(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

Nikola Yurçeviç: “Litva Xorvatiya deyil”

Sabah Azərbaycan millisi Bakıda keçiriləcək yoxlama oyununda Litva yığması ilə üz-üzə gələcək.

Futbolinfo.az xəbər verir ki, bu gün Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçin Litva ilə oyuna həsr olunmuş mətbuat konfransı keçirilib. Xorvatiyalı mütəxəssis mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Xorvatiya ilə oyunda futbolçuların sərgilədiyi oyun pozitiv idi. Ordan yaxşı nəticə ilə çıxmaq şansımız da var idi. Ancaq olmadı. Oyundan sonra bir az məyusluq var idi. Sensasiyalı nəticədən bizi 10 dəqiqə ayırdı. Sabahkı oyun yoxlama görüşü olsa da, bizim üçün vacib qarşılaşmadır. Müsbət nəticə qazanaraq, komandadakı atmosferi yüksək tutmaq istəyirik. Macarıstan və Slovakiya ilə oyunlara inamlı başlamaq üçün sabahkı matçda müsbət nəticə qazanıb, motivasiyalı olmalıyıq. Sabah başqa oyunçulara da şans verəcəm. Meydana Xorvatiya ilə oyundan fərqli heyətlə çıxacağıq.

- Heyətdə hansı dəyişikliklər olacaq?
- Bəzi oyunçuları dəyişmək normal haldır. Ona görə yox ki, kiminsə oyunundan narazı qalmışam. Sadəcə, daha gümrah oyunçulara şans vermək, onların “performans”ını görmək istəyirəm. Xorvatiya ilə oyundan sonra bərpa məşqləri keçirmişik.

- Oyuna iki hücumçuyla başlamaq fikriniz varmı?
- Heyətdə dəyişiklik olacaq. Ancaq bu dəyişiklik nə dərəcədə olacaq, kimin oynayıb-oynamayacağı bugünkü məşqdən sonra bilinəcək. İki cinah və mərkəzdə bir hücumçuyla da başlaya bilərəm. Ramil Şeydayev də həm mərkəzdə oynaya bilir, həm cinahlarda. Kimə qarşı necə oynayacağımız, rəqibdən asılıdır.

- Azərbaycan millisinin hücum futbolu oynamaq potensialını görmüsüzmü?
- Ümid edirəm ki, bunu oynaya biləcəyik. Xorvatiya Litva deyil, Litva Xorvatiya deyil. Əsas olan sabit qalmaqdır. Daha çox çalışacağıq ki, top bizdə olsun. Xorvatiya kimi böyük olmayan Litva ilə oyunda komandanı tanıyacam. Sabahkı oyunda əsas məqsədimiz təhlükəli vəziyyətlər yaradaraq, qollar vurmaqdır.

- Mətbuat konfransı davam edə-edə vərəqdə qeydlər aparmağınız nə ilə bağlıdır?
- Oyunla bağlı ağlıma gələn kombinasiyaları qeyd edirəm.

- Azarkeşlərə burdan bir mesaj göndərmək istərdizmi?
- Dünya ikincisi ilə oynadıq. Real olmaq lazımdır, Xorvatiya reytinqdə hardadır, biz hardayıq. Biz fərqli dünyadayıq. Sıralamada çox aşağılardayıq. Ancaq belə rəqibə qarşı yaxşı oynadıq. Komandada yaxşı atmosfer var. Litva da güclüdür, ancaq Xoratiya deyil. Əlimizdən gələni etməliyik. Yaydakı rəsmi oyunlara qədər müsbət motivasiya yaratmalıyıq.

- Sabah “çərçivə”ni kim qoruyacaq və komandanın kapitanı kim olacaq?
- Maksim Medvedev kapitan olacaq. Səlahət Ağayev bizim birinci qapıçımızdır. (komanda.az)


 
tarix: 24-03-2019 16:52


 
Xəbər lenti
26.08.2019

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az