(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Luka Modriç: “İlk xəbərdarlığı Azərbaycandan almışdıq”

Luka Modriç: “İlk xəbərdarlığı Azərbaycandan almışdıq”

"Oyunumuzu dərhal düzəltməliyik. Əks təqdirdə, Avropa çempionatından kənarda qala bilərik ki, bu da fəlakət olar" - bunu Xorvatiya yığmasının kapitanı Luka Modriç deyib.
 
AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi üzərində qələbəyə sevinən (2:1) dünya ikinciləri II turda Macarıstana eyni hesabla məğlub olub. Yerli mətbuata açıqlamasında qarşılaşmanı dəyərləndirən ulduz futbolçu zəif çıxış etdiklərini etiraf edib: "Bu məğlubiyyəti gözləmirdik. Oyanmaq lazımdı. İlk xəbərdarlığı Azərbaycanla görüşdə almışdıq. Sadəcə, həmin matçdan birtəhər də olsa, qurtula bilmişdik. Ancaq bugünkü oyun bizim üçün yeni şok oldu. Bu cür davam etsək, böyük problemlər yaşayacağıq".
 
Modriç futbolçuların dünya çempionatında qazanılan uğurun eyforiyasından hələ də çıxa bilmədiklərini söyləyib: "Dünya çempionatını unutmaq lazımdı. Futbol belədi, qələbəni bayram etmək üçün çox vaxtın olmur. Tez-tez yeni oyunlar gəlir və bunun hamısı yolumuzda maneədi. İstənilən komanda problem yarada bilir. Azərbaycan və Macarıstana qarşı oyunla müqayisədə bundan sonra daha yaxşı oynamalıyıq. Daha sürətli oynamalı və çox hərəkət etməliyik. Bunlar sıx müdafiəni yarmaq üçün vacib olan şərtlərdi. Azərbaycanla oyunda bunu çətinliklə bacarsaq da, bu gün edə bilmədik. Meydanda sərgilədiyimiz oyun səviyyəmizə uyğun deyil".

 
tarix: 25-03-2019 10:14


 
Xəbər lenti
20.04.2019

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az