(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Məğlubiyyət psixologiyası təbliğ edilməz

Məğlubiyyət psixologiyası təbliğ edilməz

Futbol bir dünyadır. İrqindən, dininindən, mənsubiyyətindən asılı olmayaraq, bütün insanları birləşdirir. Böyük futbolun öz qanunları var. Oyundan dərhal sonra qəti fikirlər söylənilməz. Ümumi, qısa açıqlamalarla münasibət bildirilir.
 
Təzyiqlərin 180 dərəcəyə qalxdığı məqamda isti başların soyumasına, özünə gəlməsinə ehtiyac olur. Bu, tək peşəkar futbolun deyil, tibb elminin də tələbləridir. Əks halda, təzyiqlər neft kimi fontan vurar...
 
Neft fontan vuranda xeyir gətirir, təzyiq yerində olmayanda isə fəlakət, faciə, ən yaxşı halda xaos. Azərbaycan futbolunda olduğu kimi...
 
Dünəndən oyunla bağlı fikirlər bir-birinə qarışıb. Daha doğrusu, həmişə olduğu kimi, futbol qalıb kənarda, fərdlərin müdafiəsi, asıb-kəsilməsi, cəbhələşmə...Ölkə futbolunda artıq bir partiyalılıq sistemi çatışmır. Ümumi futbol çoxdan yaddan çıxıb...
 
Azərbaycan, Xorvatiya...
 
Hər iki ölkə 1991-ci ildə müstəqilliyini elan edib. Hər iki xalq müharibələrdən keçib, rejimə qarşı savaşıb. Azərbaycan daha ağır durumda olub, Xorvatiya isə elə "Maksimir" stadionundan alovlanan müharibənin sonluğu olaraq yalnız 98-də tam müstəqilliyinə qovuşub. Futbol dili ilə yanaşsaq, çox qəribə paralellik var, Xorvatiyanın müstəqilliyini tanıyan ilk ölkə İslandiya olub...
 
Ölkələrdə futbol bir nömrəli idman növüdür. Azərbaycan futbolunda başlar neft fontanlarına qarışanda, Xorvatiyada beyinlər sabahın futbolunu düşünürdü. Nəticəsi ötən il Rusiya finalında fontan vurdu...
 
Xorvatiyanın 4 milyondan artıq əhalisi var. Çempionatlarında 10 komanda çıxış edir. Bizim 5-10 il öncəki çempionatlarımızdan səviyyəli deyil. 3 komanda paytaxt Zaqrebi, 7-si 25-200 minlik bölgə şəhərlərini təmsil edir. Azərbaycanda isə 50 mindən 500 minə kimi köklü futbol şəhərlərimiz böyük futbolsuz qalıb...
 
Son 15 ildə Azərbaycan futboluna yatırılan vəsaitin 50%-i qarşısında xorvatlar Tanrıya şükr edərdi. Matçın keçirildiyi köhnə "Maksimir" stadionu buna əyani sübutdur. Zaqrebdəki stadiondan daha müasir Lənkəran, İmişli arenaları böyük futbola həsrət qalıb...
 
Balkanlar futbolla yanaşı, digər oyun idman növlərində də üstündür. Bu da milli mentalitetin, yumruq kimi birləşməyin, təfəkkür dərinliyinin məhsuludur. Bizdə əksidir, fərdi idman növlərində dünya səviyyəsinə qalxa bilirik...
 
Futbolda fərdiçiliyə yer yoxdur. Hətta messilər, ronaldolar fərdi keyfiyyətlərini komanda oyunu ilə uzlaşdırmağa məhkumdular. Fərdlər futbolda böyük təkanverici rol oynayır, fərdiçilik olmasa...
 
Milli adı müqəddəsdir. Ölkə, dövlət, bayraq, himn, gerb - bu atributlar olmasa, milli də olmaz. Milli hər birimizin qürür mənbəyimizdir, olmalıdır. Milli - Azərbaycan futbolunun son mərtəbəsi, zirvəsidir!
 
Reallıqda nə baş verir?! Milli fərdlərin, müxtəlif dövrlərdə ayrı-ayrı şəxslərin qarşıdurma məkanına çevrilib. Məqsəd Azərbaycan futbolunun inkişafı deyil, şəxsi hikkələr, qruplaşmalar, mənfəət...
 
Futbol ictimaiyyəti özü bilmədən, istəmədən, futbolu, xalqı, millini təmənnasız sevməyindən fərdlərin şəxsi "mübarizəsinə" sürüklənib. Dərin təhlillər aparılmadan belə də davam edəcək...
 
Özlərini müdafiə edə bilməyənlər, susanlar, problemləri qaldırmayanlar, futbolun mərkəzində olub kənarda duranlara diqqət, qayğı göstərilir. Şəxsi məqsədləri üçün hər "oyuna" gedən futbol səlahiyyətliləri də dəstəksiz qalmır...
 
İstəmədən belə "oyun"ların iştirakçısına çevrilmək futbolu bugünə gətirənlərə sərfəlidir. Ara qatışır, problemlərin mahiyyəti bilinmir, unudulur, unutdurulur, illər keçir. Hamısı özünü düşünür, xalqın, dövlətin ayırdığı pullar qazanılır, mənimsənilir...
 
Şeydayev istisna olmaqla Xorvatiya - Azərbaycan oyunu çox şişirdildi. Bunun əsas səbəbi Millətlər Liqasındakı fiasko, Kosovo faciəsindən sonra ilk oyunun olması idi. Bir tərəfdən sübut olundu ki, liqada qalib olub finallara kimi irəliləmək olardı, digər tərəfdən də bir daha bəlli oldu ki, xorvatlarla oyundakı ruh yüksəkliyi, rəhbər, məşqçi, futbolçu birliyi yaxın keçmişdə yox idi. Yuxarıda qeyd etdiyim kimi, milli fərdlərin savaş məkanına çevrilmişdi...
 
Məğlubiyyət elə məğlubiyyətdir. Məğlubiyyət psixologiyası təbliğ edilməz. Qalibiyyət ruhu olmadan, aşılanmadan gələcəkdə nəticələrin göstərilməsi mümkünsüzdür. Futbolçuların əksəriyyəti bildirir ki, 90 dəqiqə müdafiədə oturduq, bəxt gətirsəydi, bir xal qazana bilərdik, "təbliğat maşını" isə "uğur"dan danışır.
 
İndiki durumda Xorvatiyaya məğlub olmaq qəbahət deyil, hətta 1:3 olsaydı da belə. Əsl qəbahət məğlubiyyəti "qələbə" kimi təqdim etməkdi. Bu, qəbuledilməzdir!
 
25 ildə belə oyunlar çox olub, bundan sonra da olacaq. Yurçeviçin yerlisi Prosineçkinin sözü olmasın, "50 ildən bir sürprizlər də olur".
 
Bu dəfə süpriz olmadı, tərif "prizləri" isə çevik Yurçeviçi "milli qəhrəman" səviyyəsinə qaldırır. Onda rəhmətlik Əhməd Ələsgərova Portuqaliya millisi ilə iki gecə ardıcıl heç-heçə oynadığına görə heykəl düşür ki?! Heç yada salan da yoxdu... Ovaxtlar futbol nefti fontan da vurmurdu. Məşqçinin indikilər, əvvəlkilər kimi milyonluq müqaviləsi də yox idi, "peraşki" dövrü idi...
 
Qəribə səslənsə də, milliyə legioner (!) niyə gətirilir? Nəticə qazanılması üçün. Klubların uğurları legionerlərin ayağına yazılır. Millidə 10(!)-dan çox gəlmə futbolçu var. Müdafiədə oturub az top buraxmaq üçünmü gəliblər, yoxsa məşhurlardan forma yiğib himnimizi "şişirtməməyə"?!
 
Əsl kökü bizdən olan kürdəmirli balası olur. Səviyyəsini göstərdi, qolunu vurdu, oyundan sonra da dərhal ikinci "qolu" vurdu - "forma dəyişmək mənlik deyil". Bunu deyən gənc yaşında olmasına baxmayaraq istedad, şəxsiyyət ruhudur. Bir az da Azərbaycan futbolunun bataqlığında qalsaydı, karyerasını Kürdəmirdə "zaqar"la bitirəcəkdi...
 
Azərbaycan futbolunda emosiyaları, tərəfkeşlikləri, üzdənyanaşmaları kənara atıb dərin təhlillər aparılmadan irəliləyiş olmayacaq. "Son on ilin analizləri göstərdi ki, baş məşqçilər ancaq özlərini düşünürlər" ifadəsini göz önünə gətirib ümumi futbol haqqında fikirləşilməlidir...
 
Varlı, imkanlı Azərbaycan futbolunda kimliyindən asılı olmayaraq, şəxsi maraqlar deyil, ümumi strategiya, inkişaf mexanizmi, böyük futbol təhlilləri, milli ruh, xalqa, dövlətçiliyə sevgi, bölgələrdə futbolun bərpası ilə ölkədə böyük futbol ola bilər...
 
Kasıb Xorvatiyada olduğu kimi...
 
TAHİR SÜLEYMANOV

 
tarix: 23-03-2019 09:00


 
Xəbər lenti
15.12.2019

18:01   “Zirə” “Səbail”ə qarşı - YENİLƏNİR

17:58   Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49   Yalnız Peyman Babayi

16:12   “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51   “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15   Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46   “Napoli”də ciddi itki

12:59   Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02   “Bavariya”da 300-cü oyun

11:09   Turabovun komandası səfərdən 1 xalla döndü

10:24   Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17   Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54   “Barselona” səfərdə xal itirdi

01:41   “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02   Marsel “Olimpik”i səfərdə xal itirdi

14.12.2019

23:45  “Bavariya” 3 xalı 6 qolla qazandı

23:25  “Çelsi” uduzdu, “Lester” xal itirdi, “Liverpul”dan növbəti qələbə

22:58  “Qalatasaray” qələbəni əldən verdi

21:04  Təbriz klubu səfərdən xalsız döndü

19:39  Emil Balayevin komandası erməniyə tapşırıldı - RƏSMİ

19:30  Rekord.az 9 yaşında!

19:12  Azərbaycan futbolunun “bataqlığı”

18:55  Qurban Qurbanov: “Qarabağ”da dəyişikliklər olmalıdı və olacaq”

17:53  “Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün şansdı” - Qurban Qurbanov

16:56  Hakimlərdən boykot qərarı

15:50  “Sabah” “Verona” ilə də bacarmadı

15:24  14 oyun, 21 futbolçu

14:46  “Sabah” “Verona” ilə qarşılaşacaq

13:45  Argentina kubokunun qalibi bəlli oldu

13:17  Argentina millisinin sabiq üzvü karyerasını başa vurdu

12:46  “Qəbələ”nin 15-ci startı

12:08  Premyer Liqada noyabrın ən yaxşıları

11:26  “Liverpul”da yeni müqavilə

11:00  Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı

10:47  Məsut Özil qınadı: “Tərəfsizlik namussusluqdur”

10:33  “Messi sərt futbolçudur”

10:18  “Qəbələ” futbolçuları Gürcüstandan qələbəsiz qayıtdı

10:00  Yanvara saxlanan suallar

09:41  “Qalatasaray” fransalı futbolçunu heyətdən kənarlaşdırdı

09:27  Dmitri Nazarov üçün 90 dəqiqə və 3 xal

09:11  Dadaşov yenə qol vurdu, komandası qalib gəldi

09:00  Bumeranq: AFFA özü yetişdirdiyi cinayətkarları cəzalandırır

01:52  Hərəyə 1 qol, 1 xal

01:38  “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26  “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az