(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Abasovdan Yurçeviçə Fofana atmacası: “Əsas odu AFFA-da razı qalıblar”

Abasovdan Yurçeviçə Fofana atmacası: “Əsas odu AFFA-da razı qalıblar”

“Maraqlı və yaxşı oyun alındı. Hər iki hissədə fərqli heyətlə mübarizə apardıq. Əfsuslar olsun ki, 2-3 futbolçumuz zədəlidir. Amma uzun müddət oynamayan oyunçuları bu gün meydanda gördük” – bunu “Zirə”nin baş məşqçisi Samir Abasov “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
 
41 yaşlı mütəxəssis komandasından razı qaldığını ifadə edib: “Rəqib də yaxşı və güclü komandadı. Düşündük ki, oynamayan uşaqların meydanda olmaları bizim üçün siqnal olar. Gələcək matçlarda necə hazırlıqlı olmaları bu cür oyunlarda bilinir. Hamısından razı qaldım. İlk hissədəki futbolçuların çempionatda oynamaq şanslarının azaldığı elə bu görüşdə sezilirdi. Ümumi kollektivdən geri qaldılar. Ancaq pis deyil, hərəkətli oyun gördük”.
 
“Zirə” martın 30-da XXII tur çərçivəsində “Səbail”i qəbul edəcək. Baş məşqçi son matçların komandası üçün həlledici xarakter daşıdığını bildirib: “Artıq mövsümün başa çatmasına 7 tur qalıb, bu da çox deyil. Bu dövrədə xallar itirmək baha başa gələ bilər. Çox oyunumuz qalmayıb ki, xal itirsək, növbəti görüşləri düşünək. Bu da böyük problemlər yarada bilər. Ona görə də xal itirmək istəmirik və uğurlu oyunları davam etdirmək niyyətindəyik. Düzdü, oyun çətin keçəcək. Rəqib 3-cü yerdə qərarlaşıb, həddindən artıq çətin olacaq. Baxmayaraq ki, “Səbail”i evdə qəbul edəcəyik. Son 7 oyun ölüm-dirim xarakterli olacaq. Çalışcağıq ki, oyunlarda uduzmayaq. “Zirə”nin ilk “dördlüy”ə düşmək şansı var, itməyib. Uduzmadan getsək, inanıram ki, buna nail olacağıq”.
 
Abasov “Səbail”in məşhur futbolçu  Maykl Essyeni heyətinə qatmasına da münasibət bildirib: “Mən bu cür transferlərin tərəfdarıyam. Buna görə də “Səbail”ə təşəkkür etmək lazımdı. Futbolumuzu, çempionatımızı tanıtdırmaq baxımından yaxşı addımdı. 10 nəfər azarkeş gələcəksə, bu da “Səbail”in payına təşəkkür kimi yazılmalıdı. Klublarımzın imkanı düşdükcə, belə addım atmaları doğrudu”.
 
Gənc mütəxəssis Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu oyundan da danışıb: “Bildiyimə görə, yığmadan əsas federasiya razı qalıb. Nəsə demək çox çətindi. Görünən o ki, bütün futbolçular bacardığını deməyək, bütün güclərini meydanda qoyurdular. Dmitri Nazarovla Mahir Mədətovun işləmələri, müdafiəyə kömək etmələri, bu qədər çalışmaqları ürəkaçan idi. Zatən bilirdik ki, xorvatlara qarşı başqa cür oynaya bilmərik. Oyundan sonra futbolçuların müsahibələrini oxudum. Özləri inanırlar ki, yaxşı və düzgün yoldadılar. Əsas odur ki, buna inanırlar”.
 
Abasov matçdan sonra  azarkeşlər tərəfindən təqid olunan Mədətovla Nazarovun adlarını ironiya ilə qeyd etmədiyini vurğulayıb: “Məşqçinin onlardan nə tələb etdiyini bilmirəm. Robert Prosineçki və Qurban Qurbanovun dönəmində futbolçulardan nə tələb olunduğu bəlli idi. Yurçeviçin ilk oyunu idi və onun istədiklərini demək çətindi. Burda rəqib də çox önəmli idi. Xorvatiya kimi komanda sən nə etmək istəsən də, müdafiədə oturmağa məcbur edəcək. Mahirlə Dimanın işgüzarlığını vurğulamaq istəyirəm, onların adlarını ironiya ilə çəkmədim. Müdafiəyə də kömək edirdilər və bu da onlara xas deyildi. Yəqin baş məşqçiyə özlərini göstərmək istəyirdilər. Yerlərini möhkəmlətmək üçün çalışırdılar və bu da yaxşı haldı. İroniya ilə fikir bildirmədim. Xorvatiya ilə oyunda ən yaxşı kim idi?  Kimisə vurğulamaq çox çətin məsələdi. Məncə, ən yaxşı Ramil Şeydayev idi”.
 
Millinin baş məşqçisi Nikola Yurçeviç Litva ilə bu gün keçiriləcək oyundan öncə açıq məşq zamanı jurnalistlərdən yığmaya futbolçu təklif etmələrini istəyib. “Zirə”nin baş məşqçisi “Bəs siz Yurçeviçə kimi təklif edə bilərsiniz” sualına belə cavab verib: “Mən ona İsmayıl Fofananı (“Zirə”nin Kot dİvuardan olan hücumçusunu nəzərdə tutur – red.) təklif edirəm. Ən azından İsmayıl da Azərbaycan adıdı”.

 
tarix: 25-03-2019 10:00


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az