(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov milli haqda danışmadı

Qurban Qurbanov milli haqda danışmadı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra qısa müsahibə verdi. Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan sınaq matçından sonra çalışdırıcı bunları söylədi:
 
- Bizim üçün önəmli matç idi. Hazırda yığmaların oyunları keçirildiyi üçün düşərgədə əsas heyətdən cəmi 10 futbolçumuz var. Yoxlama görüşü olsa da, oyunçular məsuliyyətli idilər. Hər iki komanda üçün faydalı oldu.
 
- Yakub Jezniçakın zədəsi ciddidi?
- Deyilənə görə, çox ciddi deyil. Sabah baxılandan sonra bəlli olacaq. Yəqin 3-5 gün kənarda qalacaq.
 
- Milli komandanın AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matç barədə nə deyə bilərsiniz?
- Normal oyun oldu. İlk matçda futbolçuların istəkli olduqları hiss edilirdi. Çətin oyun olsa da, layiqli mübarizə apardılar.
 
- Heyət seçimi və ya taktiki baxımdan sizin üçün gözlənilməz nəsə oldu?
- Hər hansı fikir söyləməyim düzgün olmaz. Təcrübəli məşqçidir, ən doğrusun etməyə çalışıb.
 
- Yığmaya rəhbərlik etdiyiniz vaxt Maksim Medvedevdən mərkəz müdafiəçisi qismində yararlanırdınız. Ancaq xələfiniz Nikola Yurçeviç onu sağ cinahda saxlayıb, mərkəzdə gənc Rahil Məmmədova şans verdi...
- Rahil mənim dönəmimdə də mərkəz müdafiəçisi kimi oynamışdı. "Qarabağ"da həmin mövqedə çıxış edir.
 
- Milli bu oyunla Avropa çempionatına vəsiqə qazana bilər?
- Yenə deyirəm, fikir bildirməyim düzgün olmaz. Çox istəkli idilər. Milliyə uğurlar arzulayıram.
 
- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib ki, cari mövsümdə "Neftçi" Azərbaycan çempionu olacaq. Bu barədə nə deyə bilərsiniz?
- Mənə heç nə deyilməyib. Belə bir fikir oxumamışam.
 
- Növbəti turda "Sumqayıt"la qarşılaşacaqsınız. Rəqib uzun müddətdir qələbə qazana bilmir...
- Çətin olacaq. Çünki qalib gəlməyə çalışacaqlar. Yəqin ki, fasilədən maksimum yararlanmağa çalışıblar. Bizim üçün asan olmayacaq.
 
FƏRİD

 
tarix: 24-03-2019 20:10


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az