(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

AFFA xəbərimizi təsdiqlədi: Hacı-Məhərrəmov haqda niyə ölçü götürülmür?

AFFA “Futbolinfo”nun xəbərini təsdiq, öz səhvini etiraf etdi. Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bu gün matc.az-a açıqlamasında millimizin Xorvatiya ilə oyunundakı yanlışlığı boyunlarına alıb: "Həqiqətən də, Xorvatiya ilə görüşdə millimizin oyun geyimlərinin qoluna turnirin loqosu yapışdırılmayıb".
 
Azərbaycan yığması 3 gün öncə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirdi. Zaqrebdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzduğumuz görüşdə komandamızın futbolçuları meydana əyinlərində turnirin loqosu olmadan çıxıblar. Bu səbəbdən millimizə UEFA tərəfindən sanksiya veriləcəyi gözlənilir.
 
Amma AFFA rəsmisi bildirib ki, yapışdırılmayan loqoya görə Azərbaycan yığması haqda hansısa cərimə, sanksiya olmayacaq: "Oyunun gedişində bundan məlumatımız var idi. UEFA nümayəndəsi ilə danışmışdıq. UEFA bununla bağlı bizə göndərdiyi müraciətində xahiş edib ki, növbəti oyunlarda bu məsələyə daha həssas yanaşılsın. Yəni, loqo yapışdırılsın".
 
“Xahiş” ifadəsi bir az özündənrazılıq əlamətidi. UEFA heç kimdən nəyisə xahiş etmir, tələb edir. Bu səhv üçün ciddi sanksiya olmaya bilər, amma hansısa məbləğdə pul cəriməsi qaçılmazdı, tezliklə səsi çıxacaq.
 
AFFA məsələni ört-basdır etmək əvəzinə, yaxşı olardı günahkarların adını açıqlasın. Çünki bu işlə birbaşa inzibatçılar məşğul olmalıdı, beləsi isə milli komandada 3 nəfərdi. Sərf geyim məsələlərinə görə onlar cavabdehlik daşıyır və bu işdə yeni olduqlarından səriştəsizlik ediblər.
 
Milli komandada məşqçilər heyəti dəyişdikdən sonra İslam Abbasov, Aydın Rüstəmov və Elşən adlı daha bir şəxs vəzifəsindən uzaqlaşdırıldı. Bu inzibatçılar Qurban Qurbanovla birlikdə işlədiyindən AFFA-nın baş katibi Elxan Məmmədov onları yola salmağı lazım bildi. Və əsas milliyə Zaur Hacı-Məhərrəmov gətirildi. Məmmədovun qohumu olduğu deyilən bu şəxs baş inzibatçıdı və ona daha 2 nəfər kömək edir.
 
Müxtəlif vəzifələrdə işləmiş Zaur bəy ən son olaraq Klublar Komitəsində katib idi. İxtisasından, bacarığından asılı olmayaraq, ona hər cür iş tapşırılır. Baş katibə sadiq, etibarlı kadr olduğundan onun bacarığı deyil, məhz bu xüsusiyyəti əsas götürülür. İndi də Abbasovun postu ona tapşırılıb. Və Hacı-Məhərrəmov ilk ciddi sınağındaca üz-gözünü bulaşdırıb, AFFA-nı sanksiya ilə üz-üzə qoyub.
 
Həm o, həm də 2 köməkçisi birbaşa günahkardı, onların səhvini ört-basdır etməyə çalışırlar. Əcəba niyə? UEFA hətta “xahiş” edibsə də, AFFA bu məzəmmətə görə cavabdehlərin qulağını çəkibmi? AFFA-dan cavab və real addım gözləyirik...
 
P.S.: Bildiyimizə görə, bu inzibatçılar sələflərindən turniröncəsi kömək istəyib, məsləhət də alıblar. Bir çox problemlər də bu vasitə ilə yoluna qoyulub. Amma loqo məsələsində UEFA-nın dəqiq yazılan tələblərinə əməl edə bilməyiblər. Yəni, bu qədər “bacarıqlıdılar”.

 
tarix: 24-03-2019 21:16


 
Xəbər lenti
17.09.2019

16:36   “Qarabağ” – “Sevilya”: Cəmi 2 min bilet qaldı

16:15   “Sevilya” Bakıya 23 futbolçu ilə gəlir - FOTO

15:54   Neymarın cəzası azaldıldı

15:35   Vaqner Beqoviçin gəlişindən narahat deyil: “Yaxşı qapıçı və yaxşı insandı”

15:24   Dmitri Nazarova yeni müqavilə təklifi

15:02   “Yuventus”da “Atletiko” ilə oyundan əvvəl ciddi itki

14:41   “Qarabağ” - “Sevilya” matçına nə qədər bilet satılıb?

14:20   “Qarabağ”ın Avroliqadakı rəqibi baş məşqçisi ilə vidalaşdı

14:00   Azərbaycanda stadionda oğurluq – Mobil telefon, 1200 manat və 100 dollar

13:42   Petrov: “Bu, azərbaycanlıların erməniləri sevməməsinin səbəblərindən biridi”

13:21   Birinci Divizionda da cəzalar açıqlandı

13:00   AFFA-dan 7 kluba 800 manatlıq cərimə

12:41   Azərbaycanla oyunun mükafatı xeyriyyəyə sərf edildi

12:22   Sabiq futbolçusu Qurban Qurbanovu Zidana bənzətdi: “Az qala stadionda yatırdı”

12:03   Emil Balayev ən yaxşılar arasında

11:51   “Təmkindən Messisayağı qol gözləmirdim” - VİDEO

11:40   “Qarabağ” Romeronun qardaşını da aldı

11:21   Millimizin heyəti açıqlandı

11:00   “Sabah”da xorvat baş məşqçi?

10:49   “Fənərbaxça”nın sabiq forvardı Belçika klubunda

10:30   “Real”da daha bir ciddi itki

10:14   “Trabzonspor”un daha bir futbolçusu əməliyyat olundu

10:00   Messi “Borussiya”ya qarşı oynaya biləcək

09:44   Xesus Navas “Futbolinfo”ya danışdı: “Qarabağ”ı “Atletiko” ilə oyunlardan tanıyıram”

09:17   MY-dən De Xea ilə 5 illik müqavilə - RƏSMİ

09:00   Kamran 90 dəqiqə oynadı, “Jonava”...

01:01   Turun son oyununda qol olmadı

00:50   Turindən çətin qələbə ilə

16.09.2019

23:20  Şeydayevsiz “Dinamo” Əliyevin komandası ilə bacarmadı

22:58  “Alanyaspor” “Fənərbaxça”nı da məğlub etdi

20:32  Dünya çempionatının püşkü atıldı

19:00  45 il sonra gələn antirekord

18:34  İbrahimoviçdən yeni rekord

17:12  AFFA “Neftçi”nin məşqçisi ilə bağlı qərarını dəyişdi

17:05  Premyer Liqada 60-cı səfər qolu

16:33  “İdman Azərbaycan” telekanalının adı və loqosu dəyişdirildi

16:09  UEFA-dan “Qarabağ”a 4 milyon avro

15:46  Süleymanov 80-ci oldu

15:24  “Neftçi”nin sabiq prezidenti Avroliqa matçına təyinat aldı

15:07  “Sevilya”nın futbolçusu: “İlk oyun çox önəmlidi”

14:45  “Barselona”nın futbolçusunun evi qarət olundu

14:24  PSJ-də “Real”la oyun öncəsi ciddi itkilər

14:08  Fernando: “Bakı səfərinə hazırıq”

13:35  “Qarabağ” - “Sevilya”: hakim təyinatları açıqlandı

13:24  “Zirə”nin futbolçusundan 10-cu qol

13:11  “Roma” - “Sassuolo” matçında 6 qol - VİDEO

13:03  “Sevilya”nın futbolçusu: “Bakı səfəri asan olmayacaq”

12:50  “Milan”a 1 qol bəs etdi - VİDEO

12:40  Adrian Skarlatake: “İkinci pilləyə oynamaq üçün gücümüz var”

12:23  Millimizin heyətində dəyişiklik edildi

12:01  400-cü ev qolu

11:43  Mütəllimovdan ikinci, mövsümdə ilk

11:20  “Qarabağ”dan iki rekord

10:56  Lopeteqi: “Bakıda bizim üçün çətin olacaq”

10:40  “Sabah”da baş məşqçi dəyişikliyi - RƏSMİ

10:37  Əfranın etirafı: “Adi səhvlərdən qollar buraxdıq”

10:29  Hakimlər “Keşlə”yə, Bordin “Neftçi”yə qarşı: “Səbail”ə “sevgi” davam edir

10:14  Eltun Turabovun komandası “Kukesi”ni məğlub yola saldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az