(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

“Qarabağ” say düzəltdi, “Zirə” hamını sınadı

Premyer Liqada yaranan fasilədən istifadə edən daha 2 klubumuz sınaq matçına çıxdı. Bu gün “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı oldu.
 
Ağdamlıların start heyəti maraqlı idi. Baş məşqçi Qurban Qurbanov meydana 8 legioner buraxmışdı ki, bu da çempionatdakı reqlamentlə uyğun deyil. Amma o, buna məcbur idi. Çünki heyətin əksər üzvləri müxtəlif millilərə gedib və düşərgədə cəmi 10 oyunçu var idi. Xüsusilə yerli oyunçuların əksəriyyəti yığmada olduğundan, düşərgədə yalnız Rəşad Sadıqovla Abbas Hüseynov qalıb. Qurbanov da onları, eləcə də əvəzedici heyətdən gətirdiyi bir nəfəri 90 dəqiqə oynatmağa məcbur oldu.
 
Heyət o qədər kasad idi ki, Qurbanov cəmi 2 oyunçu dəyişdi. Reynaldonu 2-ci komandadan gələn gənc yalnız son dəqiqələrdə əvəzlədisə, İnnosent Emeqara zədələnən Yakub Jezniçakın oynaya bilməyəcəyi dəqiqləşəndən sonra döyüşə atıldı. İkinci hissənin əvvəlindəki bu dəyişiklikdən sonra Miçel Madeyra müdafiənin mərkəzinə çəkildi. Onun bu mövqedə səriştəsiz olmasını qonaqların vurduğu qol da göstərdi.
 
 
Yeri gəlmişkən, Jezniçak zədələndiyi epizodda elə uca səslə qışqırdı ki, ayağının yerindən çıxdığını düşündük. Bilal Həmdiyə qarşı oyun epizodunda topa düzgün ayaq qoymayan futbolçu rəqibin təması olmadan dizini zədələdi. Lakin sonradan bəlli oldu ki, o, yalnız 5-6 gün məşqlərdən kənar qalacaq, uzunmüddətli itkidən söhbət gedə bilməz.
 
“Zirə” isə hər hissəni tam fərqli heyətlə keçirdi. Yalnız qapıçı Orxan Sadıqlı 90 dəqiqə oynadı, digər oyunçular isə 45 dəqiqə meydanda oldu. Heyət üzü görməyən Pərdis-Fərcad Azad da onlardan biri idi.
 
İlk yarıda Dani Kintananın qolu ilə hesabı açan “Qarabağ” fasilədən sonra məyus oldu. Sezar Rodriges müdafiəçilərin ani diqqətsizliyini bağışlamadı. Lakin 8 dəqiqə sonra Filip Ozobiç yenidən ağdamlıları hesabda önə çıxardı – 2:1.
 
Bu matç komandaların növbəti tur öncəsi hazırlığının tərkib hissəsi idi. Lakin kimin daha çox fayda gördüyünü demək çətindi. Millilərə oyunçusu getməyən “qartallar” bütün oyunçuları yoxlaya bildi, lakin “Qarabağ” daha çox futbolçuları tonusda saxlamağa çalışdı. Nominal meydan sahiblərində əksər oyunçular 90 dəqiqə oynadı, limit həddini gözləmək, taktiki baxımından nəsə düşünmək mümkün olmadı. Qurbanov sadəcə, meydana say düzəldib oyunçu buraxa bildi.
 
Bu matç Ayxan Abbasovun işinə yaraya bilər. Oyunu tribunadan izləyə “Sumqayıt”ın baş məşqçisi həm növbəti turdakı rəqibləri olan “Qarabağ”ı, həm də kubokun yarımfinalında üz-üzə gələcəkləri “Zirə”ni canlı seyr etdi, qeydlərini götürdü.
 
CAVAD

 
tarix: 24-03-2019 20:51


 
Xəbər lenti
26.04.2019

15:23   HAŞİYƏ: “Formula-1” qəza ilə başladı

15:15   Bakıdan Madrid “Real”ına

14:45   Bakı finalına doğru: Büdcə açıqlandı

14:21   Premyer Liqada mövsümün son ev oyunu

13:51   Bundesliqa klubunda yeni futbolçu

13:19   “Neftçi”dən “Formula 1” ziyarəti

12:36   “Sabah”dan yeni transfer - RƏSMİ

12:26   “Milan”ın futbolçusu üçün mövsüm bitdi

12:00   “Qarabağ”ın cəzalıları sıraya döndü

11:42   Paytaxt klubunun baş məşqçisinin cəzası açıqlandı

11:23   UEFA-dan "Arsenal"a dəstək

11:12   Vaqner üçün “pulsuz bilet”

11:03   Essyenin komanda yoldaşları

10:56   Region Liqasında 30 min manatlıq şübhə

10:42   Təbriz klubundan doğma meydanda heç-heçə

10:31   Bəhlul Mustafazadəyə daha bir müştəri

10:20   Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az