə iştirak etməyib. Əmir Ağayev isə fərdi hazırlıqla kifayətlənib. Bundan başqa "Sumqayıt-2"-dən İbrahim Novruzov, Emin Zamanov, İbrahim Əliyev və U-17 komandamızın üzvü Cavidan Abbaszadə əsas komanda ilə birlikdə çalışıb.
1,5 saat davam edən məşqdə əsasən müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
Qeyd edək ki, "Sumqayıt" yoxlama görüşü çərçivəsində martın 25-də "Qəbələ" ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək qarşılaşmaya saat 16:00-da start veriləcək.
01:57 “Arsenal”dan əzmkar qələbə
23:02 Autsayder doğma meydanda sevindi
18:56 “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb
18:34 Uels yığmasının nümayəndələri Bakıda
18:00 120 illik rekord təkrarlandı
17:46 “Neftçi” yeni sponsorla müqavilə bağlayır
17:30 Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi
17:07 Ayaz Quliyev “Spartak”dan ayrılır?
16:35 “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın
16:26 İngiltərə yığmasına daha bir rəqib
15:40 Premyer Liqada 150-ci qol
15:16 Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!
14:43 98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər
14:23 “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya
14:00 Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu
13:38 İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”
13:09 Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı
12:38 Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif
12:10 “Səbail”i məyus edən 100-cü qol
11:54 550-ci səfər qolu
11:42 “Qarabağ”ın legioneri 100-ə çatdı
11:31 2-ci dövrənin ən yaxşısı məlum oldu
11:20 Əliyar Ağayev İsrailə yollanır
11:03 İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan
10:51 Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı
10:32 Bordini tarixə salan səbəb
10:17 La Liqada yeni rekordçu
10:01 Roxas “Sabah”da qalacağına ümid edir
09:47 Ufuk Budak üçün 90 dəqiqə və 3 xal
09:31 Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü
09:14 Dadaşovun komandası “Setubal”a da uduzdu